Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İBADƏT ÇƏTİNLİKLƏRİNƏ DÖZMƏK..

Allahpərəstlik yolunda çətinliklər də mövcuddur. İstər xalqı Allah düşüncəsindən çəkindirən tağutlar, istər dindarları məsxərəyə qoyan dinsizlər, istər insanı ibadətdən çəkindirməyə çalışan nəfs və şeytan, istər maneçilik törədən hər bir amil tərəfindən çətinliklər yaranır.
Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kə’bədə incitmirdilər?!
Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!
Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!
Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!
Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Həzrət Əli (ə) buyurur: “Haqq yolunda yolçuların azğınlığına görə qorxmayın.” Bə’zən nə isə almaq, yemək-içmək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq. Amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün cəhd göstərmirik!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar
loading...