Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gozel Sohbet.

Bir nəfər Əli (ə)-dan soruşdu: - "Təkbirətul-ehram" deyən zaman əlləri yuxarı qaldırmağın mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki, Allah böyükdür, yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk olunmaz.
Soruşdu: - Rüku halında boynu (yuxarı) dartmağın mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki, Allaha iman gətirdim, hətta boynumu vursalar belə.
Soruşdu: - Birinci səcdənin mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan"; başı səcdədən qaldırmağın mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan çıxartmısan"; ikinci səcdənin mənası budur ki, "Pərvərdigara! Sən bizi torpağa qaytaracaqsan"; başı ikinci səcdədən qaldırmağın mənası budur ki, "Pər-vərdigara! Sən bir daha bizi (Qiyamət günündə) yerdən çıxardacaqsan."
O kişi soruşdu: - Təşəhhüdü deyən zaman sağ ayağı sol ayağın üstünə qoymağın mənası nədir?
İmam (ə) buyurdu: - Mənası budur ki, "Pərvərdigara! Batili öldür, haqqı bərqərar et və möhkəm saxla."
Soruşdu: - Camaat namazında imamın "əssəlamu ələykum" deməsinin mənası nədir?
İmam (ə) buyurdu: - İmam Allah tərəfindən olan bir mütərcimdir ki, camaat əhlinə (namaz qılanlara) deyir: "Siz Qiyamət günündə Allahın əzabından amandasınız."


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar
loading...