Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH-ın Bizə Dedikləri

Ey Adəmoğlu! Əgər sevgimi
istəyirsənsə, ürəyindən dünya
sevgisini çıxar. Mən, mənim sevgim və
dünya sevgisini əsla bir ürəkdə
birlikdə saxlamadım.
Ey Adəmoğlu! Dünya sevgisiylə birlikdə mənim sevgimi necə
istəyirsən? Sevgimi və razılıqmı
dünyanı tərk etməkdə axtar.
Ey Adəmoğlu! İbadətim üçün
dünyadan fərəqət et ki, ürəyin
söhbətimlə dolsun. Və mənə yönəl ki, sənə kafi gəlim.
Ey Adəmoğlu! Mənə xidmət et; çünki
mən, mənə xidmət edəni sevərəm.
Qulum məni görməyi arzuladığı zaman
məndəonu görməyi istəyərəm.
Qulumun nafilə ibadətlərlə mənə yaxınlaşma səyi əsla boşa getməz ki,
mən belə etməsini sevərəm. Onu
istədiyim zaman da, onun sözlərini
eşidərəm. Ey adəmoğlu! Sevgimi istəyənlərə
sevgimi vacib etdim.
Ey Qulum! Cənnətim itaət və ibadət
edənlər üçündür. Zikrim, zikr edənlər
üçündür. Kifayətim, təvəkkül edənlərə
məxsusdur. Çox lütfkarlığım, şükr edənlərə aiddir. Rəhmətim, yaxşılar
üçün. Dostluğumda ariflər üçündür.
Mənsə, xüsusilə sevənlər içinim.
Ey Qulum! Yer üzünün bütün xalqına
eşitdir ki; mən, sevənin sevgilisiyəm.
Mənimlə olmaq istəyənlə birlikdəyəm. Məni zikr etməklə məşğul olanın
dostuyam. Məni yoldaş əldə edənin
yoldaşıyam. Məni seçəni seçmişəm.
Mənə itaət edənin dediyini edərəm.
Məni ürəkdən sevən heç bir qul
yoxdur ki, onu özümə qəbul etmiş olmayım!
Ey Qulum! Məni tanıyıb bilməyən necə
sevər! Gecə basdırdığında məndən
uzaq, yuxuya gedənin, məni sevdiyini
iddia etməsi yalandır. Hər sevən
sevgisi ilə tək qalmağı sevməz, gözləməzmi?
Ey Qulum! Sevənlər üçün məni
görməkdən başqa bir dərman
yoxdur.
Ey Qulum! Mən sənin üçün lazım olanı
edirəm, səndə lazım olanı et.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar
loading...