Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ONANİZM

İslam dinində böyük günahlardan
sayılan əməllərdən biri də onanizm –
fərdin süni yolla özündən sperma xaric
etməsidir[Istim na,Masturbasiya ]. İnsan sağlamlığına son dərəcə zərərli
olan bu işin bəzi ziyanlarına toxunuruq.
Onanizmin cismi təhlükələri
Tibb elmində xəstəliklərin inkişafını
tanıma yollarından biri də, xəstəliyin
müxtəlif mərhələlərdəki əlamətlərini göstərməkdir. Buna əsasən, onanizm
xəstəliyinə yoluxmuş şəxsdə yaranmış
narahatlıqları üç mərhələdə göstərmək
olar.
1. Problem yaradıcı mərhələ
Yeni onanizmə düçar olmuş şəxslərdə, bu xəstəlikdən qaynaqlanan ən tez
təsir bağışlayan narahatlıqlar bunlardır:
A) Yorğunluq və əzginlik
B) Diqqətini mərkəzləşdirə bilməmək
(fikri yayınma)
C) Yaddaş zəifliyi D) Təşviş, iztirab və stress
2. Ciddi təhlükə ilə üzləşmə mərhələsi
Xəstəliyə düçar olmuş şəxsdə aşağıdakı
əlamətlərin zahir olması, fərdin
xəstəliyinin güclənməsi və ya
müddətinin birinci mərhələdən çox olmasını göstərir və nəticədə daha
şiddətli narahatlıqlar yaranmağa
başlayır:
a) Yorğunluq və əzginlik
b) Xasiyyət tərəddüdlüyü və ya sürətli
xarakter dəyişikliyi c) Hədsiz həssaslıq və tezinciklik
d) Bel ağrısı
i ) Tüklərin nazikləşməsi
f) Cavanlıqda vaxtsız cinsi zəiflik
j) Yuxusuzluq, rahat yata bilməmə və
buna bənzər problemlər 3. Nəhayət dərəcədə giriftarçılıq və ya
vərdiş (adət) mərhələsi
a) Yorğunluq və əzginlik
b) Tüklərin sürətlə tökülməsi
c) Gözlərin tutqunlaşması, qaranlıq
gətirməsi d) Qulaq vızıltısı
i) Qeyri-iradi, vaxtsız və ya damcı-damcı
şəklində sperma ixracı
f) Qasıq və nahiyə ağrısı
j) Boyun nahiyəsində və ombada
qulunc sancıları[Teleb e sual- cavablari, seh 286] NARAHATLIQLARIN YARANMA FORMASI
1.Yorğunluq və əzginlik: Yüksək cinsi
ləzzət zamanı sperma gələrkən bədən
əzələlərinin birdən-birə möhkəm
sıxılması, əzələlərdə qida maddələrinin
sürətli məsrəfinə və ən başlıcası, qlükozanın (bədəndə əzələ enerjisini
təmin edən ən əsas maddə) azalmasına
səbəb olur. Əzələ yorğunluğu, təqribən
əzələlərin sürətlə qlükozadan
boşalması ilə sıx əlaqədədir və bu sürət
çoxaldıqca, yorğunluq daha çox olur. Onanizmdə bədən əzələlərinin təkrarlı
sıxılması, əzələlərin qlükoza ehtiyatını
azaldır, yorğunluq və əzginliksə bu
xəstəliyin daimi göstəricisidir.
2. Tükün tökülməsi: Onanizm vasitəsilə
yaranmış hormonik və kimyəvi dəyişikliklər, kişi cinsi hormonunun
yəni, dihidrotestoste ronun (kişi cinsi hormonlarının ən güclüsü),
testosteronun (kişi cinsi
hormanlarından digəri) çoxalmasına
səbəb olur, belə DHT (dihidrotestost
eron) maddəsinin qanda yüksək olması
sonda, tükün tökülməsi və qocalıqda prostat vəzilərin böyüməsi ilə
nəticələnir.
3. Onanizmlə mütəmadi məşğul olmaq,
parasimpatik əsəb sisteminin hədsiz
dərəcədə qıcıqlanmasına və
asetilxolinin beyində bu sinirlərin son nöqtəsindən boşalmasının
sürətlənməsinə səbəb olur, bu da öz
növbəsində bir sıra cismi və ruhi
narahatlıqla, o cümlədən: unutqanlıq ,
yaddaşsızlıq, fikrin cəmlənməməsi,
sonda görmə qabiliyyətinin itməsi ilə tamamlanan gözün qaranlıq gətirməsi
ilə nəticələnir. Bütün bu əlamətlər,
beyində əsəb hüceyrələri arasında bir-
birinə ötürülən kimyəvi maddələrin
miqdarının balansının pozulması ilə
əlaqədardır. Bəzilərinin fikrincə isə, beyin (əsəb) pozğunluğunun
(unutqanlıq, fikri cəmləyə bilməmə və
yaddaşsızlıq kimi) səbəbi, onanizmdə
hər dəfə sperma xaric olarkən, bədənin
böyük bir enerji tutumunun boşalması
və hədər getməsidir; çünki sperma mayesi, özündə çoxlu miqdarda
"DNA" ( hər dəfədə itkiyə gedən
300-400 milyon sperma),
"RNA",anziumlar , proteinlər, nişastalar, lesitin, kalsium, fosfor, bioloji
duzlar və testosteron daşıyır. Bədənin
müxtəlif orqanlarının inkişafı üçün
bədəndə olması gərəkən bu böyük
enerji ehtiyatı, davamlı olaraq əbəs yerə
xaric olur və hər biri müxtəlif çətinlikləri meydana gətirir.
Nümunə olaraq demək olar ki, qan
hüceyrələri ilikdə yaranır və inkişaf edir
və bunun yaranması üçün də çoxlu
miqdarda enerjiyə ehtiyac var;
onanizmə düçar olmuş şəxslərdə, iliyin inkişafı və nəticədə qan hüceyrələri
problemlə üzləşərək, qan azlığının,
ümumi zəiflik və yorğunluğun yaranma
mənşəyinə çevrilir. Eləcə də təkrarlı
onanizm vasitəsilə əsəb hüceyrələri
üçün son dərəcə həyati olan hədsiz dərəcədə fosfor və lesitinin ifraz
olunması, bu maddələrin ehtiyatının
azalmasına və beləliklə məhsulu
unutqanlıq, fikri cəmləyə bilməmə və s.
olan, əsəb sisteminin pozulmasına
(anomaliya) gətirib çıxarır. ALİMLƏRİN SÖYLƏDİKLƏRİ
Məşhur alman filosofu İmmenuel Kant
yazır: Fərdin özündən ləzzət alması
qədər heç bir şey, zehn və cismi
zəiflətmir və bu tip həvəsbazlıq
ümumiyyətlə insan təbiətinin ziddinədir. Lakin bu mövzu cavanlardan gizli
qalmamalıdır, bu iş bütün çirkinliyi ilə
göstərilməlidir . Deməliyəm ki, belə bir əməlin sahibi bu minvalla nəsil
artırmadan qalacaqdır. Xatırlamalıyam
ki, bu vərdiş hər şeydən çox cismi
qüdrətini azaldacaq, onu vaxtından tez
qocaldacaq və həqiqətən şüurunu
zəiflədəcəkdir və ... Gənclərin və cavanların cinsi məsələləri
üzrə uzun illər araşdırma aparan bir
tədqiqatçı yazır: Onanizmdən daha
effektli davamlı olaraq insan
şəxsiyyətinə zərbə vuran bir faktoru
təsəvvür etmək çətindir. Silvanus adlı digər bir mütəfəkkir deyir:
Bu iş (onanizm) təşviş, həyacan, pərişan
olmağa səbəb olur, təkrarlandığı
surətdə isə, kədərli çətinliklərlə
nəticələnir; onanizm yaddaşı zəif, əxlaqı
pis və aktiv qüvvəni xarab edir. Onu təkcə Allaha günah deyil, bəşəriyyət
aləmində bütün yaxşılıq və paklıqlara
haqsızlıq, rəhmsizlik adlandırmaq
lazımdır. Əgər bu çirkin əməl,
səngiməzsə, təkrarlanarsa, ona düçar
olmuş bədbəxtin bütün nail ola biləcəyi xoşbəxtlik yollarını məhv edəcəkdir. ONANİZMƏ DÜÇAR OLMUŞ ŞƏXSLƏRİN
MƏKTUBLARI
İndisə haqq yolunun yolçuları üçün, bu
xəstəlikdən əziyyət çəkən insanların
məktublarına işarə edirik.
1- 18 YAŞLI OĞLAN: Başgicəllənmə, dizlərin süstləşməsi,
gözlərin yorğunluğu uzun müddətdir
düçar olduğum ananizm adlı müsibətin
narahatlıqların dandır. İdmançı olmağıma baxmayaraq, nə etməli
olduğumu bilmirəm.
2- 21 YAŞLI BİR CAVANIN
MƏKTUBUNDAN BİR PARÇA:
Əvvəllər bilmirdim ki bu iş günahdır və
insanın bədən və ruhuna mənfi təsirlər bağışlayır, lakin bir neçə ildir ki bu
məsələləri anlamağıma baxmayaraq,
tərk edə bilmirəm. Allaha and olsun ki,
artıq heç bir iradəm qalmamışdır, siz
deyin, mən neyləyim?
3-DİGƏR BİR CAVANIN MƏKTUBU: Gecələr yuxum yoxdur, gündüzlər
unutqanam, həmişə guşənişinəm,
məhlə uşaqları mənə: "Özünə
neyləmisən? Rəngin niyə qaçıb? Üzün
niyə saralıb? Niyə günbəgün
arıqlayırsan? Gözünün kənarlarında niyə çuxur yaranıb?" deyirlər. Onlara
deyim, onanizmlə məşgulam? Əgər
demək istəsəm, hansı dillə?
4- HANSI ÜZLƏ
Onu da deyim ki, gənc ikən 16-17
yaşlarımda iki dəfə intihar etməyə qəsd etdim, amma biz bədbəxtləri ölməyə də
qoymurlar. İndi çox zəifləmişəm, son
vaxtlar üzr istəyirəm məndən ixtiyarsız
olaraq damcılar... gəlir, indi bu müdhiş
tufanın arasında o tərəfə, bu tərəfə
gedirəm, bəlkə də elə bir tərəfi ölüm və məhv olmaq və ...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 417 Bölmə: Maraqlı melumatlar
loading...