Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lə İləhə İlləllah Deməyin Faydaları..

Peyğəmbər(s.ə.s) buyurmuşdur: Lə İləhə İlləllah cənnətin dəyəridir... Lə illəhə iləllah əhli üçün qəbirdə qorxu olmaz...

Cəbrayıl (ə) buyurur: Ya Rəsulallah, bu zikrin savabını Allahdan başqa heç kim bilməz...

Əli (ə) buyurmuşdur: hər bir müsəlman bəndə Lə iləhə iləllah deyərkən bu kəlmə yuxarı qalxır, hər tavanı parçalayır, elə bir günah olmurki, onu məhv etməsin sonra savaba yetişər və dayanar...

İmam Rza(ə)peyğəmbərdən nəql edirki,Allah-Təala buyurur: Lə iləhə iləllah mənim qalamdır,hər kəs mənim qalama daxil olsa əzabımdan amanda qalar...

İmam Sadiq (ə) buyurmuşdur: Kim hər gün Əşhədu ənlə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhidən əhədən səmədən ləm yəttəxiz sahibətən və lə vələdə desə Allah-Təala onun üçün 45 min savab yazar və 45 min günahını silər, onun dərəcəsini 45 min dəfə artırar....

Başqa bir hədisdə deyilir ki, isə bu zikri gündə 10 dəfə oxumaq lazımdır və onu oxuyan Qur-anı 12min dəfə qiraət edən şəxs kimidir....
Hər kəs dəstəmazdan əvvəl 7 dəfə Lə iləhə iləllah desə cənnətdə ona bütün dünyanın 10 misli verilər...


Gəlin bizim də dilimizdən «Lə İləhə İlləllah» zikri düşməsin.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar
loading...