Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatimə (s.ə)

Fatimə (s.ə) doğumundan
Şəhadətinə qədər-parlaq
doğumu
Rəsulallah (s) peyğəmbərliyə
seçilməsinin beşinci ilini
yaşayırdı və çox çətin bir
şəraitdə həyatını sürdürürdü.
İslam yeni idi və müsəlmanlar
sayca azlıq təşkil edirdilər.
Təzyiqlər dözülməz həddə
çatmışdı. Bir tərəfdən Məkkənin
şirk, bütpərəstlik, cahillik və
xurafata köklənmiş mühiti, digər
tərəfdən də ərəb qəbilələri
arasındakı müharibələr və zorba
hakimiyyəti həyatı tar-mar
etmişdi. Amma Peyğəmbər (s)
gələcəyə baxırdı- qara və
zülmətli buludlardan sonra
gələcək parlaq gələcəyə; adi və
zahiri səbəblərlə qavranılması
çox çətin və hətta mümkünsüz
görünən gələcək.
Həmin il Rəsulallahın (s)
həyatında böyük bir hadisə baş
verdi. Asimanın mələkut aləmini
seyr etmək üçün Allahın əmri ilə
meraca getdi. "... nişanələrimizi
ona göstərmək üçün... " İsra
surəsinin 1-ci ayəsində işarə
edilmiş Allahın böyük
nişanələrini uca səmanın
ənginliklərində öz gözləri ilə
müşahidə etdi, böyük olan ruhu
bir az da böyüdü və ağır bir
risaləti böyük ümidlərlə qəbul
etməyə hazırlaşdı.
Şiə və əhli-sünnə alimlərinin
hekayət etdikləri bir hədisdə
oxuyuruq: "Peyğəmbər (s) Merac
gecəsi Behiştdən keçərkən
Cəbrayıl (ə) Tuba ağacının
meyvəsindən o Həzrətə verdi.
Rəsuli-əkrəm (s) yerə
qayıtdıqdan sonra Fatimətuz-
Zəhranın (s.ə) nütfəsi həmin
meyvədən əmələ gəldi."
Hədislərin birində oxuyuruq:
"Peyğəmbər (s) Fatiməni (s.ə)
çox öpürdü. Bir gün həyat
yoldaşı Aişə, bir növ qısqanclıqla,
Fatiməni (s.ə) çox öpməsinin
səbəbini soruşdu. Peyğəmbər (s)
cavabında buyurdu: "Fatiməni
öpdüyüm zaman ondan Behiştin
ətrini alıram."
Beləcə,Behiştin pak meyvələrinin
şirəsindən nütfəsi bağlanmış,
Peyğəmbər (s) kimi ata və
Xədiceyi-Kubra kimi səxavətli və
fədakar anadan doğulan o
mübarək övlad cəmadius-sani
ayının 20-i bu dünyaya qədəm
qoydu və müxaliflərin
Rəsulallaha (s) vurduqları "nəsli
bitən" tənələri və danlaqları su
üzərinə çəkilən rəsm kimi
pozuldu; "Kövsər" surəsinin
məzmununa əsasən, Fatimətuz-
Zəhra (s.ə) Qiyamətə qədər
davam edəcək Peyğəmbər (s)
ailəsinin, hidayət İmamlarının (ə)
və bütün zamanlarda böyük
xeyrin coşan bulağı oldu.
Şəxsiyyətli və vüqarlı bir qadın
kimi tanınan Xədicə İslam
Peyğəmbəri ilə (s) izdivac
etdikdə, Məkkənin qadınları
onunla əlaqələrini kəsdilər. Bunu
belə, əsaslandırmağa çalışdılar ki,
o, kasıb və yetim bir cavanla ailə
qurmuş və öz şəxsiyyətini
alçaltmışdır. Bu vəziyyət davam
edirdi. Xədicə hamilə qaldı və
onun bətnindəki körpə Fatimə
idi. Doğuş zamanı yetişdikdə,
Qureyş qadınlarına bu həssas və
çətin vəziyyətində onun yanında
olmaları, onu tək qoymamaları
üçün onlara xəbər göndərdi.
Amma soyuq və qəlbincidən bir
cavabla qarşılaşdı. "Sən bizim
sözümüzə qulaq asmayıb, Əbdül-
Müttəllibin kasıb yetimi ilə ailə
qurdun, biz də sənin köməyinə
gəlmərik!..." İmanlı Xədicə bu
çirkin və mənasız xəbərdən çox
darıxdı. Amma qəlbinin
dərinliklərində bir ümid nuru da
parladı; Allah onu bu halda tək
buraxmayacaqdı. Doğuşun çətin
dəqiqələri başladı. Xədicə evdə
tək idi. Ona kömək edəcək bir
qadın yox idi.Qəlbi möhkəm
döyünürdü. Camaatın rəhmsizcə
davranışı onun ruhunu sıxırdı.
Birdən ruhunun üfiqində bir nur
parladı. Gözlərini açdı və yanında
dörd qadın gördü. Narahat oldu.
Onlardan biri dedi: "Qorxma,
darıxma, mehriban Allahın bizi
sənin köməyinə göndərib. Biz
sənin bacılarınıq. Mən Sarayam,
bu isə Fironun xanımı Asiyadır,
sənin Cənnətdəki rəfiqələrindən
biri olacaq. O biri İmranın qızı
Məryəmdir. Bu gördüyün
dördüncü qadın isə Musa ibn
İmranın qızı Gülsümdür. Bu
dəqiqələrində sənə kömək olmaq
üçün gəlmişik!" "Həqiqətən,
"bizim Rəbbimiz yeganə
Allahdır!" deyənlərə və bu yolda
sabit şəkildə addımlayanlara
mələklər nazil olar (və deyərlər:)
qorxmayın, qəmgin olmayın!"
Fussilət surəsinin 30cu ayəsində
göstərildiyi kimi nazil olur.
Mələklərdən başqa dünyanın
şəxsiyyətli qadınlarının ruhları
da imanlı və yolunda sabit olan
Xədicənin köməyinə tələsdilər.
Bu körpənin doğulması
Peyğəmbəri (s) o dərəcədə
sevindirdi ki, Allah-Təalanı mədh
etdi, onu "əbtər"(sonsuz)
adlandıranların dilləri kəsildi.
Allah-Təala bu bərəkətli körpənin
müjdəsini "Kövsər" surəsində
Peyğəmbərinə (s) çatdırdı. "Biz
sənə Kövsəri (böyük xeyir-
bərəkəti) nazil etdik. Elə isə
Rəbbin üçün namaz qıl və
qurban kəs! (Bil ki,) sənin
düşmənin sonsuzdur və nəsli
kəsiləcəkdir!"


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar
loading...