Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayətul-kürsi Fikirlərinizi Bildirməyi Unutmayın.

Ön söz


Sizə təqdim olunan bu kitabda "Ayətul-kursi"nin fəzilət və təsirləri haqqında İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.a.a.s) və məsum İmamların (ə) tərəfindən nəql olunan hədislər müxtəlif mənbələrdən toplanmışdır.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur.
Hər kəs bir vasitə ilə öz Allahına qovuşur. Ümid edirik ki, bu kitab da o vasitələrdən biri olsun , möhtərəm oxucu bu vasitə ilə Allah Təbarək və Təalanın mərhəmət və məhəbbətinə , lütf və kərəminə, əfv və inaətinə qovuşsun və özü ilə Kərim Allahı arasında möhkəm əlaqə yaratsın.Çünki, tağutdan ayrılıb Allaha qovuşmaq həqiqətdə , möhkəm bir ipə sarılmaqdır ki, heç bir şey onu qırmağa qadir deyil.Elə ki, bir şəxs İlahi ipə sarılaraq ona iman gətirdi, Allah-Təala da onu cəhalət və azğınlıq zülmətindən kənarlaşdıraraq nura (elm, hidayət və haqqı batildən seçməyə) hidayət edər.
Amma əgər bir şəxs (nəuzubillah) Allahdan başqasına ,yəni, tağut və şeytanlara üz tutsa, fəlakət və bədbəxtçiliyə yönələr və nurdan üz çevirib zülmət və bədbəxtçiliyə tərəf gedər.Belə olan halda , Cəhənnəm odunu (rəvayətə görə:əgər bir zərrə Cəhənnəm odu bu dünyaya düşsə, dünyanı yandırıb külə çevirər.) özü üçün əbədi olaraq qazanıb.
Allah-Təaladan istəyirik ki, hidayəti azğınlıqdan, haqqı batildən və nuru zülmətdən seçib tanımaqda bizə yardımçı olsun.Bizə kömək olsun ki, Ona layiq ibadət edək.Və bu vasitə ilə zülmətlərdən qurtulub nura qovuşmağa müyəssər olaq.
Amin , ya Rəbbəl-Aləmin!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...