Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYİ DUA VE İSTİQFAR AYİDİR..!

Bəs elə isə, ey Allah qonaqları ! Ey Allah
ayının İlahi qonaqları! Ey o kəslər ki,
nəfəsləri «sübhanaallah»dır, ey o kəslər
ki, yuxuları bu ayda ibadətdir, ey o
kəslər ki, bu ayı Rəbbləri ilə münacatla
keçirirlər! Gəlin bu ayda Allaha layiqli bəndə olmağa səy edək! Həzrət Əli (ə)
buyurur: «Ramazan ayı ilə bağlı sizə
tapşırığım, nəsihətim budur ki, çoxlu
dua və istiğfar edəsiniz». Bəli, bu ay -
dua və istiğfar ayıdır. Həzrət Əlidən (ə) nəql edilən digər bir
hədisdə bildirilir: «Ramazan ayındakı
duanın vasitəsi ilə bəla sizdən
uzaqlaşar. Ramazan ayında istiğfar və
tövbənin vasitəsi ilə sizin günahlarınız
məhv olar». Əziz Peyğəmbərdən (s) nəql olunur:
«Əgər bəndə Ramazan ayının nə
olduğunu bilsə, arzu edər ki, bütün il
boyu Ramazan ayı olsun». Bir başqa mübarək hədisdə əziz 5-ci
imamımız İmam Muhəmməd Baqirdən
(ə) buyurulur: «Ramazan ayı Allah
ayıdır və bu ayda oruc tutanlar Allahın
qonaqlarıdır və Onun kəraməti və lütfü
əhatəsindədirlər». Digər mübarək hədisdə İmam Əlidən (ə)
nəql olunur: «Bu ayda ən gözəl əməl -
İlahi haramlardan özünü qorumaqdır». İmam Sadiqdən (ə) nəql olunur ki:
«Oruc tutanın yatmağı - ibadət, sükutu -
təsbih, əməli - məqbul, duası -
müstəcəbdir». Yenə İmam Sadiqdən (ə) bu mübarək
ayla bağlı buyrulur: «Allah Təala
buyurur: oruc Mənə aiddir və savabını
da Mən verəcəyəm». Əziz Peyğəmbərimizdən (s) nəql olunur:
«Bir kəs ki, Ramazan ayında
bağışlanmayacaq, bəs hansı ayda
bağışlanacaqdır?». Mübarək İslam dinimiz öyrədir ki, əgər
bəndə bilsə Ramazan ayının əhəmiyyəti
və fəziləti nə qədərdir, arzu edərdi ki,
bütün il boyu Ramazan ayı olsun. Əgər
bilsə Ramazan ayı nədir və nə üçündür,
bilmiş olsa ki, bu ayın qiyməti nədir, dərəcəsi nədir, bu ayda nələr baş verir,
bu ayda nələr əldə etmək olar, onda
deyər ki, kaş bütün il boyu Ramazan ayı
olardı.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar
loading...