Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balaca Əlinin Böyük Qərarı Adlı Dini Hekayə

Balaca Əlinin böyük qərarı


Muhəmmədul-Əminin evində yaşanan təlaş və tez-tez Varaqa ibn Nəvfəlin yanına gediş-gəlişlər, Hiradan qayıdandan sonrakı hadisə və Hz.Xədicənin çırpıntıları yeni şeylərin olduğunu göstərirdi. Bu dəyişikliklər balaca Əlinin də diqqətindən yayınmamışdı. Heyrətlə onların namaz qılmasına tamaşa edirdi. Həmin vaxtlar Əlinin 10 yaşı var idi. Əvvəlcə:
- Nə edirsiniz, sizin bu etdiyiniz nədir?- deyə soruşdu.
ALLAH Rəsulu belə cavab verdi:
- Aləmlərin Rəbbi olan üçün namaz qılıram.
Hz.Əli bunu ilk dəfə eşidirdi və bütün diqqətini cəmləyərək yenə soruşdu:
- Aləmlərin Rəbbi kimdir?
ALLAH Rəsulu (sallallahu aləyhi və səlləm) şəfqətli bir ata kimi onu dizinin üstündə otuzdurdu və
Hirada başına gələnləri, peyğəmbərlik vəzifəsinin verildiyini bir-bir danışmağa başladı. Sonra da aramla bunları dedi:
- O, bir və tək olan ALLAHdır. Onun şəriki olmaz. Bütün məxluqatı O yaratmışdır, ruzisini də O verir. Hər şey Onun əlindədir. Öldürən də, yaşadan da Odur. O, hər şeyə qadirdir.
Bunlar mərhəmətli bir atanın ürək yandıran nəsihətləri kimi idi və doğrudan da balaca Əlinin birbaşa ruhuna xitab edirdi.
Həzrəti Əlinin Ona o qədər etimadı var idi ki, Onun üçün tərəddüd etmədən ölümə də gedərdi. Ancaq bu qədər vacib bir məsələdə atası ilə məsləhətləşmədən qərar vermək istəmirdi. Çünki hər nə qədər də olsa, atanın yeri başqa idi. Ancaq Rəsulullahın (sallallahu aləyhi və səlləm) ondan bir istəyi var idi, ondan öz aralarında danışdıqları bu məsələləri heç kimə söyləməməsini istədi.
Həmin axşam Əli bu haqda uzun-uzadı fikirləşdi. ALLAHa iman gətirmək kimi çox mühüm bir məsələ ilə bağlı valideynlərin fikrini eşitməyə nə ehtiyac var idi... Artıq qəti qərarını vermişdi! Səhər açılan kimi ALLAH Rəsulunun yanına gəldi:
- Dünən sən mənə nələri danışmış və nəyə dəvət etmişdin?- deyə soruşdu. Artıq məlum idi ki, balaca Əli yaşından böyük bir yetkinlik nümayiş etdirir və atası ilə məsləhətləşməyə ehtiyac hiss etmədən öncüllərin arasına daxil olurdu. ALLAH Rəsuluonu yanında otuzdurdu və şəhadət gətirməyə dəvət etdi. Beləliklə, on yaşlı balaca Əli Hz.Xədicədən sonra tövhid kəlməsini söyləyən ilk şəxs oldu və çox böyüklərdən əvvəl İslamı seçərək, içindən gələn bir sevgi və təslimiyyətlə Rəhmli Rəbbinə təslim olaraq iman gətirdi. Artıq balaca Əli ALLAHın Rəsulu və əmisi oğlu Muhəmmədin yanından heç ayrılmır və gələn ayələri Rəsulullahın ağzından ilk eşidən şəxs olmaq istəyirdi.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...