Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH Xətrinə...

Nigar çoxdan idi ki, yoldaşları ilə dağa çıxmaq istəyirdi. Bir gün cəsarətini toplayıb şəhərdən uzaqdakı qayalıqlara yollandı. Çıxacaqları yerə çatanda divar kimi dik, böyük bir qayalıqla qarşılaşdılar. Bütün həyəcanlarına baxmayaraq Nigar əzmli idi. Təhlükəsizlik kəmərini taxdı və ipdən tutaraq qayaya çıxmağa başladı. Bir qədər çıxdıqdan sonra nəfəs dərmək üçün dayandı. Orada asılı vəziyyətdə dayanmışdı ki, yuxarıda ipi tutan adam birdən ipi əlindən buraxdı. Qəflətən boşalan ip sürətlə Nigarın gözünə dəydi. İp onun gözündəki linzanı yerə salmışdı. Linza çox kiçik və şəffaf olduğu üçün onu tapmaq qeyri-mümkün idi. Linza haradasa aşağıdakı yamacın ortasına düşmüşdü və Nigar,gözləri zəif olduğu üçün linzasız ətrafı çətinliklə görürdü. Linzanı tapmaq üçün ALLAHa dua etməyə başladı:
"ALLAHım! Sən buradakı bütün dağları görürsən. Bu dağlar üzərindəki hər daşı, hər yarpağı bildiyin kimi, linzanın da yerini bilirsən. Onu tapmaqda mənə kömək et!"
Sonra yoldaşları ilə cığırla sürətlə aşağı enməyə başladı. Yolda qayaya doğru irəliləyən başqa bir qrupla qarşılaşdılar. O qrupdan bir nəfər: "Aranızda linza itirən varmı?"-deyə soruşdu. Nigarın sonradan öyrəndiyinə görə linzanı bir qarışqa daşıyırmış. Linzanın üzərinə gün işığı düşdüyü üçün isə parıldayırmış...
Evə qayıdanda Nigar linzanı necə tapdıqlarını atasına danışdı və karikaturaçı olan atası ağzında linza aparan qarışqa çəkərək şəklin üzərinə bu sözləri yazdı:
"ALLAHIM,BU ƏŞYANI NƏ ÜÇÜN DAŞIDIĞIMI BİLMİRƏM. BUNU YEYƏ DƏ BİLMƏRƏM. ANCAQ İSTƏDİYİN BUNU DAŞIMAQDIRSA, SƏNİN ÜÇÜN DAŞIYARAM."
Bizim gözümüzə kiçik görünən bir canlı, hətta o qədər kiçik ki biz onu istəmədən olsa belə, bir barmaq toxunuşuyla əzə bilərik. Bu canlı ALLAH xətrinə ehtiyacı olmadığı,özündən ağır yükü daşımağa böyük məmnuniyyətlə razı olursa, biz nə üçün ALLAH xətrinə işlər görməyək?!
BƏLKƏ DƏ DÜŞÜNMƏK VAXTIDIR ARTIQ?!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar
loading...