Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TÖVBƏ DİLƏMƏK ÜÇÜN ƏN YAXŞI VAXT

(İslami saytlara istinadən)

Dua və ibadətin saatı

Gecə və gündüz ərzində xüsusi saat, ay ərzində xüsusi gün və il ərzində xüsusi ay tövbə etmək və Allahdan üzr istəmək üçün qənimət hesab edilməlidir.

Əgər bu dövrü insan ömrünün qızıl dövrü adlandırsaq, bu əməlin dəyərli nəticəsi haqda nə desək - azdır. O kəs ki, səadətin nadir tapılan kamal və mənəviyyatının axtarışındadırsa, gərək bu qızıl fürsətlərdən istifadə etsin.

Hər gecənin səhəri

Tövbə etməyin ən dəyərli vaxtlarından biri səhər çağıdır. Allah öz saleh bəndələri haqda danışarkən buyurur: “Onlar gecələr az yatırdılar. Səhərlər isə Allahdan məğfirət diləyərdilər”. (“Zariyat” 17,18). Bütün peyğəmbərlərin, övliyaların yanaşması belə idi ki, səhər çağı istiğfarı tərk etməzdilər. Onlar çox yaxşı başa düşürdülər ki, hər kim ki, bir yerə çatmaq istəyər, gecənin üçdə birindən sonra və səhər çağı istiğfar etməlidir.

İmam Sadiq (ə) bu vaxt edilən istiğfara işarə etmiş və buyurmuşdur: “Gecə namazının qunutunda Allahdan 70 dəfə istiğfar dilə. O zaman ki, Allahın Rəsulu (s) bu saatda Allaha dua etməyə qalxardı, vitr namazının qunutunda 70 dəfə bu sözləri deyərdi: “Əstəğfirullahə Rəbbi və ətubu ileyh”” (“Allahdan istiğfar istəyirəm və ona tərəf qayıdacağam”).

Nafilədən sonra

İstiğfar üçün ikinci ən yaxşı vaxt sübh namazından əvvəldir. Peyğəmbəri Əkrəm (s) bu vaxt istiğfar etməyin xüsusi bərəkətə malik olduğunu bəyan etmişdir: “O kəs ki, bu saatda istiğfar edər - Allah bütün günahlarını bağışlayar, hətta əgər günahları yeddi qatlı göy və yeri bürüsə belə. Dağların ağırlığı və yağışların damcılarının sayı, dəniz və dərə qədər olsa, belə. Ona o qədər savab yazılar. Hər bir bəndə ki, gecə və gündüz bu istiğfarı söyləyər, əgər ölərsə behiştə daxil olar və heç vaxt yoxsul olmaz”.

Sübh namazından sonrakı dua

Tövbə üçün zikr edilən üçüncü vaxt sübh namazından sonrakı vaxtdır. İmam Baqir (ə) buyurmuşdur: “O kəs ki, sübh namazından sonra Allahdan bağışlanmağını istəsə, tövbə etsə, Allah onu bağışlayar. Hətta əgər həmin gün 70 günahdan çox günah işlətsə belə”.

Əsr namazından sonra

Gün ərzində tövbə ediləcək dördüncü ən münasib vaxt - əsr namazından sonradır. Bu vaxtın çox böyük bərəkəti vardır. İmam Sadiq (ə) bu vaxt edilən tövbənin savabı haqda buyarar: “O kəs ki, əsr namazından sonra 70 dəfə istiğfar edərsə, Allahdan bağışlanma istəyərsə, Allah həmin günü onun 70 günahını bağışlayar. Əgər günahı olmasa, atasının günahını bağışlayar. Əgər atasının günahı da olmasa, anasının günahını bağışlayar. Anası da günahsız olsa, qardaşının günahını bağışlayar. Əgər qardaşının da günahı olmasa, bacısının günahını bağışlayar. Əgər bacısının da günahı olmasa, yaxın qohumlarının günahını bağışlayar. O kəs ki, fəcr vaxtı istiğfar edərsə, Allah bütün günahlarını bağışlayar. Hətta əgər yeddi qatlı göy və yerləri bürüsə belə. Dağ ağırlığında və yağışların damcısı qədər, dəniz və dərələr qədər olsa belə”.

Yuxu vaxtı

Tövbə üçün beşinci ən yaxşı vaxt - yuxu vaxtıdır. İmam Sadiq (ə) bu haqda buyurur: “Əgər o kəs ki, yatmaq və istirahət etmək üçün yatağa gedər, 100 dəfə “La ilahə illəllah” dəyərsə, Allah onun üçün behiştdə ev tikər. Əgər 100 dəfə Allahdan istiğfar diləyərsə, günahları tökülər. Sanki ağacın yarpaqları tökülmüş kimi”.

Həzrət Zəhranın (s.ə.) təsbihindən sonrakı dua

Allahdan bağışlanmanın ən yaxşı altıncı vaxtı - Həzrət Zəhranın (s.ə.) təsbihindən sonrakı vaxtdır. Muhəmməd ibni Muslim deyir ki, İmam Baqir (ə) buyurardı: “O kəs ki, Həzrət Fatimənin (s.ə.) təsbihini deyər, sonra tövbə edərsə, bütün günahları bağışlanar. Bu təsbih dildə 100 dəfə təsbihdir, əslində isə 1000 dəfə təsbih hesab edilər. Şeytanı uzaqlaşdırar. Rəhman Allahı razı salar”.

Vacib namazdan sonra

Günahların yarpaq kimi tökülməsinə səbəb olan vaxtlardan yeddincisi də vacib namazlardan sonrakı vaxtdır. İmam Baqir (ə) buyurur: “O kəs ki, vacib namazdan sonra namaz halından xaric olmamışdan və ayağını tərpətməmişdən əvvəl üç dəfə deyərsə ki: “Əstəğfurullahi ləzi la ilahə illa huvəl həyyul qəyyum, zəl-cəlali vəl ikram və ətubu ileyh” - Allah bütün günahlarını bağışlayar. Hətta əgər dəniz boyda olsa belə”.

İlahi Peyğəmbərlərin (ə) duası qəbul olunardı və onlardan dua etməyi xahiş edəndə, cümə gecəsi və səhər vaxtının ən yaxşı vaxt olduğunu söylərdilər.

Həftə içində də elə günlər vardır ki, həmin günü istiğfar etmək məsləhətdir. Həmin gün cümə gününün gecəsi və səhəridir. İkinci vaxt isə nafilə namazından sonradır, yəni sübh namazından əvvəl. Əbi Humməzə deyir: “İmam Sadiqdən (ə) eşitmişəm ki, o kəs ki, cümə günü sübh namazından əvvəl iki rükət nafilə namazı qılar və yüz dəfə deyərsə: “Sübhanə Rəbbi və bihəmdihi və əstəğfirullahi Rəbbi və ətubu ileyh” - Allah onun üçün behiştdə ev tikər”.

Cümənin əsri

Həftənin istiğfar üçün üçüncü ən yaxşı vaxtı cümə gününün əsridir. Bir çox hədislərimizdən görmək olar ki, cümə gününün fəziləti çoxdur. Məsum İmamlar (ə) öz davamçılarını həmin vaxtda dua etməyə dəvət edərdilər.
Allah günahlarımıza əfv qələmi çəksin. Tövbənin qəbul olunduğu ən gözəl ay da Ramazan ayıdır. Ramazan ayına istiğfarla daxil olaq və ondan pak və pakizə halda çıxaq. İnşaallah!

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 180 Bölmə: Maraqlı melumatlar
loading...