Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslama Qarşı Düşmənçilik Edənlər Kimlərdir?

Dünyadakı dinlərə nəzər yetirsəniz dərk edəcəksiniz ki, insanların bir çoxu islam dinindən xoşlanmırlar. Görəsən bu açıq-aydın ədavət və düşmənçiliyin səbəbi nədir? Düşmənçiliklərini açıq-aşkar nümayiş etdirənləri təhlil etsək onları aşağıdakı kateqoriyalardan birinə aid etmək olar:

Müşriklər (Allaha ibadətdə şərik qoşanlar) və nadan, cahillər. İslam dini haqq din olduğundan Allahdan başqasına ibadət etməyi və kiminsə qarşısında zəlil olmağı qadağan edir.

Allah Təala buyurur: 64. De: “Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan başqasınamı ibadət etməyi əmr edirsiniz?” [39:64]
Fitrətinə xəstəlik qatıb saf fitrəti pozanlar. Çünki İslam dini insanın fitrətinə uyğun bir dindir.

Allah Təala buyurur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz..” [30:30]


Zalımlar, adil olmayanlar. İslam ədalət və bərabərlik dinidir.

Allah Təala buyurur: “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” [16:90]
Yer üzündə fitnə-fəsad, hərc-mərclik və zülm yaymaq istəyənlər. İslam isə islah dinidir.

Allah Təala buyurur: “Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!”
[5:64]
Təcavüzkarlar, həddi aşanlar. İslam isə əmin-amanlıq, sülhdür.

Allah Təala buyurur: “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!” [2:190]
Fanat və ekstremistlər. İslam isə mötədil dindir.

Allah Təala buyurur: “(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun.” [2:143]
Heyvani və şeytani şəhvətlərinə boyun əyənlər. İslam isə safllıq, təmizlik, ismət dinidir.

Allah Təala buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” [17:32]
Fikri-zikri yalnız dünya həyatı olub buna nail olmağı arzulayanlar. İslam dini qarşılıqlı yardım və rəhmət dinidir. İnsanların ehtiyaclarını və zəifliklərindən istifadə edib onları istismar edənlərə qarşı mübarizə aparır.

Allah Təala buyurur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” [2:188]
İnsanlığa həqarət edib onları alçaldan, onlara yuxarıdan aşağı baxıb özlərini isə üstün irq kimi görənlər. İslam dini isə bərabərlik dinidir, irqçilik və qərəzlilik, zərərin bütün formalarına qarşı mübarizə aparır.

Allah Təala buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” [49:13]


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar
loading...