Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd (s.v.s) Lə Şeytanın Söhbəti

bn Abbasdan(r.a) nəqlən Muaz ibn Cəbəl(r.a) rəvayət edir

Bir gün Rəsullullahla(s.ə.s) birlikdə idik. Mədinədə ənsardan birinin evində oturmuşduq. Şeytan içəri girmək üçün izn istədi, izn verildi. Peyğəmbər Əfəndimiz bizə buyurdu: O buraya gəlmək üçün əmr almışdır. Deyəcəklərini başa düşməyə çalışın.

Qapıyı ona açdılar. İçəri girdi və bizə göründü. Görünüşü belə idi: bir qoca, gözləri çaş və eyni zamanda kosa. Çənəsində at qılı kimi 6 və ya 7 ədəd tük sallanır, gözləri yuxarıya açılmış, başı fil başı kimi idi. Bizə salam verdi:

-Salam sene, ya Muhamməd! Salam sizə,ey cemaati-müslimin!

Onun bu salamına Əfəndimiz:

-Salam ALLAHındır,ey Rain. Bir iş üçün gəldiyini eşitdim. Nədir o iş?

-Mənim buraya gəlişim öz istəyimlə olmadı,məcburən gəldim. İzzət sahibi RƏBBİM qatından mənə bir mələk gəldi və dedi ki, "ALLAHU-təala sənə əmr edir, Muhammədə gedəcəksən. Amma düşük və zəlil bir halda, təvazö ilə. Ona Adəmoğullarını necə aldatdığını söyləyəcəksən. O, səndən nəyi soruşsa,dogru cavab verəcəksən.Daha sonra ALLAH buyurdu ki, "Söyləyəcəklərinə bir tək yalan qatsan, doğru danışmasan, səni köl edərəm, külək sovurar və səni düşmənlərinin gözü qarşısında rəzil, rüsvay edərəm."Bax belə. O əmr üzərinə bura gəldim. Dilədiyini məndən soruş. Belə olduqda Əfəndimiz soruşdu:

-Onda danış , görək, xalq arasında ən çox sevmədiyin kimdi?

-Sən, ya Muhamməd! ALLAHın yaratdıqları arasında səndən daha çox nifrət etdiyim kimsə yoxdur. Həm, sənin kimi kim ola bilər ki?!

-Məndən sonra kim?

-Təqva sahibi, ALLAH qorxusu və məhəbbəti ilə dolu olan gənci sevmərəm. Ki,o, varlığını ALLAH yoluna vermişdir.

-Sonra kimi sevməzsən?

-Səbrli və şübhəli şeylərdən çəkinən alimi.

-Sonra?

-Təmizlik işində yuduğu şeyi 3 dəfə yumağa davam edən kimsəyi.

-Sonra?

-Səbrli olan kasıbı ki,ehtiyacını heç kimə danışmaz, halından şikayət etməz.

-Bu kasıbın səbrli olduğunu hardan bilirsən?

-O insan ehtiyacını özü kimi birinə açmaz. Hər kim ehtiyacını özü kimi birinə 3 gün üst-üstə açarsa, ALLAH onu səbr edənlərdən yazmaz. Xülasə, onun səbrini halından, şikayət etməməsindən bilərəm.

-Sonra kim?

-Sonra şükr edən varlını sevmərəm. Onun da şükr edən olduğunu belə anlaram ki, şükr edən varlı qazandığını halaldan qazanar, ALLAH üçün yerinə xərcləyər. Bilərəm ki, o, şükr edən bir varlıdır.

-Ümmətim namaza qalxdıqda halın necə olur?

-Ya Muhamməd, məni bir isitmə tutar, tir-tir titrəyərəm

-Niyə belə olursan,ey Rain?

- Çünki bir qul ALLAH üçün səcdə etdikdə bir dərəcə yüksələr.

-Bəs oruc tutduqlarında necə?

-O zaman da bağlanaram.Ta ki, onlar iftar edənə qədər.

-Bəs Həccə gedəndə?

-Onda da dəli oluram.

-Quran oxuyanda necə?

-O zaman da əriyirəm.

-Yaxşı, bəs sədəqə verdikləri zaman?

-Onda halım yaman pis olur.Sanki sədəqə verən əlinə bir mişar alar və məni ikiyə bölər.Çünki sədəqədə 4 gözəllik vardır.Birincisi, ALLAHU-Təala sədəqə verənin malına bərəkət ehsan edər. İkincisi, o insanı xalqına sevdirər. Üçüncüsü, o insanla Cəhənnəm arasında bir pərdə yaranar.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar
loading...