Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QƏFLƏT VƏ XƏBƏRSİZLİK İNSANI HARA APARIR?

Qəflətin mənası genişdir. Belə ki, zaman və məkanın keçmiş, indiki və gələcək hadisələrindən, İlahi ayə və müraciətlərdən, həmçinin həyatın insana verdiyi acı və şirin hadisələrindən qafil olmaq mənasını əhatə edir.

Hadisələrdən xəbərsiz olmaq və onların qarşısında düzgün mövqeyə malik olmamaq insan səadəti üçün böyük təhlükədir. Elə bir təhlükədir ki, hər an insanı alovlandıra bilər. İnsanın illər boyu zəhmətlə əldə etdiklərini yox edə bilər.

Ola bilsin dəfələrlə eşitmisiniz ki, filan kəs illər boyu zəhmətlə əldə etdiklərini bir an qəfləti üzündən yanaraq, külə döndərmişdir. İnsan səadət yolunda da enyi bu cürdür. Ola bilsin ki, bir an qəflətə düşməklə mənəvi sərmayəsi yanıb, külə çevrilsin.

Ona görə də əxlaq alimləri öz kitablarında qəflət haqqında çox bəhs etmişdilər. Burada insanı qəflətə salan amillərdən uzaq olmaq haqqında və onu bu “yuxudan” ayıldan şeylərdən bəhs edilmişdir. Bu haqda Qurani-Məcidə müraciət edək:
1. “Şübhəsiz ki, biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, amma onunla anlamazlar. Gözləri vardır, lakin onunla görməzlər. Qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafillər də məhz onlardırlar”. (“Əraf”, 176).

2. “Və haqq olaraq vədə yaxınlaşar. Onda kafirlərin gözləri bərəlib (deyərlər): “Vay olsun bizə ki, bu (gündən) qafil idik. Yox, biz zalım imişik”. (“Ənbiya”, 97).

3. “Səhər-axşam Rəbblərini çağırıb onun razılığını istəyənlərlə birlikdə özünü qoş. Dünya həyatının bər-bəzəyinə uyub gözlərini onların üstündən götürmə! Qəlbini bizi yad etməkdən qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata uğrayan bir kimsəyə itaət etmə!” (“Kəhf”, 28).

4. “Bizə qovuşmağa (inanmayıb) ümidvar olmayanlar və dünya həyatına xoş olub ona bel bağlayanlar, həm də ayələrimizdən qafil olanlar - qazandıqlarına (günahlarına ) görə qalacaqları yer oddur”. (“Yunis”, 7-8).

5. “Onlar, dünya yaşayışının zahirini görürlər, axirətdən isə qafildirlər”. (“Rum”, 7).

6. “Yer üzündə haqsız yerə təkəbbürlük edənləri tezliklə ayələrimdən yayındıracağam, (belə ki,) onlar hər nə qədər ayət (nişanə) görsələr, ona iman gətirməzlər. Onlar doğru yolu gördükdə özlərinə yol tutmazlar, azğınlıq yolunu gördükdə isə (özlərinə) yol seçərlər. Bu, ona görədir ki, onlar bizim ayələrimizi yalan hesab etdilər və ondan qafil oldular”. (“Əraf”, 146).

7. “Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə boğduq. Ona görə ki, bizim ayələrimizi təkzib etdilər və onlardan qafil idilər”. (“Əraf”. 136).

8. “Gəmiyə mindikləri zaman, Allahı ürəkdən çağırırlar (dini Allaha xalis edərək ona yalvarırlar). Sonra (Biz) onları quruluğa (sahilə) çıxarıb-qurtardıqda, dərhal şərik qoşurlar” (“Ənkəbut”, 65).

9. “Rəhman (Allahın) zikrindən boyun qaçırsa, biz ona şeytanı düçar edərik ki, onunla yoldaşlıq etsin”. (“Zuxruf”, 36).

10. “Şübhəsiz ki, Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) yad edib dərhal bəsirət taparlar”. (“Əraf”, 201).

11. “Və onları qafil olduqları və iman gətirmədikləri halda işin bitmiş olacağı həsrət günündən qorxut!”. (“Məryəm”, 39).


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar
loading...