Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYI

Ramazan ayı.Mehriban və bağışlayan Allahın(CC) adı ilə
Ramazan ayı mənəviyyatı təmizləmək üçün ən yaxşı fürsətdir.Bu ay ərzində insan çalışır ki,günaha batmasın.Beləliklə insan mənəviyyatın təmizləyir.Çünki günah insan mənəviyyatını korlayıb məhv edər.İnsan oruclu olanda çalışır ki,günah iş görməsin.Çalışır ki,orucu batil olmasın.Yəni oruc vasitəsi ilə mənəviyyatı təmizlənir.Amma insan orucun hər bir gözəlliyin görsə daha çox şad olar.Oruc o qədər xeyirli əməldir ki,hədisdə buyrulur ki:”Cənnətin Rəyyan adlı qapısı vardır ordan ancaq oruc tutanlar keçər.”.
Oruc islam dininin sütunlarındandır.Oruclu insan o qədər Allah yanında hörmətlidir ki,day onu mən sizə başa sala bilmərəm.Çünki çox böyük bir məqamdı,bu məqamı bu kiçik məqalədə başa salmaq çox çətindi.Ancaq bir neçə hədislə inşallah orucun dərəcəsini hamımız anlayacayıq.
Həzrət Əli(ə) dən belə nəql olunurki, o dedi: Bir gün həzrət peyqəmbər(s) bizim üçün xütbə oxudu və buyurdu:
Şübhəsiz Allahın bərəkətli, rəhmətli və əhvlə dolu ayı sizə sarı gəlir. Bu elə bir aydır ki, Allah yanında ən yaxşı aydır. Günləri ən yaxşı gündür, gecələri ən yaxşı gecədir, saatları ən yaxşı saatdir. Bu elə bir aydır ki, onda sizi Allahın ziyafətinə çağırıblar və onda Allahın əhli kəramətinə çevrilmisiniz. Nəfəslərinizin onda təsbih savabı var. Yuxunuzun onda ibadət savabı var. Əməlləriniz onda qəbuldur. Dualarınız onda müstəcabdır. Belə isə öz pərvərdigarınıza düz niyyətlərlə, pakizə ürəklərlə və zəmimə sifətlərlə dua edin ki, sizi onda oruc tutmaqa və quran oxumaqa müvəffəq etsin. Həqiqətən bədbəxt və pis aqibət insanlar bu böyük ayda bağışlanmaqdan məhrum olan kəslərdir. Bu ayda aclıq və susuzluqla qiyamət gününün aclıq və susuzluğunu yad edin. Öz Fəqirlərinizə və miskinlərinizə sədəqə verin, qocalarınıza ehtiram göstərin, uşaqlarınıza rəhm edin, yaxınlarınızı nəvaziş edin, dilinizi deməli olmayan sözlərdən gözləyin, gözlərinizi sizin üçün halal olmayan mənzərələrə baxmaqdan cəkindirin, qulaqlarınızı halal olmayan şeylərdən bağlayın, Camaatın yetimlərinə qarşı mehriban olun qoy sizdən sonra sizin də yetimlərinizə qarşı mehriban olsunlar. Allaha sarı qayıdın öz etdiyiniz günahlardan və namaz vaxtlarında əllərinizi ona sarı qaldırıb dua edin. Çünki namaz vaxtları ən yaxçı vaxtlardır.Allah bu saatlarda bəndələrinə sarı rəhmətlə baxır. Onlara cavab verir hər zaman ona münacat etsələr. Onlara ləbbeyk deyir hər zaman onu çağırsalar və müstəcab edir hər zaman onu səsləsələr...

Oruc tutmaqla insan təqvalı olur.Oruc insanı təqvalılıq məqamına çatdırır.Bilirsiz ərəblər təqvalı olmaq dəyəndə nəyi nəzərdə tuturlar?Məsələn bir insan səhrada gedir.Çalışır ki,ayağın tikana basmasın.Bax ərəblər o insana təqvalı deyirlər ki,hər hansı bir şeydən çəkinir.Orucda və digər ibadətlərdə insan təqvalı olur.Yəni günahdan çəkinir.Orucda da təqvalı olmaq o deməkdir ki,gərək orucunu pozmaqdan çəkinəsən və günah etməkdən çəkinəsən.Yəni təqvalı olasan.Bəzi gənclər var orucların yeyirlər.Boş-boş şeylərlə vaxtların keçirirlər.Hətta naməhrəmlə ünsiyyət qururlar,amma oruc tutmurlar.Bilmirlər ki,naməhrəmə baxmamağın savabı nə qədərdir.Hədisdə var bir gəncin qarşısına insanın şəhvət hissin qaldıran naməhrəm çıxarsa və o gənc Allaha(CC) xatir üzünü göyə tutarsa göydəki bütün mələklərin savabı o gəncə yazılar.Bilirsiz göydə nə qədər mələk var?İmam Kazim(ə) buyurub ki:”Yağış yağanda hər yağış damlası ilə birlikdə göydən iki mələk yenər.O yağış damlasını təhfil verib yenidən öz yerlərinə qalxar”.Yəqin anlaşılır ki,mələklərin sayı nə qədərdir.Mömin bəndə də belədi.Mömin bəndə qarşısına naməhrəm çıxanda başın qaldırar göyə deyər ki,ilahi mən sənə xatir oruc tutdum.İndi necə şeytanın əli ilə səndən uzaqlaşım?!İnsan mənəviyyat yolunun ən son mərtəbəsinə çatmaq istəyirsə gərək Hz.Muhammədə(s),Xanım Zəhraya(s.ə) və əhlibeytə nəzər salaq.Bu hadisə tarixdə baş verib.Bir gün İmam Əli(ə),Xanım Zəhra(s.ə),İmam Həsən Müctəba(ə),İmam Hüseyn(ə) niyyət etdilər ki,3 gün oruc tutsunlar.İmam Əli(ə) gedir işləyir axşam gəlir evə.Süfrədə bir çörək var idi.Bir dilənçi gəldi onlardan yemək üçün bir şey istədi.Əhlibeytdə o çörəyi o dilənçiyə verdilər.Özləridə su ilə iftar etdilər.3 gün oruc tutdular.Amma 3 gün iftarların su ilə açdılar.Peyğəmbər gördü day bunların vəziyyəti nəysə pisdi.Çünki fiziki cəhətdən baxanda hiss olunurdu.Ağa Hz.Muhamməd(S) kövrəldi.Dua etdi və əhlibeytə cənnətdən təam gəldi.
İnşallah bizlərdə Zamanımızın İmamı Hz.Mehdiyə layiq tərəfdarlardan olarıq.
Qarşıdan gələn Ramazan ayı bütün islam ümmətinə mübarək olsun


Tarix: 03.01.2013 / 14:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 773 Bölmə: Maraqlı melumatlar
loading...