Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbin İslama Zidd Siyasəti

Bismilləhir Rahmənir Rahim.

Qərb siyasətinin uzun illər apardığı nəticə sayəsində müsəlman əhlinin əsl İslam yolunda getməkdən yayındırıb, onları yolundan azdırıb. Bu siyasətin yürüdülməsində özümüzdə bilmədən fəal iştirak etmiş və qərblilərə çox böyük köməkliklər etmişik. Qərblilərin siyasəti bəzən mühariblərlə və ən əsası olan daxili siyasət nəcitəsində baş vermişdir. Daxili siyasət, yəni öz içimizdə özümüzdə bilmədən bizə ziyanlar vurmuş, İslami inanclarımızı əlimizdən almış, imansızlaşmağa sövq etmişlər və bunu da sərrastlıqla bacarmışlar. Daxili siyasət dedikdə qərbin əxlaqsız mədəniyyətini öz içimizdə təbliğ etmişlər və iradəsi zəif olan biz müsəlmanlar bunlara aldanmış və nəfsi istəklərimizə uyub bunların yolunu getmişik. Misal üçün qərbin siyasətini yaymaq da ən böyük rolu olanlardan biri televiziya kanallarıdır ki, orda ancaq əxlaqsızlığı təbliğ edir çox hallarda insanı dəyərləri puçlaşdırır və İslama zidd verilişlər hazırlayır və müsəlmanları beləcə öz yollarından azdırırlar. Hətta reklamlar da belə olsun öz siyasətlərini yürüdür, yarı çılpaq şəkildə qadınları reklama çəkir və bu da insanın psixologiyasına böyük mənfi təsirlər göstərir. Verilişlərdə İslamı dəyərləri tərk etməyə çağırır və müsəlmanlar bunlara aldanaraq onların yolunu gedir və çox hallarda namazlarını, imanlarını, hicablarını tərk eləməyə gətirib çıxarır. Bu işlərdə şeytanın və nəfsimizin böyük rolu olduğunu danmaq olmaz. İnsanın ruhu pak olur, günahlardan kirlənən isə cisimdir. İnsanın qəlbi Allahın məkanıdır, biz isə Allahın məkanına televiziya kanallarında oxuyan müğənnilərlə, boş boş işlərlə və ən əsası Allahın haram buyurduğu günahlarla dolduraraq qəlbi qaraldırıq, möhürləyirik. İnsan övladı anadan olanda qəlbi pak təmiz olur. Ancaq müəyyən illər keçdikcə, böyüdükcə etdiyi günahlar onun qəlbinin qaralmasına və əvvəl kiçik günahlar hesab etdiyi günahlar üst-üstə gələrək böyüyür və insanlar böyük günah etməkdən belə çəkinmirlər. Bunun nəticəsi olaraq ölkəmizdə olan özbaşınalıq, əxlaqsızlıq, pozğunluqlar, satanizm və bir çox böyük belə hallar İslamın adını ləkələyir. Halbuki İslam tarixində yüz minlərlə insanlar İslamın yaşamasında öz canlarından keçmiş, hətta əziz Peyğəmbərimizin (s.a.a.) sevimli nəvəsi İmam Huseyn (a.s.) bu yolda başından belə keçmiş. Baxın indiki dövrdə müsəlmanlar neynəyir? Qərblilərin bizə guya bizim xeyrimizə olan, ancaq batində isə İslama zidd əməllərlə müsəlmanları sövq edir. Misal üçün seriallardakı əxlaqsızlıqlar, sevgi səhnələri, həyat tərzi tam gerçəkliklə Qurani Kərimə ziddir. Və bizlər də seriallardakı həyat tərzini öz şəxsi həyatımızda tətbiq etməyə başlayırıq. Bunun nəticəsi olaraq aktyor və aktrisaların geyindikləri yarı çılpaq geyimləri geyinməyə çalışır, hətta pul olmasa belə valideynləri bu geyimləri almağa məcbur edirik. İstər nisyə olsun, istər nağdı amma mütləq alınmalıdır! Niyyətimiz özümüzü kiməsə göstərmək, yada ki başqasından geridə qalmamaqdır. Quran isə insanları təqvada bir-birindən geridə qalmamağı tövsiyyə edir. Ancaq bizlər nə edirik? Bizlər Qurana zidd gedirik və nəticədə ölüm qapını döyəcək, əməlsiz Allahın hüzuruna gedəcəyik və günahlarımızın nəticəsi olaraq cəzalandırılacağıq. İslam sözünün mənası təslim oldum deməkdir. Ancaq bizlər kimlərə təslim oluruq, ya şeytana yadaki nəfsimizə. Buda bizləri uçuruma sürükləyir. Sonra başlayırıq seriallardakı süni sevgilərə inanmağa və bizlər belə sevgiləri yaşayırıq, həyatımızda belə süni sevgilərin yaranmasına razı oluruq. Bu ünvanla bir çox ailələr dağılır, bir çox pozğunluqlar baş verir, qeyri-qanuni övladlar doğulur. Bu cürə hallara hər gün şahid oluruq.

Qərbin geyimə müdaxiləsi.

Bəlkə də hamınız bilirsiniz ki, qərb geyimləri bütün dünyada yüksək reytinqlə satılır. İnsanlara hər yeni gün yeni modalar gətirmək adıyla insanları aldadaraq insanları ibtidai icma dövrünə qaytarırlar. Yəni ibtidai icma dövründə insanlar çılpaq gəzirdilər və ya İslam gəlməmişdən öncə cahillik zamanında insanlar Kəbə evini çılpaq təvaf edirdilər və bunu ibadət kimi hesab edirdilər. Hər yeni gün, hər yeni paltar daha da açıq-saçıq, daha da insanları özünə cəlb eləməyə vadar edir. Yeni moda dedikləri nədən ibarətdir? Yeni moda qadınlarda daha açıq-saçıqlıq, yupkaların günü-gündən qısalması, koftaların sinəsinin açılması deməkdir. Bunun mənası odurki siz şərqlilər bizim kimi geyin, bizim kimi davranın, bir sözlə ya yəhudi olun ya da xristian. Yəni hər bir mövqedə İslama zidd olun deyir və bunu bizə. İnkişaf, müasirlik, mədəniyyət adı altında dediklərini yeridir, əslində isə gördüyünüz kimi tənəzzül, geriyə qayıtmaqdır. Kişilərdə isə özlərini hansısa müğənniyə oxşadar, hansısa aktyora və yaxud hansısa repərə oxşadar. Yəni İslamda nə pop musiqisi var, nə rep və yaxud da rok. İslam insanları paklığa dəvət edir, təqvalı olmağa dəvət edir. Ancaq bu saydıqlarım insanları tənəzzülə uğradır. İnsan həyatını sanki bir oyuncağa çevirir. Özünüz düşünsəniz hər bir sualın cavabını tapmış olarsınız özlüyünüzdə. İslam isə nəyi buyurur? Qurani Kərimdə geyim, örtünmək haqqında nə buyurulur? Nur surəsi (ayə 30-31): "(Ya Rəsulum!) Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);”
Yəni Qurani Kərim buyurur ki, örtünmək vacibdir və insanın özü üçün xeyirlidir. İslam paklıq, əxlaq, ədəb ərkan, təmizlik və insanın şəfaətidir. Bilirsinizmi qərb dövlətləri örtünmədikləri üçün, haramları halal bildikləri üçün nə qədər xəstəliklərə düçar olur və həlak olur? İslam dövlətlərinin uzun yaşamalarının səbəbləri İslama riayət etdikləri üçündür, oda riayət edənlərə aiddir. İslam zinanı, donuz ətini, içkini, narkotiki və s. haram bilir və böyük günahlara düçar olur bu günahları işlədən insanlar. İslam bunlara ziddir, İslam bunları pisləyir. Bilirsinizmi niyə, çünki insan orqanizmi üçün zərərli olan hər bir şey İslamda haramdır. Demək İslam bizi nəyə dəvət edir? İnsan necə dünyaya pak gəlirsə dünyadan köçəndə də pak Allahın hüzuruna qayıtmağa dəvət edir. Allah bu canı bizə pak olaraq verib, əmanət edib. Bizlər isə günahlar işlədərək cismimizi kirlədir və Allahın əmanətinə xəyanət etmiş oluruq. Bu yolla, yəni günahlar işlədərək, gözlərimizi haramdan çəkməyərək, örtünməyərək, Allahın haram buyurduğunu özümüzə halal bilərək, bir sözlə şeytanın yolunu gedərək nəyə nail olacağıq, axırımız necə olacaq? Sonumuz axirətdir və axirətdə sorğu tutulduğu zaman bütün bədən üzvlərimiz bizə qarşı şahid duracaqlar. Nur surəsi (ayə 24, 25): "Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi və’din) açıq-aşkar bir haqq olduğunu biləcəklər!” Və o zaman deyəcəyik kaş yenidən dünyaya qayıdardıq və ömrümüzü ibadətlə keçirərdik. Məhz o gün peşman olacağıq, həmdə çox. Ancaq sonrakı peşmançılıq fayda verməz. Bunun üçün indi imkan var ikən Allaha təslim olaq. Allahın əmrlərinə tabe olaq və qərbin məqsədyönlü siyasətinə uymayaq. Sonda isə bir ayə ilə məqaləni bitirmək istəyirəm. Nur surəsi (ayə 21): "Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!"P.s...Söhbet Qərbə olan əxlaqdan gedir...orada olan dinlə heç bir əlaqəsi yoxdur...


Tarix: 07.06.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Maraqlı melumatlar
loading...