Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın Şikayəti

Quranın şikayəti
Qiyamət günü şikayət edənlərdən biri də "Quran-i Kərim" olacaq. O, Qiyamət günü çox gözəl bir gənc şəklinə düşüb, ona əhəmiyyətsiz yanaşan və əməl etməyənlərdən şikayət edəcək.
Əziz Peyğəmbərimiz (s) buyurub:
"Qiyamət günü Quran gələrək şikayət edəcək:"
"İlahi! Məni kənara qoymaq və bütün göstərişlərimə əməl etməməklə məni cırıb təhrif etdilər."
Bir başqa hədisdə isə buyurulub:
"Üzündən oxunmayan və kənarda toz-torpaq basmış Quran Qiyamət günü insandan şikayət edəcək."
Quranın Qiyamət günü şikayəti bu surətdə olacaq:
Məsələn, məhşərdə hicab ayəsi gəlib, hicaba riayət etməyən qadınlardan şikayətlənəcək ki, nə üçün mənə hörmətsizlik edib, hicaba düzgün riayət etmirdilər?! Yaxud, sələm və rüşvətin haram olduğunu göstərən ayələr şikayətlənərlər ki, nə üçün bizə zülm edib, hökmümüzə əməl etmədilər?!
Amma onu özünə dost seçən və ona əməl edənlərə Quran o gün şəfaət edəcək. O, Allah-Təaladan möminlər üçün Behiştin ali dərəcələrini istəyəcək. İnsan üçün bundan da böyük məhrumiyyət ola bilərmi ki, insan Quranın şəfaətindən məhrum olsun və şəfaət üçün göndərildiyi halda, Quran ondan şikayətlənsin?!..


Tarix: 07.06.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar
loading...