Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ya Rəbbim əlimi Sənə açdım, könlümü Sənə verdim!

Allahım!
Ey aləmlərin Rəbbi!
Ey sevgini sevgiylə yaradan!
Ey sevən, sevdirən və sevindirən!
Ey rəhmətin sonsuz qaynağı!
Ey mərhəmətlilərin ən mərhəmətlisi!
Ey könüllərin mütləq hakimi!
Ey zatına həmd ilə əziz olduğum!
Ey zatını həmddən aciz olduğum!
Mən layiqincə öyə bilmərəm Səni!
Sən öydüyün kimisən Özünü!
Səni layiqincə ancaq Sən tanıyar,
Səni layiqincə ancaq Sən öyərsən!
Həmdim Sənə məxsusdur, duam Sənədir!
Ümüdüm, qorxum və sevdam Sənədir!
Üzümü Sənə çevirdim, Sənə tutundum!
Əlimi Sənə açdım, könlümü Sənə verdim!
’’Məni qovmaz” deyə qapına gəldim!
Əfvi boldur deyə əfvinə gəldim!
Tutdum günahımdan üzümə pərdə,
Qulluq edəmmədim, lütfünə gəldim!
Allahım!
Qanadı qırıq bir quş kimiyəm.
Uçsam uça, qaçsam qaça bilmirəm.
Yarımçıq qalmış yuxu kimiyəm.
Yardan da, sərdən də keçə bilmirəm.
Mənzilə çata bilməmək qorxusu sardı mənliyimi
Qolum-qanadım qırıq, könlüm min parça!
Ey qəlbləri hər səmtə çevirən, ey könüllər Sahibi!
Yaraları sarıyan, dağılanı toplayan Sənsən!
Varlığım Sənin varlığının şahididir!
Varlığım Sənin Rəhmətinin şahididir!


Tarix: 06.06.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...