Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzrail (ə)

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Tanrı Əzrailə:
"Ya Əzrail! Qullarımdan hər hansı birinin canını alınca heç üzüldünmü?"-
- Ya Rabb hər şey sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı.

Tanrı:
“Bəs sevinərək hər hansı bir qulumun canını aldınmı? ”
Bəli tanrım. Bir zalım padşah var idi. Bütün xalq onun əlindən bezar idi. Bax o qulunun canını sevərək aldım.
“Padşahın kim olduğunu xatırlayırsanmı?”
- Xeyr xatırlamıram Ya Rabb-deyincə, Tanrı buyurdu:
“Həmən o padişah anasının canını üzülərək aldığın yetim uşaqdır, zalım padşahdır”


Tarix: 06.06.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar
loading...