Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbimiz nə dərəcədə təmizdir?

Bəzi insanlar qəlb təmizliyini yalnız insanlar haqqında mənfi fikirdə olmamaq və yaxud yardımsevər olmaq kimi çox bəsid Şəkildə baŞa düŞürlər. Bununla da kifayətlənməyib, insanlara qarŞı yaxŞı davranmaqla, Allaha qarŞı ibadət mükəlləfiyyətlərini yerinə yetirdiklərini güman edirlər. Bu, Şeytanın hiyləsi və nəfs oyunudur. Bu oyuna düŞənləri aldadan səbəblərdən biri onların baŞqalarının səhvlərini nümunə kimi göstərmələridir. Yəni, bu insanlar, namaz qılan, ibadət edən bir möminin gündəlik həyatında İslamın ruhuna əks olan bəzi nöqtələri üzə çıxarırlar: “bu insan namaz qılır, lakin filan səhvləri də vardır. Mən isə onun etdiyi səhvləri etmirəm” deyərək özünün ibadət etməməyinə mömin birinin qüsurlarında əfv qapısı tapmağa çalıŞırlar. Belə səhv qiymətləndirmələr yalnız namaz qılmayan adamlara xas deyil. Namaz qılan bir mömin də İslamın Şərtlərini özündən daha yaxŞı yerinə yetirən baŞqa bir mömin haqqında buna bənzər Şeylər düŞünə bilər.

Qəlbimiz nə dərəcədə təmizdir?

Qəlblərinin təmiz olmalarını iddia edərək ibadətdən imtina edən insanlar da az deyil. “Namaz qılmasamda, qəlbim təmizdir, heç kimə pislik eləmirəm, heç kimin dalınca danıŞmıram...” deyənlərə çox rast gəlmiŞik. Belə insanlar dini biliklərə sahib olmadıqlarına görə səhv düŞüncələri müdafiə edirlər.

Doğru yol göstərən rəhbərimiz Həzrəti Peyğəmbərdən (s.ə.v.) gələn bir hədisdə belə buyurulur: “Bir günah iŞ görüldüyü zaman qəlbdə qara bir ləkə əmələ gəlir. Əgər həmin insan tövbə edib, bağıŞlanma dilərsə, qəlbi yenə də təmizlənər...”

Bu hədisdən bizə məlum olur ki, təmiz qəlb yalnız günahlardan qorunmuŞ bir qəlb ola bilər. Yalan dünyaya uyub Allahı unutmayaq!


Tarix: 06.06.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...