Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua edək

Ya Allah! Ey bütün gözəl ad və sifətləri özündə toplayan Allahim! Sənə ən böyük adinla dua edirik, dualarimizi qəbul et!

Ya Rəhman, Ya Rəhim! Ey bütün varliqlara şəfqət və mərhəmətlə yanaşan Allahim! Bizə həm dünyada, həm də axirətdə mərhəmət eylə!

Ya Rəzzaq! Ey bütün varliqlarin ruzisini verən Allahim! Bizə bol və halal ruzi ver!

Ya Hafiz! Ey hər şeyi qoruyan, hifz edən Allahim! Məni, ailəmi və bütün müsəlmanlari hər cür bəla və pisliklərdən qoru!

Ya Musavvir! Ey hər bir varliği ən gözəl şəkildə yaradan Allahim! Zahirimizi gözəlləşdirdiyin kimi daxilimizi də gözəlləşdir!

Ya Mucib! Ey qəlblərdən keçən, ağizlardan çixan hər bir duani eşidib qəbul edən Allahim! Bizi Sənə ürəkdən dua edən və duasi qəbul olan bəndələrindən eylə!



Ya Həyyu Ya Qəyyum! Ey hər an diri və həyatin qaynaği olan, bütün kainati idarə edən Allahim! Bizi Səndən gələn həyati Sənin yolunda sərf edənlərdən eylə Qəlbimizi fanilərə bağlatma!


Tarix: 06.06.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar
loading...