Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha itaət

Əsil müsəlman olmağın əsas şərtlərindən biri Allaha itaət edərək onun istədiklərini həyata keçirməkdir.Bəs Allah bizdən nə istəyir?
Bu xasiyyətləri biz tədricən özümüzdə yetişdirməli və daim Allahdan bu işdə kömək istəməliyik.Lakin Allahın bizdən gündəlik həyatımızda da istədiyi bir sıra əməllər vardır.Bu əməllər Allah tərəfindən bizim üzərimizdə qoyulmuş artıq yük deyil.Bu əməllər bizi Allaha yaxınlaşdıracaq əməllərdir.Bu əməllərin əvvəlinciləri namaz və orucdur.
Namaz insan ruhunun ən üstün zirvələrindən biridir.Namaz qılan şəxs sanki Allah ilə üzbəüz dayanaraq onunla söhbət edir, öz təşəkkürlərini,arzularını və istəklərini ona bildirir.Allah-təala insanların daim onunla ünsiyyətdə olması və mənəviyyatlarının təmizlənməsi üçün namazı bizə vacib etmişdir.Bizim hamımız öz dua və arzularımızda Allaha müraciət edirik, lakin bu dua və arzuları Allaha çatdırmağın ən yaxşı üsulu namazdır.
Hər bir müsəlman namazı öyrənməli, qılmalı və başqalarına da öyrətməlidir
Allahın bizdən istədiyi digər bir əməldə orucdur.
Hər il Ramazan ayı gələndə bütün dünya müsəlmanları oruc tutaraq Allahın nemətlərini xatırlayır və ona şükür edilər.Ramazan ayı bərəkət ayıdır və bu ayda imkanı olduğu halda oruc tutmamaq böyük günahdır!


Tarix: 04.06.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...