Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHı tanı

1-İmam Əli(ə):-''Böyüyüb Allahımı tanımamaqdansa,uşaq ikən ölüb behiştə gedməyi sevirəm.''

2-Rəsuli-Əkrəm(s): -''Əməllərin ən yaxşısı Allahı tanımaqdır.Elm,əməlinin az və ya çox olmasından asılı olmayaraq sənə xeyir verər.Nadanlıq isə əməlinin az və çox olmasına baxmayaraq sənə mənfəət verməz''

3-İmam Əli(ə):-''Əgər fikrini bir yerə yığıb yollarını arasan,görərsən ki,qarışqan yaradan elə həmin xurma ağacını da yaradandır.(Bu yaranış) onlarda işlənmiş məharətli bir zərifliyi və seçimi göstərir.Onlar böyük-kiçik,ağır-yüngül,güclü-zəif olmalarına baxmayaraq,yaranışda Allah üçün eynidirlər''

4-İmam Rza(ə):-''Dedim Allah lətifdir,çünki lətafəti yaratmışdır və lətif olan şeylərə agahdır.Onun yaratdıqlarını əsər-əlamətini həm incə,həm də incə olmayan bitkilərdə,xırda və böyük canlılarda,ağcaqanad və ondan da kiçik olan,gözlə görünməyən erkək və dişiliyi bilinməyən heyvanlarda görmürsənmi?!. Onun yaratdıqlarını incəlik və lətafəti gördükdə,bildim ki,bu yaranmışların yaradanl da lətifdir.''

5-Rəsuli Əkrəm(s):-''Allah yeri və göyləri yaratdığı zaman hər biri göylərlə yerin arasını əhatə edə bilən yüz rəhmət də yaratdı.Onlardan birini yerdə qərr verdi.Məhz o rəhmətlə ana öz balasına,vəhşi heyvanlar bir-birinə və quşların bəzisi digərinə məhəbbət göstərir.Doxsan doqquzu isə Qiyamətə qalmışdır.Qiyamət günü olduqda bu bir rəhmət də onlara qoşular.''

6-İbn Əbil Ovca İmam Sadiqdən(ə) soruşdu:-''Nəyə görə Alah Özü pərdə arxasına çəkilmiş və insanlar üçün peyğəmbər göndərmişdir?''İmam buyurdu:-''Vay olsun sənə!Qüdrətini elə sənin özündə sənə göstərən kəs pərdə arxasında ols bilərmi?!Səni yoxdan yaratmış.kiçik olduqdan sonra böyütmüş,zəilikdən sonra quvvəli etmişdir...''İbni Əbil Ovca deyir: -''Həzrət mənim vücudumda olan ilahi qüdrət-nişanələrini bir- digərindən sonra sayır,mənsə onların heç birini inkar edə bilmirdim.Elə bilirdim ki,indicə Allah mənimlə onun arasında zahir olacaqdır.''

7-İmam Əli(ə):-''(Bütün dünyadakı) su damlalarının,döydə olan ulduzların,küləyin havada səpələndiyi tozların dayı,qarışqanın daş üstündə etdiyi hərəkət və zülmətli gecədə yatması Ona (Allaha) gizli deyildir.Yarpaqların töküldüyü yeri və göz qırpımlarını da bilir.''

8-İmam Əli(ə):-''(Allah) qəlblərində sirr saxlayanların sirrini,pıçıtlı ilə söhbət edənlərin sözünü,xatirələrdə (qəlblərdə) olan gümanların və yəqinə əsslanıb qəbul edilən hər bir qərarı bilir.''

9-İmam Əli(ə):-''İnsanlarn içində Allahı daha çox tanıyanlar -Ondan çox şey istəyənlərdi.''

10-İmam Əli(ə):-''Yaxşı olar ki,mütəal Allahı tanıyan bir insan qəlbini heç vaxt Ona olan ümid və xofdan boş qoymasın.''


Tarix: 03.06.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Maraqlı melumatlar
loading...