Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

namaz haqqında

Gecə namazını qılmağa adət edib sonradan onu tərk etmək məkruhdur ( bəyənilməyən haldır):
Abdullah İbn Amr əl-as deyir ki, Peyğəmbər mənə belə demişdir: Ey Abdullah, filankəs kimi olma. O gecə namazlarını qılardı, amma sonra tərk etdi.

Dəstəmazdan sonra qılınan namaz:
Əbu Hureyrə deyir ki, bir gün Peyğəmbər Sübh namazından öncə Bilala dedi: Ey Bilal, İslamda könüllü etdiyin ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin ayaqqablarının tıqqıltısını cənnətdə öz qarşımda eşitmişəm.
Bilal dedi: Mənim könüllü etdiyim əməl budur ki, mən istər gecə, istərsədə gündüz vaxtı hər dəfə dəstamaz alanda mənim talehimə yazılan sayda ( iki rükət ) namaz qılıram...
Namazdan sonra edilən zikir və dualar:
Sobhan deyir ki, Peyğəmbər namazını bitirdikdən sonra üç dəfə (əstəğfurullah deyər) və sonra belə deyərdi:
Allahummə əntəs salam və minkəs salam təbərəklə ya zəl- cəlali vəl ikram.
Duanın tərcüməsi: Ey Allahım, sən bütün naqisliklərdən və eyiblərdən salamatsan. Əminamanlıq bəxş edən sənsən. Ey qüvvət və lütf sahibi sən həqqiqətən böyüksən.


Tarix: 03.06.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar
loading...