Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Əli(ə) fəzilətləri hədislərin dili ilə

Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Əli (ə) behiştə gedən ilk şəxsdir.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Əgər bütün insanlar Əliyə (ə) məhəbbət bəsləsəydilər, Allah-taala cəhənnəm odunu yaratmazdı.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Öz məclislərinizi Əlini yad etməklə zinətləndirin; çünki onda peyğəmbərlərin yetmiş xisləti vardır.”
İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbərin (s) Əlini (ə) vilayət məqamına seçdiyi gün müsəlmanların (Qədir) bayramıdır.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimin ən üstün bayramı Qədir bayramıdır. Həmin gündə Allah Taala mənə əmr etdi ki, qardaşım Əlini ümmətimin bayraqdarı (rəhbəri) seçim.”
İmam Kazim (ə) buyurmuşdur: “Əlinin (ə) vilayəti bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Hər bir peyğəmbər yalnız Mühəmməd (s)-in nübüvvətinə və Əlinin (ə) imamətinə dair əhd-peyman aldıqdan sonra peyğəmbərliyə seçilmişdir.”
İmam Baqir (ə) buyurmuşdur: “Şeytan dörd dəfə nalə etmişdir: 1-Allahın lənətinə səbəb olduğu gün. 2-Yer üzünə gəldiyi gün. 3-Peyğəmbəri-Əkrəm (s)-in peyğəmbərliyə seçildiyi gün. 4-Qədir Xum bayramı günü.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Sən mənim canişinim və ümmətimin rəhbərisən. Sənə tabe olan şəxs xoşbəxtdir.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Əli Allahın kitabının təfsirçisi və (insanları) Allaha doğru dəvət edəndir.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə doğru hidayət edərik.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Hər kəs elm öyrənmək istəyirsə, mütləq o qapıdan daxil olmalıdır.”
Peyğəmbər Əkrəm (s) “Peyğəmbər (s) mənə min elm babını öyrətdi ki, hər babdan min qapı açılırdı.”
Həzrət Peyğəmbər (s) bütün elmləri imam Əliyə (ə) təlim verdi.
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Məndən sonra ümmətimin ən elmli şəxsi Əlidir.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Qiyamətdə mənə əta olunacaq nemətləri sənin üçün də istəyirəm.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Əlinin məsəli Nuhun məsəli kimidir; hər kəs onun gəmisinə minsə, nicat tapar və hər kəs ondan uzaq düşsə, qərq olar.”
İmam Əli (ə) Kəbənin damında azan deyən birinci şəxsdir.
Allah evində (Kəbədə) dünyaya gələn və Allah evində (Kufə məscidində) şəhid olan şəxs yalnız imam Əlidir (ə).
İmam Əli (ə) Xeybər müharibəsində Mərhəbə dedi: “Mən anamın Heydər (həmlənin son məqamında olan şir) adlandırdığı şəxsəm ki, ovu ovlamaq üçün pusquda oturmuşam.”
İmam Əlinin (ə) adı Allah Taalanın “Əliyyun Əla” adından götürülmüşdür.
İmam Əli (ə) dünyaya gələndə, həzrət Peyğəmbər (s) öz dilini (təbərrük olaraq) imam Əli (ə)-ın ağzına qoydu və o həzrət Peyğəmbər (s)-in dilini sormağa başladı.
İmam Əli (ə) Peyğəmbərə(s) iman gətirən birinci şəxsdir. Şeyx Salman Bəlxi deyir: “Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi günün sabahı Əli (ə) İslamı qəbul etdi.”
İmam Əli (ə) həzrət Peyğəmbərlə (s) namaz qılan birinci şəxsdir.
İmam Əli (ə) Allahın əmri və Peyğəmbərin vasitəsilə evlənən yeganə şəxsdir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli qiyamətdə “Həmd” bayrağını götürən şəxsdir və onun məqamı mənə hamıdan yaxındır.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əli “Kövsər” hovuzunun sahibidir.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Məni sevdiyini deyib, Əlini düşmən tutan şəxs yalan deyir!”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Bir gün Cəbrail mənim yanıma gəlib dedi: “Ey Mühəmməd! Allah sənin səhabələrinə nəzər saldı, Əlinin (ə) sənin ən yaxşı dostun olduğunu görüb, onu sənin canişinin və sənin tərəfindən xəbərləri çatdıran bir şəxs qərar verdi.”
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Əli haqq ilə, haqq da Əli ilədir.”
Allah Taala günəşi Əli (ə) üçün geri qaytardı və bu iş, həzrət Peyğəmbərin (s) ümmətindən heç bir şəxs üçün baş verməmişdir


Tarix: 03.06.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Maraqlı melumatlar
loading...