Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmanın altıncı şərti, Qədərə İman (I hissə)

1) Qədərə imanın tərifi və əhəmiyyəti:
Qədər: Allahın kainatdakı hər şeyi əzəli elmi və hikməti sayəsində təqdir etməsi, o elminə uyğun bir şəkildə nizama salmasıdır. Qədərə iman Allahın sonsuz elmi və gücü ilə əlaqəli bir mövzudur. Uca Allahın her şeyə gücü çatar və O hər istədiyini də edə bilər.

Qədərə inanmaq, Allah’ın rübubiyyətinə(rəbbliyinə) inanmağın gərəklərindəndir. İmanın altı şərtindən biri olub, ona tam bir şekildə inanılmadan iman edilmiş olunmaz. Uca Allah belə buyurmuşdur:
“- Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.” (54 - əl-Qəmər (Ay) surəsi, 49 – cu ayə)


Məhəmməd peyğəmbər(s.ə.s) bu barədə belə buyurmuşdur:
(( كل شيء بقدر حتى العجز والكيس أو الكيس والعجز )) ( رواه مسلم )
“Hər şey bir qədərə görədir. Hətta (bir insanın dünya ve axirət işlərini etməyində) acizlik göstərməsi və ya istəkli və arzulu olması onun qədərindəndir.” (Müslim rivayət etmiştir.)

2)-Qədərə İmanın Mərtəbələri

İnsanın qədərə imanının tam və uyğun bir şəkildə ola bilməsi üçün bu dörd mərtəbəni həyata keçirməsi lazımdır.
Birincisi: Allah’ın hər şeyi əhatə edən əzəli və əbədi bir elmi olduğuna inanması lazımdır. Bu barədə uca Allah belə buyurmuşdur:
- (Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır! ( əl-Həcc surəsi, 70-ci ayə).

İkincisi : Hər şeyin uca Allah’ın elminə daxil olduğuna və yaradılmış hər şeyin, hər hadisənin Lövhü Məhfuz’da qeyd olunduğuna inanmaqdır. Bu barədə uca Allah belə buyurur: “- Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda və ya Lövhü Məhfuzda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir” (əl-Ənam(Davar) surəsi, 38-ci ayə).
Bu barədə Məhəmməd peyğəmbər belə buyurmuşdur:
((كتب الله مقادير الخلائق قبل أن يخلق السماوات والأرض بخمسين ألف سنة )) (رواه مسلم)
“Allah göyləri və yeri yaratmadan əlli min il öncə bütün məxluqatın qədərini yazmışdır” (Müslim rivayət etmişdir).
Üçüncüsü: Uca Allahın istədiyini istədiyi kimi etdiyinə iman gətirməkdir. Bu barədə uca Allah belə buyurmuşdur:
- (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) (ət-Təkvir (Sarınma) surəsi, 29-cu ayə)
Məhəmməd peyğəmbər(s.ə.s) özünə Sən və Allah istəsəniz deyən adama belə buyurmuşdur:
(( أ جعلتني لله ندا بل ما شاء الله وحده)) (رواه أحمد)
“Sən məni Allah’a şərik qoşulan bir bənzərmi etdin? Halbuki Allah tək başına istəyəndir.” (Əhməd rivayət etmişdir.)

Dördüncüsü: Uca Allah’ın hər şeyin yaradıcısı olduğuna inanmaqdır. Bu barədə uca Allah belə buyurmuşdur:
- Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!( əz-Zumər (Zümrələr) surəsi, 62-ci ayə)
Uca Allah başqa bir ayədə belə buyurmuşdur:
- Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”( əs-Saffat (Səf-səf duranlar) surəsi, 96-cı ayə).
Bu barədə Peyğəmbərimiz(s.ə.s) belə buyurmuşdur:
(( إن الله يصنع كل صانع وصنعته)) (رواه البخاري)
“Allah hər sənətkarı və etmiş olduğu sənəti yaradandır.” (Buxari rəvayət etmiştir.)

3) – Qədərin növləri

a-Ümumi qədər: Allah’ın bütün kainat üçün qoyduğu, göyləri və yeri yaratmazdan əlli min il əvvəl lövhü məhfuz’da yazdığı hesabını etdiyi ümumi bir təqdirdir.

b-Ömürlük qədər: Qulun ana bətnində ona ruh verildikdən sonra ölənə qədər başına gələcək bütün hadisələri içinə alan bir təqdirdir.

c-İllik qədər: Qulun hər il Qədr gecəsində o il həyatından nə keçəcəyini müəyyən edən illik bir təqdirdir. Uca Allah belə buyurmuşdur:
- Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur –(əd-Duxan (Duman) surəsi), 4-cü ayə)

d-Gündəlik qədər: Uca Allah’ın feliylə əlaqəli olan; öldürmə, diriltmə, vermə, alma işləriylə əlaqəli olan gündəlik insan oğlunun həyatındakı təqdiridir. Uca Allah belə buyurmuşdur:
- Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz). (ər-Rəhman (Rəhmli olan Allah) surəsi, 29-cu ayə)

4)- Sələfin qədər inancı və əqidəsi:

Uca Allah hər şeyin yaradıcısı, sahibi və idarəçisidir. Hər bir şeyi hələ yaratmamışdan əvvəl olacaq hər şeyin qədərini müəyyən etmiş, qullarının və digər bütün məxluqatın ölümlərini, ömürlərini, ruzilərini, edəcəkləri işləri, əxlaqi vəziyyətlərini(yaxşı və ya pis olacaqlarını) açıq aşkar bir kitab olan lövhü məhfuzda yazmış və hesablamışdır. Allah nəyi istəsə olur. Nəyi də istəməzsə heç kimin onu meydana gətirməyə gücü çatmaz. O’nun hər şeyə gücü çatar. Kimi istəsə hidayətə, kimi də istəsə azğınlığa aparar. O nəyin olduğunu, nəyin olacağını, nəyində meydana gəlmədiğini, əgər meydana gəlsəydi necə olacağını da çox yaxşı bilir. Qulların da Allah’ın özləri üçün yazmış olduğu qədər istiqamətində, etmək istədikləri şeyləri istəmə və güclərini bu istiqamətdə istifadə etmə haqqları vardır. Təbii ki, qulların ancaq Allah’ın istədiyi şeyləri istiyə biləcəklərinə etiqad edib buna inanmaları lazımdır. Uca Allah belə buyurmuşdur:
“- Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)” (əl-Ənkəbut (Hörümçək) surəsi, 69-cu ayə).
Şübhəsiz ki Allah qullarının hərəkətlərini, etdiyi işləri yaradandır. Amma qullar bu işləri hərəkət edərək edəndirlər. Qulun edilməsi lazımlı olan şeyləri tərk edib, edilməsi haram olan şeyləri yerinə yetirmələri barəsində uca Allaha qarşı deyəcəkləri bir üzrləri, dəlilləri yoxdur. Qulun öz nəfsinə gələn müsibətlər üçün bu qədərdir deməsi doğrudur. İşlədiyi günahlar üçün bu mənim qədərimdə vardır deməsi düzgün deyildir. Əgər xətalarından tövbə edərsə o vaxt bu şəkildə deməsi düzgün olar. Məhəmməd peyğəmbərimizin(s.ə.s) xəbər verdiyi kimi Adəm(ə) və Musa(ə) arasında bu söhbət olmuşdur:

(( تحاج آدم موسى فقال موسى أنت آدم الذي أخرجتك خطيئتك من الجنة فقال له آدم أنت موسى الذي اصطفاك الله برسالاته وكلامه ثم تلومني على أمر قد قدر علي قبل أن أخلق فحج آدم موسى)) (رواه مسلم)
“Adəm və Musa(ə) arasında belə bir söhbət keçir: “Musa(ə) Adəmə(ə): “Sən bir günahının üzündən cənnətdən çıxarılan Adəm’sən” dedi. Adəmdə(ə) Musa’ya “Sən Allah’ın dini və kəlamı ilə seçip ayırdığı Musa’san. Bütün bunlardan sonra mən hələ yaradılmamışkən mənim üçün təqdir edilmiş bir şey üzünden məni ayıblayırsan” dedi. Beləcə Adəm(ə) Musaya(ə) dəlil gətirdi” (Müslim rəvayət etmişdir). Amma bu; keçmişdə edilən xətalardan tövbə edildiyi vaxt keçərli olar. Necə ki, Adəmin(ə) heykayəsi bu şəkildə cərəyan etmişdir.


Tarix: 08.05.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Maraqlı melumatlar
loading...