Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏKİM

əl-Həkim – «O, Həkimdir». (əz-Zariyət 30). «Allah biləndir, Həkimdir». (ən-Nisa 26). Peyğəmbərin (s.a.v) yanına bir bədəvi gələrək dedi: «Mənə daima söyləyəcəyim bir neçə kəlimə öyrət». Peyğəmbər: «De ki: Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur, Allah böyüklərin ən böyüyüdür. Ona həmd olsun. Aləmlərin Rəbbi olan Allah Ucadır. Əziz və Həkim olan Allahdan başqa heç bir qüc və qüvvət sahibi yoxdur…» deyə buyurdu (Müslim 2697. )

Uca Allahın yaratmış olduğu hər bir şey elmdən və hikmətdən meydana gəlmişdir. Hökmü elmdən və hikmətindən qaynaqlanmasıdır. Hökm və Hikmət sahibi. Hər bir şeyi gözəl və faydalı şəkildə yaradan və yaratdığını yerli-yerinə qoyandır. Həlimi deyir ki: «Həkim söylədiyi hər söz və etdiyi hər bir felin doğru olandır. Belə bir sifət yalnız Allaha yaraşır. Çünki etdiyi bütün fellər doğrudur, əsərləri mükəmməldir və heç bir qüsuru yoxdur. Bu qədər doğru, sağlam və mükəmməl əsərlər ancaq hakim olan biri tərəfindən edilə bilər. Bu əsərlərin həyat sahibi Hakim olan Allahdır». Xattabi deyir ki: «Həkim hər bir şeyi sağlam və nöqsansız yaradandır. «O, yaratdığı hər şeyi gözəl yaradandır». (əs-Səcdə 7)».

Hikmət (Hikmət – Lazım olan feli, lazım olan formada, vaxtda etməyə deyilir. )bir şeyi edənin onu nə üçün etdiyi ilə əlaqədardır. Yəni hikmət edənin etmə məqsədi ilə əlaqəli bir qavramdır. Dolayısı ilə bir məqsəd üçün etməyən kimsə haqqında hikmət düşünülməz. Hikmət bir kimsənin elmə və saleh əmələ yönəlməsini və istədiyi məqsədi əldə etməsini bildirir. Hikməti qəbul etməyən Allaha tam şəkildə həmd edə bilməz. Onu nöqsanlardan münəzzəh tutmaz.


Tarix: 05.05.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 36 Bölmə: Maraqlı melumatlar
loading...