Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)ALİM - ĀLİM - ALLƏM

əl-Alim – əl-Ālim - Əzəli elmi ilə, böyük-kiçik, gizli-aşkar, yaradılmış-yaradılmamış hər şeyi biləndir. Heç bir şey Onun elmindən qırağa çıxa bilməz və Ona gizli qalmaz. O, hər şeydən xəbərdardır. Onun elmi hər cür sirləri, gizli işləri, qəlblərin gizlətdikləri şeyləri, qeyb məsələlərini, məsələlərin arxa planlarını, hər şeyin ən incə və gizli tərəflərini əhatə edir. «Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən». (əl-Bəqərə 32). «Yerə daxil olanı da, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da O, bilir». (Səba 2). «Göylərdə və yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz» (Səba 3). «Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum (kainatda) elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın». (əl-Ənam 59). «O, bilmədən heç bir meyvə qabığından çıxmaz, heç bir qadın hamilə olmaz və bari-hamiləni yerə qoymaz». (Fussilət 47). «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir». (əl-Mumin 7). «Mən sizin bildiklərinizi bilirəm». (əl-Bəqərə 30). Onun üçün qeyb və bilməməzlik deyə bilinən bir şey yoxdur. O, hər hansı bir şeyi idrak etməkdən aciz deyildir. Lakin insanlar isə çox şeyləri idrak etməkdən acizdirlər. Xattabi (Allah rəhmət etsin) deyir ki: «Alim – insanların bilmədikləri və idrak etmədikləri sirləri və gizlilikləri biləndir. Alim ən mükəmməl elm sifətinə sahib olandır». “De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!”. (əz-Zumər 46).
əl-Alləm – «Allah qeybləri çox gözəl biləndir». (ət-Tövbə 78). Həlimi (Allah rəhmət etsin) deyir ki: «Allah bu an var olan, var olmaqda olanları, var olduqlarında necə olacaqlarını, var olmayanları və əgər var olsalardı necə olacaqlarını biləndir». «Şübhəsiz ki, O gizlini də, gizlinin gizlisini də bilməkdədir». (Ta ha 7). «Allah hər şeyi bilməkdədir». (ən-Nisa 176). «Allah zalimləri çox yaxşı tanıyandır». (əl-Bəqərə 95). «Allah onların durumunu haqqıyla biləndir». (ən-Nisa 39). «Əlbəttə Allah fitnə-fəsad törədənləri tanıyandır». (Ali İmran 63). Bu İsim məşhur istixarə duasında belə keçər: «Şübhəsiz ki, Sən qeyibləri çox gözəl bilənsən»(Buxari 1166.)

O, bütün insanları yaratdığı andan etibarən dünyada necə yaşayacaqlarını və öldükdən sonra axirətdə necə yaşayacaqlarını biləndir. Allah bütün insanların yaxşı və pis əməllərini və bu əməllərin axirətdəki nəticələrini incəliyinə kimi biləndir. Allahın elmi görünən və görünməyən, zahir və batin, gizli və aşkar hər şeyi əhatə edir. Heç bir şey Ona gizli deyildir.


Tarix: 05.05.2013 / 14:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar
loading...