Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) LƏTİF

əl-Lətif – Ən çətin işləri belə bütün incəlikləri ilə bilən və varlıqlara nemətlərini gizli yollarla, yumşaqlıqla onlara çatdırıb ehtiyaclarını qarşılayandır. Bir işi etmək xüsusunda yumşaq olmağı və faydalı şeyləri yaratdıqlarından dilədiyinə gözəlliklə və incəliklə çatdırmaqda işlərin ən incə və ən gizli yönlərini özündə toplayan zat deməkdir. «O, Lətifdir». (əl-Ənam 103). «Allah qullarına çox lütfkardır». (əş-Şura 19). «Doğrusu Rəbbim dilədiyinə lütfünü ehsan edər». (Yusuf 100).
Xattabi (Allah rəhmət etsin) demiş ki: «Lətif - bilmədikləri yöndən qullarına lütf və yaxşılıq edən, onlara düşünmədikləri yerdən xeyirlər verəndir. «Allah qullarına qarşı lütf sahibidir, dilədiyini ruziləndirir». (əş-Şura 19). Allah sənə lütf etdi.

İbn Abbas (r.a) demişdir : «Allah qullarına qarşı lütf sahibidir» – ayəsində: «Onlara qarşı xoş və gözəl davranandır» deyə açıqlamışdır. 2.
Onlara yaxşılıq edəndir.

Yaxşı kimsəyə də, pis kimsəyə də yaxşılıq edəndir. Üsyan etmələrinə baxmayaraq onları aclıqdan öldürməz.

Qullarına yumşaq davranandır.

Ruzi verməkdə qullarına iki yöndən yaxşılıq edəndir. Birincisi onları gözəl şeylərlə ruziləndirir, ikincisi isə ruzilərini bir dəfədə verməyərək israf etmələrinə mane olandır.

İnsanlar arasında qullarının yaxşılıqlarını yayan, pisliklərini isə örtəndir.

Azı qəbul edib, çoxu isə verəndir.

Qullarına çalışmasından daha artığını verən və ona gücündən artığını yükləməyəndir.

Ona üsyan edəni cəzalandırmaqda tələsməyən, ümüd edənin də ümüdünü boşa çıxarmayandır.

Dininə xidmət edənə yardım edən və çox tərif edəndir.

İstəyəni geri çevirməyən, ümüd edəni ümüdsüz qoymayandır.

Xətaları bağışlayandır.

Öz nəfsinə acımayana acıyandır və s (Qurtubi 1/333-336.)


Tarix: 05.05.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...