Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏDUD

əl-Vədud – Sevən və sevilən mənasına gələn Vədud İsmi Qurani Kərimdə 2 dəfə keçməkdədir. İki mənası vardır: 1) Fail vəznində gələn Sevən mənasında. Uca Allah Peyğəmbərləri, nəbiləri, dostlarını və inanan qullarını sevər. 2) Məful – vəznində isə Məvdud - sevilən mənasındadır. Yəni Allah sevilməyi haqq edəndir. O, qulun sevdiklərindən daha üstün bir sevgini haqq edəndir. Hətta O, qulun öz gözündən, qulağından və nəfsindən daha sevimlidir.
(İbn Qeyyim «Cəlaul Əfham» s. 28. )

«Şübhəsiz ki, Rəbbim Rəhim (çox mərhəmətli) və Vədud (qullarını çox sevəndir)». (Hud 90). «O, çox bağışlayan və çox sevəndir». (əl-Buruc 14). Vədud (sevmə) İsmi, Rahim (mərhəmət etmə) İsmi ilə Ğafur (bağışlama) İsminə daha yaxın bir məna ifadə edər. Lakin aralarında fərq vardır. İnsan ona qarşı pislik edəni bağışlaya bilər, lakin onu sevməyə bilir. Yenə də sevmədiyi bir kimsəyə mərhəmət etməyə də bilir. Allah isə tövbə edən qulunu bağışlar, ona mərhəmət edər və heç nəyə baxmayaraq onu sevər. Çünki O, tövbə edənləri sevər. «Allah tövbə edənləri də sevər». (əl-Bəqərə 222). Varlılıqları düşündüyün zaman uca Allahın sevən və sevilən olduğunu görürsən. Allah peyğəmbərləri, mələkləri və mömin qullarını sevər, onlar da Onu sevərlər. Hətta onlar üçün Allahdan daha sevimli başqa bir şey yoxdur. Allah sevgisi heç bir tərəfdən başqa sevgililərə bənzəməz. Bu sevgi başqa sevgililərdə olmaz. O, halda Allah sevgisi hər qulun qəlbində mütləq olması və hər sevgidən əvvəl gəlməsi lazımdır. Onun sevgisi hər sevgidən üstün gəlməlidir. Sevilənin hər istəyi yerinə yetirilməli və Ona bağlı qalınmalıdır. Allah sevigisi əməllərin özü və ruhudur. Açıq və gizli bütün ibadətlər Allah sevgisindən qaynaqlanırlar. Qulun Rəbbini sevməsi Allahın ona bir ehsanıdır. Qulun bu sevgidə bir gücü, qüdrəti və müdaxiləsi yoxdur. Qulun özünü sevməsini və sevgini qulun qəlbində yerləşdirən Allahdır. Sevgini yaradan və onu möminlərin qəlbinə yerləşdirən uca Allah çox mübarəkdir. Daha sonra O, bu sevgini dostlarının qəlbində elə bir nöqtəyə çatdırır ki, artıq bu nöqtədə digər sevgililər çox kiçik və dəyərsiz hala gəlir, bəla və müsibətlər onlara xəfif gəlir, ibadət və itaətlərin zorluqları onlara zövq verir və sonunda sevgilərin ən ucası olan Allah sevgisini, Allah rizasını əldə etmə və Allaha yaxın olma kimi kəramətlərdən dilədiyini əldə edir.
(Şərhu Qasidətun Nuniyyə s. 96. )


Tarix: 05.05.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqlı melumatlar
loading...