Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMİN DUMANI, QIĞILCIMI VƏ ATƏŞİ

Cəhənnəm əhlini gözləyən dəhşətli əzablardan biri də Cəhənnəmin künclərinə dolaraq nəfəsləri boğan dumandır. Bu barədə Allah-taala belə buyurur: «(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır!»

Allah-taala başqa bir ayədə isə belə buyurur: «(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz».
İbn əl-Couzi (Allah ona rəhmət eləsin!) yazır: «Ayədəki «الشواظ» sözünün üç məna ifadə etdiyini bildirir. Onlardan biri atəş, digəri duman və üçüncüsü isə xalis od mənasındadır. «النحاس» sözünü isə iki cür, alovun dumanı və ya Cəhənnəm əhlinin başından tökülən əridilmiş mis kimi izah etmək olar.
Allah-taala buyurur: «Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar! (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir».
İbn Rəcəb (Allah rəhmət eləsin!) bu barədə deyir: «Bu ayə dünya həyatında istidən sərinləşdirici amilləri – su, hava və kölgəni özündə ehtiva edir. Cəhənnəmin havası səmum yelidir ki, bu da hədsiz dərəcədə isti bir küləkdir. Cəhənnəmin suyu qaynar sudur. Onun kölgəsi isə başqa kölgələrdən fərqli olaraq qapqara və dumanlı bir kölgədir».
Qurani-Kərim Cəhənnəmi bürüyən duman haqda bizə belə xəbər verir: «Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!" O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. O (hər biri) bir saray boyda qığılcımlar saçar. O (qığılcımlar), sanki sarı dəvə sürüləridir».
Ayələrdən də göründüyü kimi Cəhənnəmdən ucalan duman böyüklüyünə və nəhəngliyinə görə üç qola ayrılır. Bu duman ətrafa kölgə salar, lakin nə sərinlik gətirər, nə də alovlu atəşdən qoruyar. Cəhənnəmdən saçan qığılcımlara gəlincə, onlar həm nəhəng qalalara, həm də sarı dəvə karvanlarına bənzəyir.


Tarix: 04.05.2013 / 12:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...