Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Xədicə ilə evlənməsi

Xədicə ilə evlənməsi

Xədicə, onun qəlblərə təsir edən əmanət və bərəkətini şəxsən görüb Meysərədəki səfərdə də hal və hərəkətini, hətta, bəzi ecazkarlıqlarını eşitdikdə - iki mələyin onu istidən qoruyub kölgələməsi kimi – qəlbinin ona meyl etdiyini hiss etmişdir. Bir dostunu onun yanına göndərərək onunla evlənmək istədiyini bildirmiş, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) də bu təklifi qəbul etmişdir. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) bu barədə əmilərinə demiş, onlar da Xədicəni, Muhəmməd (Səllallahu Aleyhi və Səlləm)`ə istəmişdilər. Nigah, Haşim oğulları və Qureyşin ziyalılarının iştirak etdiyi bir mərasim ilə keçirilmişdir. Xədicənin mehri on gənc dəvə, bir rəvayətə görə, altı gənc dəvə idi. Nigah xütbəsini əmisi Əbu Talib oxudu. Allaha həmd edib, sonra Rəsulullahın nəsəb və fəzilətindən bəhs edib, mehr miqdarını bəyan etdi.

Bu evlənmə hadisəsi, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in Şamdan qayıtmağından iki ay sonra baş vermişdir. O Vaxtlar Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) 25, məşhur olan rəyə görə Xədicə isə 40 yaşlarında idi. Xədicə (radiyəllahu anhə)`nin 28 yaşında olduğunu deyənlər də vardır. Özü dul bir qadın idi. Əvvəl Atik b. Aiz əl-Məhzumu ilə evlənmiş, o öldükdən sonra da Əbu Halə əl-Teymi ilə evlənmiş və bir uşağı olduqdan sonra o da vəfat etmişdir. Qureyşin bir çox əşrafı ona evlilik təklifi etmiş, ancaq o, bütün bunları rədd etmişdir. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə evlənib son dərəcə xoşbəxt bir ailə həyatı yaşamışdır.

O, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in ilk xanımıdır. O vəfat edənə qədər də Nəbi (Səllallahu Aleyhi və Səlləm), heç kimlə evlənmədi. Qibti Mariyadan olan İbrahimdən başqa, Rəsulullahın bütün uşaqları ondan idi.


Tarix: 03.05.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 40 Bölmə: Maraqlı melumatlar
loading...