Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyat-Həmzə (radiyəllahu anhu)`nin İslamı qəbul etməsi

Həmzə (radiyəllahu anhu)`nin İslamı qəbul etməsi

Həmzənin İslamiyyətə girməyinə Əbu Cəhl səbəb olmuşdur. Bir gün Rəsulullah (Səlllallahu Aleyhi və Səlləm) Səfada olduğu əsnada Əbu Cəhl gələrək səbəbsiz yerə küfr etdi və bir rəvayətə görə də daş ilə vuraraq başını yardı. Sonra da Kəbədə olan Qureyş məclisinə gedib oturdu. Abdullah bin Cüdanın ailəsi bütün bu olanları Səfadakı evindən izləyirdi. Bir az sonra Həmzə əlində oxu olduğu halda ovdan qayıdırdı. Cariyə olanları Həmzəyə danışdı. Həmzə qardaşı oğlunun belə belə təhqir edilməyinə çox qəzəbləndi. Düz Əbu Cəhlin yanına gedib : "Qardaşım oğluna söyən sənsənmi? Mən də onun dinindəyəm!" deyib, əlindəki oxla Əbu Cəhlin başına vurub yaraladı. Məhzun oğulları və Haşim oğulları bir-birinə girmək üzrəykən Əbu Cəhl : "Əmmarə (Həmzə)`ni bıraxın. Mən onun qardaşı oğluna pis bir şəkildə söymüşdüm." deyərək hadisəni yatışdırdı. Beləcə, Həmzənin gerçəkdən müsəlman olmağının qarşısını almaq istəyirdi.

Həmzənin İslamı anidən olmuşdu. Əvvəlcə diliylə elə demiş, sonra da Allah (Cəllə Cəlaluhu) onun qəlbini İslama açmışdı. Qureyşin ən izzətli, ən güclü və gözü tox gənciydi. Ona "Allahın aslanı" ləqəbi verilmişdir. Nübüvvətin 6-cı ilinin Zilhiccə ayında müsəlman olmuşdur.

--------------


Tarix: 03.05.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar
loading...