Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhzab döyüşü

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın gördüyü ağıllı tədbirlər nəticəsində müsəlmanlar hüzur və sükunətə qovuşdular. Artıq, Rəsulullah və müsəlmanlar dinlərini yaymağa və öz daxili işlərini nizamlamağa daha çox vaxt ayıra bilirdilər. Nadir oğulları döyüşündən sonra tam bir il ərzində demək olar ki, heç bir vuruşma yaşanmadı. Fəqət İsa (Əleyhissalam)`nın ilan olaraq vəsfləndirdiyi yəhudilər Xeybərə yerləşib özlərini zəmanətə aldıqdan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qarşı müxtəlif sui-qəsdlər hazırlamağa başladılar. Müxtəlif cür hiylələrlə sonunda böyük Ərəb qəbilələrini Mədinə xalqına qarşı çıxartmağı bacardılar.

Siyər alimlərinin bildirdiklərinə görə : Xeybərə yerləşən yəhudilərin liderlərindən mütəşəkkil iyirmi nəfərlik bir yəhudi heyəti Məkkəyə gələrək Qureyşi Mədinəni işğal etmək xüsusunda həvəsləndirdilər və yardım sözü verdilər. Qureyş onların bu sözünü qəbul etdikdə, bu dəfə böyük Qatafan qəbiləsinə gedib eyni xüsusda onları da razı saldılar. Daha sonra da başqa Ərəb qəbilələrini dolaşaraq yenə bəzilərini bu xüsusda hərəkətə keçirdilər. Sonra bütün bu hizblər (Əhzab) bir plan üzərinə ittifaq edərək eyni anda Mədinəni mühasirə etməyə qərar verdilər.

Müşavirə və Xəndəyin Qazılmağı

Müttəfiq qüvvələrin Mədinəyə tərəf hərəkət etdikləri xəbəri Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a çatan kimi yoldaşlarını məsləhətləşmələr etmək üçün yığdı. Yığıncaqda Səlman Farisi (radiyəllahu anhu) Mədinənin düşmən hücumuna açıq olan qisminə xəndək qazılmasını təklif etdi. Səlmanın bu rəyi müsbət qarşılanaraq ittifaqla qəbul edildi. Mədinənin şimalı xaricindəki tərəfləri vahələr və evlərlə əhatəli olduğuna görə, bu yerlər şəhərin müdafiəsi üçün bir divar vəzifəsi görürdü. Fəqət, Mədinənin şimal cəbhəsi düşmən hücumuna əlverişli olduğuna görə, təhlükəyə məruz qalmışdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu cəbhənin ən dar yerini seçərək təxminən bir mil uzunluğunda bir çuxurun qazılmasını əmr etdi. Xəndək Səla təpəsinin şimalında başlayıb şərq bölgəsinə uzanan qayalıqlarda sona çatırdı.

Hər on nəfərə qırx zira yer paylaşılmışdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da şəxsən çalışaraq xəndək qazır və torpaq daşıyırdı. Allah rızası üçün çalışmağın verdiyi şövq və nəşə ilə işləyir, mahnılar söyləyirdilər. Allahın Rəsulu da (döyüş nəğmələri- red) nəğmələrində onlara yoldaşlıq edirdi. Xəndəyin qazılışı davam edərkən bir çox çətinliklərlə də mübarizə etmək məcburiyyətində qalırdılar. Xüsusilə, şiddətli soyuq və şiddətli aclıq ilə üzbəüz idilər. Qıtlıq səbəbindən kifayət edən qida ala bilmirdilər. Gündəlik qidalar bir ovuc arpadan ibarət idi. Bir güc aclıqdan şikayət edərək qarınlarına bağladıqları daşları göstərdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da onlara qarnına bağladığı iki daşı göstərdi.

Xəndəyin qazılışı işləri əsnasında bəzi möcüzələr də meydana gəlmişdir. Səhabələrdən Cabir, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın çəkdiyi şiddətli ağrını görərək dözə bilmədi. Getdi, bir heyvanını kəsərək xanımına Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) üçün bir ziyafət hazırlamağını əmr etdi. Sonra gizlicə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və ətrafındakı bir qrup səhabəni yeməyə dəvət etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yeməyə xəndəkdə işləyənlərin hamısı ilə birlikdə getdi və min nəfərdən artıq idilər. Hazır olan yeməkdən doyana qədər yemələrinə baxmayaraq, tava hələ də yeməklə dolu idi. Bir azca arpadan düzəldilmiş çörək heç yeyilməmiş kimiydi.

Bir gün də Numan ibni Bəşirin bacısı bir ovuc xurma gətirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) o bir ovuc xurmanı paltar üstündən yerə tərəf saçdı və xəndək işçilərini xurma yeməyə çağırdı. Bütün xəndək işçiləri yeyib qayıtdıqları halda, hələ də paltardan xurma tökülürdü.

Cabir və yoldaşları öz paylarına düşən hissəni qazdıqları vaxt sərt bir qayaya rast gəldilər. Heç cür qıra bilmirdilər. Vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a bildirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) gəlib "Bismilləh" dedi və daşa şiddətlə vurdu. Daş işıq saçdı və bir hissəsi qopdu. Rəsulullah : "Allahu Əkbər! Şamın açarları mənə verildi. Bu anda oranın qırmızı köşklərini görürəm." dedi. Sonra ikinci dəfə vurdu və Fars diyarının fəthi ilə müjdələdi. Üçüncü dəfə vurdu və Yəmənin fəthi ilə müjdələdi. Daş tamamilə parçalanmışdı.


Xəndəyin Hər İki Tərəfi

Qureyş və ona tabe olanlar, üç yüz süvari və min dəvəli dörd min nəfərlik bir ordu ilə Əbu Süfyan rəhbərliyində gələrək sel yataqlarının birləşdiyi nöqtəyə çatıb endilər. Bayraqdarlığını Osman ibni Təlha ibni Əbu Təlha daşıyırdı. Ğatafan və ona tabe olan digər Nəcd qəbilələri isə altı min nəfərlik bir ordu ilə gəlib Uhud ətəklərində Batxan vadisiylə Qanat vadisinin birləşdiyi mövqeyin sağına ordugahlarını qurdular. Bu böyük ordunun Mədinə qapılarına qədər gəlib çıxmağı qorxulu bir bəla idi. Allah bunu belə təsvir edir : «O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər.» (Əhzab / 10-11)

Münafiqlər və qəlblərində xəstəlik olanlar isə belə dedilər : "Allah və Rəsulu məgər sizə sadəcə quru vədlər etmişlər." Rəsulullah düşmən mövqelərinə yaxın evləri boşaltdıraraq qadın və uşaqları daha təhlükəsiz olan yerlərə nəql etdikdən sonra Mədinəyə İbni Ümmü Məktumu öz yerinə naib təyin edərək üç min nəfərlik İslam ordusuyla hərəkətə keçdi və ordugahını Səla dağının ətəklərində quraraq kürəyini dağa çevirdi. Xəndəyin bir tərəfində müsəlmanlar, digər tərəfində müşriklər olmaqla üzbəüz idilər. Müşriklər döyüş üçün lazımlı hazırlıqları etdikdən sonra Mədinəyə tərəf hərəkətə keçdilər. Müsəlmanlara yaxınlaşdıqda özləri ilə müsəlmanlar arasında qazılmış uzun və geniş bir çuxur ilə qarşılaşdıqda çox çaşıb dəhşətə düşdülər. Əbu Süfyan : Bu ərəblərin bildiyi bir şey deyildir – deyərək çaşqınlığını ifadə etdi. Qəzəblə xəndəyin ətrafında dolaşmağa başladılar. Keçəçəkləri bir nöqtə axtarırdılar. Müsəlmanlar oxları ataraq onların xəndəyə yaxınlaşmağına mane oldular.

Müşriklər xəndəyi asanlıqla keçə bilməyəcəklərini başa düşdükdən sonra, bunun üçün hazır olmamalarına baxmayaraq, Mədinəni mühasirə altında saxlamağa qərar verdilər. Halbuki, yola çıxarkən belə bir ehtimalı düşünməmişdilər. Gün ərzində xəndəyi keçmək üçün məşğul olub durdular. Müsəlmanlar xəndək boyunca daş və ox ataraq müdafiəyə keçdilər. Müşriklər gün ərzində heç ara vermədən hücumlarını davam etdirdilər. Müsəlmanlar da davamlı müdafiə olunurdular. Bu səbəbdən də o günün namazlarını ancaq axşam vaxtında qıla bildilər. O dönəmdə hələ qorxu namazı şəri qılınmamışdı.

Mühasirənin davam etdiyi bir gün, içlərində Amr ibni Abduvəd, İkrimə ibni Əbu Cəhl və Darrar ibni Xəttabın da olduğu bir qrup müşrik süvarisi xəndəyin ən dar mövqeyinə gələrək qarşı tərəfə keçməyə nail oldular. Qarşılarına Əli ibni Əbu Talibin rəhbərliyində bir dəstə çıxdı. Amr ibni Abduvəd Əli (radiyəllahu anhu)`ni mübarizəyə dəvət etdi. Cəsarət və qəhrəmanlığı ilə şöhrət qazanmışdı. Əli onu hirsləndirdikdə atından endi və o şəkildə qarşılıqlı mübarizəyə girişdilər. Əli onu öldürdükdə, digərləri qorxuya düşüb geri qaçdılar. Hətta, İkrimə təlaşından yayını bıraxıb qaçdı. Nofəl ibni Abdullah isə, çuxura düşdü və orada müsəlmanlar tərəfindən öldürüldü. Qarşılıqlı atışmalar əsnasında bəzi şəxslər öldürüldü. Müşriklərdən cəmi on nəfər öldürülərkən müsəlmanlardan da altı nəfər şəhid edildi.

Müşriklərdən atılan bir ox Səd ibni Muazın qolunun arteriya damarına tuş gəldi. Ağrı içində qıvranan Səd Allahdan Qureyşlilərlə yenidən bir hərb olacaqsa, özünü o günə qədər sağ bıraxmağı, yoxsa, bu yara ilə şəhadətini sürətləndirməyi üçün niyaz etdi və duasına bunu da əlavə etdi : "Yəhudi Qureyzə oğullarının pərişan olmağını göstərmədən canımı alma, ey Allahım!"

Qureyzə Oğulları Yəhudilərinin Xəyanəti və Bunun Döyüşün Gedişatına Təsiri

Bu əsnada Xeybərdə yerləşən Nadir Oğulları yəhudilərinin liderlərindən Hay ibni Əhtab o saata qədər müsəlmanlarla öz aralarında atəşkəs razılığı olan Qureyzə Oğulları qəbiləsinin lideri Kəb ibni Əsədin yanına gedərək, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`lə olan razılaşmanı birtərəfli olaraq aradan qaldırmağını istədi. O da qəbul etdi və müttəfiq şirk ordularının səflərinə qatıldı.

Müsəlmanlar Mədinənin şimalında, Qureyzə oğulları isə cənubunda yerləşmişdilər. Aralarında hər hansı bir maneə yox idi. Qureyzə Qureyş səfinə keçdikdə Mədinədəki müdafiəsiz müsəlman qadın və uşaqları böyük bir təhlükəylə üzbəüz gəldilər. Rəsulullah vəziyyəti öyrəndikdə Məsləmə ibni Əsləm rəhbərliyindəki üç yüz nəfərlik başqa bir birliyi yerli xalqı qorumaq üçün şəhər mərkəzinə göndərdi. Səd ibni Muaz və Səd ibni Ubadənin də içində olduğu başqa bir qrup Ənsarı da özünə çatan xəbəri təkid etməyi üçün Yəhudi bölgəsinə göndərdi. Bu müsəlmanlar gedib yəhudiləri müşahidə etdilər və xəbərin doğru olduğunu başa düşərək gəlib vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a bildirdilər. Yəhudilər : "Məhəmməd kimdir elə? Bizimlə onun arasında heç bir razılaşma yoxdur" – deyirdilər.

Yəhudilərin də müşriklərin səflərinə keçdiyi xəbəri insanları xeyli qorxutdu. İnsanların o andakı vəziyyətlərini Allah belə təsvir edir : «O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər.» Bu şiddətli qorxunun təsiriylə insanlar arasında nifaq düşdü və bəziləri belə dedilər : "Məhəmməd bizə Kisra və Qeysərin xəzinələrini əldə edəcəyimizi vəd edərkən, bu gün bizdən bir kəs ayaqyoluna gedərkən belə canından narahatdır." – Bəziləri də belə dedilər : "Allah və Rəsulu məgər bizə sadəcə quru vədlər edibmiş." – İçlərindən bir qrup daha da cürətlənərək : "Ey Yəsrib xalqı, artıq sizin üçün qalmağa bir yer yoxdur." – Döyüşdən qaçmağa qərar verərək Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gəlib yalandan : "Evlərimiz açıqdır" deyirdilər. Halbuki, məqsədləri döyüşdən qaçmaq idi.

Yəhudilərin andlaşmanı pozmaları Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı da çox kədərləndirmiş və narahat etmişdi. Bir müddət paltarını üstünə çəkib bir miqdar uzandı. Sonra qalxdı və "Allahu Əkbər" deyərək müsəlmanları zəfər və fəth ilə müjdələdi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) döyüşün sıxıntılı bir anında Uyeynə ibni Hısnın başçılığı altında Gatafan rəisinə bir heyət göndərərək, onlara Mədinə məhsulunun üçdə birinin əvəzində sülh etməyi təklif etməyə qərar verdi. Ancaq, Ənsarın liderlərindən Səd ibni Muaz və Səd ibni Ubadə, bunun Allahu Təalanın bir əmri deyil, əksinə Peyğəmbərin bir rəyi olduğunu öyrəndikdən sonra qəbul etməyərək belə dedilər : Biz və onlar, vaxtıyla şirk içindəydik. Heç kim bizdən bir şey qapmağı düşünə bilməzdi. İndi Allah bizə İslam dini ilə ikram etdikdən və və bizi səninlə şərəfləndirdikdsən sonra onlara mallarımızı yedirəkmi? Allaha and olsun ki, onlara qılıncımızın zərbələrindən başqa verəcəyimiz bir şey yoxdur. – Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların bu rəylərindən razı qaldı və etməyi fikirləşdiyi şeyi tərk etdi.

Müttəfiq Güclərin Dağılmağı və Döyüşün Qurtarmağı

Allahın qulları haqqında müxtəlif işləri vardır. Döyüşün ən şiddətli anında Gatafanlıların liderlərindən Nuaym ibni Məsud əl-Əşcai gizlicə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gələrək ona : "Ey Allahın elçisi! Mən İslamı qəbul edirəm. Xalqımın isə, mənim müsəlman olmağımdan xəbərləri yoxdur. İndi hansı xüsusda mənə vəzifə vermək istəyirsənsə, əmr et, dərhal edim." dedi. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) buna sevinərək :

"İndi sən bizdən birisən, o halda gücün çatırsa, düşməni təxribata salmağa (dağıtmağa) çalış. Çünki, hərb hiylədən ibarətdir." buyurdu. Bundan sonra Nuaym ibni Məsud çıxıb düz Yəhudi Qureyzə Oğullarının liderlərinin yanına getdi. Cahiliyyə dövründə onlarla dost idi. Onlara :

"Baxın ey Qureyzə oğulları! Sizi nə qədər sevdiyimi, xüsusilə də, aramızda nə qədər güclü bir dostluq olduğunu bilirsiniz." deyə sözünə başladı.

Onlar da :

"Əlbəttə, bəli! Həqiqəti deyirsən. Səndən heç pislik görmədik" dedilər. Sonra Nuaym bunları dedi :

"Kaynuka Oğulları və Nadir Oğullarının başına gələnləri gördünüz. Qureyş və Qatafana arxa çıxırsınız, halbuki, onları vəziyyəti sizinkinə bənzəmir. Bura sizin ölkənizdir. İçində uşaqlarınız və ailələriniz var. Əgər bir fürsət tapsalar, əlbəttə ki, bundan istifadə edəcəklər. Yox, əks bir vəziyyətlə qarşılaşsalar, bu dəfə çıxıb öz ölkələrinə gedəcəklər, sizi də Məhəmmədlə baş-başa bıraxacaqlar. Onlar getdikdən sonra da Məhəmməd sizdən istədiyi kimi intiqam alacaqdır."

Yəhudilər : "O təqdirdə nə edək?" deyə soruşduqda, Nuaym : "Qureyşlilərdən və Qatafanlılardan zəmanət olaraq sayılıb-seçilən bir sıra şəxsiyyəti girov olaraq götürməmiş döyüşə girməyin." dedi.

Yəhudilər : Çox yaxşı bir fikir təklif etdin. deyərək ona təşəkkür etdilər.

Nuaym daha sonra Qureyşlilərin yanına gedib bu dəfə onların liderləri ilə bir araya gələrək onlara :

Mənim sizə olan sevgi və bağlılığımı bilirsiniz. Bəzi şeyləri eşitmişəm, sizə bildirməyi bir vəzifə sayıram. Fəqət bu sirrimi gizli saxlayın. Deyə sözünə başladı. Komandirlər :

Əlbəttə! Deyib onu dinləməyə başladılar. Nuaym belə danışdı :

"Baxın, yəhudilər, bizə dəstək olmaq üçün Məhəmmədlə aralarındakı andlaşmanı pozduqlarına peşman olublar. Sizin çəkilib onları Məhəmmədlə baş-başa bıraxmağınızdan qorxurlar. Sizdən girovlar alıb Məhəmmədə təslim etmək xüsusunda aralarında razılığa gəldilər. Daha sonra da birləşib sizə qarşı döyüşəcəklər. Əgər sizdən yanlarında bir təminat olaraq qalmaq üçün bəzi girovlar istəsələr, əsla verməyin!"

Nuaym buradan ayrıldıqdan sonra Qatafanlıların yanına getdi və onlara da Qureyşlilərə dediklərinin eynisini dedi.

Nuaymın bu dahiyanə planı nəticə verdi və vəziyyət belə inkişaf etdi. Əbu Süfyan, İkrimə rəhbərliyindəki bir heyəti Qureyzə yəhudilərinin yanına göndərərək onlardan dərhal sabah müsəlmanlara açıq cəbhədən hücum etmələrini istədi. Yəhudilər Qureyş heyətinə : Bu gün cümə ertəsi (şənbə) günüdür. Biz bu gün heç bir iş etmərik. İndiyə qədər başımıza nə fəlakət gəldisə, bu günün qüdsiyyətinə riayət etməməkdən gəldi. Həmçinin, sonra bizə adamlarınızdan bir neçəsini təminat olaraq vermədiyiniz müddətcə sizinlə birlikdə Məhəmmədə qarşı döyüşmərik. Bizi Məhəmmədlə baş-başa bıraxıb ölkələrinizə qayıtmağınızdan qorxuruq." cavabını verdilər. Qureyş və Qatafan onlardan bu cavabı aldıqda : "Doğurdan da Nuaym düz deyirmiş" – dedilər və yəhudilərə xəbər yollayaraq : "Allaha and olsun ki, sizə adamlarımızdan bircə nəfəri belə təslim etmərik. Dərhal döyüşə çıxın!" - deyə ultimatum verdilər. Yəhudilər də bir-birilərinə : "Doğurdan da Nuaym düz deyirmiş." Beləcə, iki tərəf arasında qurulmağa çalışılan ittifaq pozuldu. Müşriklər döyüş əzmlərini itirdilər və ruh düşkünlüyünə düşdülər.

Müsəlmanlar isə, Rəblərinə belə yalvarırdılar : "Allahım! Aşkarımızı ört və bizi qorxularımızdan əmin et!" Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) isə Rəbbinə belə yalvarırdı : "Ey kitabı endirən! Hesaba tez çəkən Allahım! Dəstələri məğlubiyyətə çatdır. Allahım, onları məğlubiyyətə çatdır və onları şiddətlə qorxut."

Allah müşriklərin üstünə mələklərindən bir ordu və şiddətli külək göndərərək onları şiddətlə qorxutdu. Qəlblərinə qorxu atdı. Şiddətli soyuğun təsiriylə yerlərində dura bilməz hala gəldilər. Artıq daha çox dözə bilməyəcəklərini anlayıb, qayıtmağa hazırlaşmağa başladılar. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) Hüzeyfə (radiyəllahu anhu)`ni gizlicə müşrik düşərgəsinə göndərərək vəziyyətlərini öyrənmək istədi. Hüzeyfə gizlicə gedərək aralarına qarışdı və vəziyyətlərini öyrənib geri qayıtdı. Müşriklər hardasa soyuqdan qırılarkən, Hüzeyfə onların aralarında olduğu müddət içində üşütmə hiss etmədi. Əksinə, hamamdaymış kimi tərləyirdi. Hüzeyfə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) `ın yanına gedəcəkləri müjdəsini verdi. Müsəlmanlar o gecə hüzurlu yatdılar. Səhər oyandıqları vaxt döyüş meydanında bircə müşrikin belə qalmadığını gördülər. «Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.» (Əhzab / 25)

Bu döyüş hicrətin beşinci ilində, Şəvval ayında başladı təxminən bir ay sonra, Zil-Qadə ayına sona çatdı. Bu, İslam düşmənlərinin Mədinəni işğal edərək İslam və müsəlmanları yox etmək üçün girişdikləri ən böyük döyüş idi. Ancaq, Allah onları pərişan edib, hazırladıqları quyuya özlərini düşürdü. Bu böyük ordunun müvəffəqiyyətsizliyə düşməyi demək, bundan sonra və digər kiçik qəbilələrin çoxlu-çoxlu müvəffəqiyyətsizliyə düşəcəkləri və bundan sonra heç bir qəbilənin Mədinəyə yönəlməyə cəsarət edə bilməyəcəyi mənasına gəlirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu həqiqəti hiss etmiş və səhabələrinə : "Bundan sonra artıq hücum etmək növbəsi bizə çatdı. Qureyş bir də üstümüzə gələ bilməz."


Tarix: 02.05.2013 / 22:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 522 Bölmə: Maraqlı melumatlar
loading...