Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani

Mühəddis, siqa hədis ravisi idi. Azərbaycanda dünyaya gəlmiş, lakin gənclik illəri Bağdadda keçmiş və bu şəhərdə təhsil almışdı. Əbu Cə’fər ibnü’l-Məsləmə, Malik əl-Banyasi kimi mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Hafiz Muhəmməd ibn Əbdülvahid əd-Dəqqaq, Əbu Qalib Daməğani, şair Əbu Bəkr əl-Ərcani ondan hədis dinləmiş və nəql etmişdilər. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani həmçinin tanınmış ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı. Bunlardan “Nətayicü’l-Fitnə fi Nəzmi-Kəlilə və Dimnə”, “əs-Sadih” adlı əsərlərinin adlarını çəkmək olar. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani İraqi-ərəb və İraqi-əcəmin bir sıra şəhərlərinə səyahət etmişdi. Ömrünün sonlarına doğru Kirmana getmiş və burada h. 509-cu ilin səfər ayında (iyul 1115), 95 yaşında ikən, vəfat etmişdi.
(Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Lisanü’l-Mizan, C. V, s. 283-284, Beyrut 1986.)


Tarix: 02.05.2013 / 22:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 31 Bölmə: Maraqlı melumatlar
loading...