Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Fəxrəddin Əbu Muhəmməd Osman ibn Muhəmməd ibn Abdullah ibn Bəşşarə əl-Arrani

Yaşadığı dövrün tanınmış mühəddislərindən biri idi. H. 615-ci ilin səfər ayında (dekabr 1218) Xarəzmə gedərək şeyxü’ş-şüyux Nəcməddin Əbü’l-Cənnab Ömər əl-Xivəgi Xarəzminin (1) tələbəsi olmuş və ondan Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) “Şərhü’s-Sünnə” adlı çoxcildli hədis külliyatını dinləmişdi (2) Ölüm tarixi qeyd edilməmişdir. XIII əsrdə yaşamışdır.


(1) Şeyxü’ş-şüyux Nəcməddin Əbü’l-Cənnab Ömər ibn Əhməd ibn Muhəmməd ibn Abdullah əl-Xivəgi Xarəzmi (1145-1226) Kübrəviyyə təriqətinin qurucusu olub şeyx Nəcməddin Kübra adı ilə tanınmışdı. Şeyx Nəcməddin Kübra təsəvvüfə ilk addımlarını Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin vasitəçiliyi ilə atmışdı.
(2) Kəmaləddin Əbü’l-Fəzl Əbdürrəzzaq ibn Əhməd İBNü’l-FUVATİ, Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab, C. IV/3, s. 231, (Nşr. M. Cavad), Dəməşq 1965.


Tarix: 02.05.2013 / 22:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 39 Bölmə: Maraqlı melumatlar
loading...