Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərz namazı qılanın nafilə qılana və əksinə namaza qoşulması. Yerli adamla müsafirin birgə namazı...

Fərz namazı qılanın nafilə qılana, nafilə qılanın isə fərz qılana qoşulması:
Cabir deyir ki, «Muaz ibn Cəbəl Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə namaz qılır və sonra gedib öz tayfasına namaz qıldırırdı»[1].

Yezid ibn əl-Əsvəd cavan oğlan ikən Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə namaz qıldığını deyir. O namazı bitirdikdən sonra məscidin bir kənarında iki nəfərin namaz qılmadığını gördü və onları çağırtdırdı. Onları gətirəndə onlar titrəyirdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Sizə, bizimlə bərabər namaz qılmağa nə mane oldu?” – deyə, soruşdu. Onlar: “Biz namazı evimizdə qılmışdıq” – deyə, cavab verdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Bir daha belə etməyin. Kim namazı evində qılsa və sonra gəlib imamın namazı qılmadığını görsə onunla namaza qoşulsun. Belə ki, onun bu namazı nafilə sayılır”[2].

Yerli adamın müsafirin, müsafirin isə yerli adamın arxasında namaz qılması:
İbn Ömər deyir ki, «Ömər Məkkə camaatına Zöhr namazını qıldırıb ikinci rükətdən sonra salam verdi və dedi: Ey Məkkə camaatı, biz müsafirik, siz namazınızı tamamlayın»[3].

Müsafir yerli adamın arxasında namaz qılarsa, o da namazı tam qılmalıdır:
Musa ibn Sələmə əl-Huzəli deyir ki, mən İbn Abbasdan soruşdum: Mən Məkkədə olarkən imamla namaz qılmasam, özüm necə qılım? O dedi: İki rükət qıl. Bu, Əbul Qasimin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsidir[4].
Əbu Micləz deyir ki, mən İbn Ömərə dedim: «Müsafir, yerli camaatın namazının iki rükətinə yetişirsə bu iki rükət onun üçün kifayət edər, yoxsa yerli camaatın qıldığı qədər qılmalıdır? İbn Ömər güldü və dedi: Yerli camaatın qıldığı qədər qılmalıdır»[5].


[1] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 387. Buxari: 2/ 192/ ? 700. Müslim: 1/ 339/ ? 465. Əbu Davud: 3/ 4/ 776. Nəsai: 2/ 102.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 538. Əbu Davud: 2/ 283/ ? 571. Tirmizi: 1/ 140/ ? 219. Nəsai: 2/ 112.
[3] Hədis səhihdir. Ərnavut “Camiul Usul” kitabının təhqiqində (5/ 708) hədisin səhih olduğunu qeyd etmişdir. Müsənnəf Əbdürrəzzaq: ? 4369.
[4] Rəvayət səhihdir. əl-İrva: ? 571. Müslim: 1/ 479/ ? 688. Nəsai: 3/ 119.
[5] Rəvayətin sənədi səhihdir. əl-İrva: ? 22. Beyhəqi: 3/ 157.


Tarix: 01.05.2013 / 18:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...