Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ(III)

SEÇİM İXTİYARI
Tərifi:
Bu, bir şeyi satın almağa razılıq vermək və ya bundan imtina etməkdir.

Növləri:
1. Alış-veriş yerində (malı almaq və ya qaytarmaq) seçimi: Bu, alıcı ilə satıcı arasında razılaşma anından oradan ayrılana qədər davam edən prosesdir. Yalnız əgər onlar satışda seçimin olmadığına (yəni, alınan malı qaytarmamağa), yaxud hər ikisi alış-verişdən sonra malı geri qaytarmamağa razılaşarlarsa bu halda onların bu seçimi qorunur. Əgər bu razılaşmanı onlardan biri şərt kəsərsə onun malı qaytarma haqqı düşür, digərinin qaytarma haqqı isə qorunur.

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İki nəfər alış-veriş edərsə onlar oradan ayrılana qədər (malı almağa və ya qaytarmağa) ixtiyar sahibidirlər. Yaxud, onlardan biri digərinə seçim etməyi təklif etdikdə və bu razılaşma əsasında alış-veriş etdikdə bu alış-veriş baş tutmuş sayılır. Yaxud, onlar alış-veriş etdikdən sonra ayrılarlarsa və heç biri alış-verişdən imtina etməzsə proses baş tutmuş sayılır»[1].
Alıcının və ya satıcının peşman olub malı qaytaracağından ehtiyatlanaraq alış-veriş yerindən uzaqlaşmaq haramdır:
Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İki nəfər alış-veriş edərsə, aralarında alışa və ya satışa razılıq olmayıbsa, onlar oradan ayrılana qədər (malı almağa və ya qaytarmağa) ixtiyar sahibidirlər. Qarşı tərəfin peşman olub malı qaytaracağından ehtiyatlanaraq qəsdən alış-veriş yerindən uzaqlaşmaq haramdır»[2].
2. Şərt seçimi: Yəni, alıcı və satıcı, yaxud onlardan biri müəyyən vaxt ərzində seçim etməyi şərt kəsir. Hətta bu müddət uzun olsa da, belə şərtli alış-veriş məqbul sayılır.
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Alış-veriş edənlər olduqları yerdən ayrılana, yaxud seçim edənə qədər ixtiyar sahibidirlər»[3].
3. Malın qüsuruna görə seçim etmək: Malın qüsurunu örtməyin qadağan olunmasını yuxarıda qeyd etmişdik. Əgər kimsə malın qüsurlu olduğunu bilmədən onu alarsa, alqı-satqı yerindən ayrılsa da həmin qüsurlu malı satıcıya qaytarmağa haqqı vardır.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim, sağılmamış döşü südlə dolu qoyun alar və onu sağıb razı qalarsa aldığı heyvanı saxlasın, əks halda (razı qalmayıb heyvanı qaytararsa) sağdığı südə görə (heyvan sahibinə) bir saa (2,5 kq) xurma versin»[4].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müştərinin gözündə südlü görsənsin deyə, dəvə və qoyunu sağımdan saxlamayın. Kim belə heyvanı alarsa onu sağandan sonra seçim edə bilər. İstəsə saxlayar, istəməsə heyvanı qaytarar və bir saa (2,5 kq) xurma verər»[5].
***


[1] Buxari: 4/ 332/ ? 2112. Müslim: 3/ 1163/ ? 1531. Nəsai: 7/ 249.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2895. Əbu Davud: 9/ 324/ ? 3439. Tirmizi: 2/ 360/ ? 1265. Nəsai: 7/ 251.
[3] Buxari: 4/ 326/ ? 2107. Müslim: 3/ 1163/ ? 1531. Nəsai: 7/ 248.
[4] 4/ 368/ ? 2151. Rəvayətin mətnin ona məxsusdur. Müslim: 3/ 1158/ ? 1524. Əbu Davud: 9/ 312/ ? 3428. Nəsai: 7/ 253.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7347. Buxari: 4/ 361/ ? 2148. Əbu Davud: 9/ 310/ ? 3426. O, rəvayəti, əvvəlində əlavə ilə qeyd etmişdir. Həmçinin Nəsai: 7/ 253.


Tarix: 01.05.2013 / 18:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar
loading...