Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ONLARIN HƏYATI BİR İBRƏTDİR

19.«Biz Peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik!». (ən-Nisa 164).
İbn Abbas - radıyallahu anhu – deyir ki, Ubey b. Kəb - radıyallahu anhu – bizə belə rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Bir gün) Musa – əleyhissəlam – İsrail oğullarına xütbə ilə müraciət etdikdən sonra onlar (İsrail oğulları): «İnsanların ən elmlisi (alimi) kimdir?» deyə soruşdular. Musa: «İnsanların ən elmlisi (alimi) mənəm?» deyə cavab verdi. Lakin bu xüsusda elmi: «Allah ən gözəl bilir!» deyərək Allaha həvalə etmədiyindən ötrü Allah onun bu sözlərinə etiraz bildirərək: «Həqiqətən iki dənizin qovuşduğu yerdə mənim qullarımdan biri vardır ki, o səndən də çox elmlidir!» deyə ona vəhy etdi. Musa: «Ya Rəbbim! Mən onunla necə görüşə bilərəm?» deyə soruşdu. Ona: «Zənbilin içinə bir balıq qoy və (səfərə çıx), harada balığı itirsən mənim qulum orada olacaq!» deyə buyrudu. Bundan sonra Musa, yanında gənc xidmətçisi olan Yuşa b. Nun ilə birlikdə səfərə çıxdılar. Balığı zənbilin içində (xidmətçisi) daşıyırdı.
Nəhayət (iki dənizin qovuşduğu yerdə) bir qayanın yanına çatdılar. (İstirahət üçün qayanın yanında) Musa və yanındakı gənc xidmətçisi yuxuya daldılar. Bu an (zənbildə gətirdikləri) balıq zənbildən sıçrayıb çıxaraq dənizdə bir yarğana tərəf üz tutdu. (Dəniz içində belə bir yarğanın (yolun) açılması) Musa və onun gənc xidmətçisini çox təcüblən-dirdi. (Oyandıqdan sonra) onlar yollarına davam edərək bütün gecəni yol getdilər. Səhər açıldıqda, Musa öz xidmətçisinə: «Nahar yeməyimizi gətir. Bu səfər bizi lap əldən salıbdır!» dedi. Halbuki Musa (görüş üçün) əmr olunduğu yeri keçmədikcə heç bir yorğunluq hiss etməmişdir. Xidmətçisi: «İş burasındadır ki, biz qayanın yanında olduğumuz vaxt mən balıq haqqında təmamilə unutmuşdum. Doğrusu onu xatırlamağı mənə şeytandan başqası unutdurmadı. Balıq (dirilib) əcaib bir şəkildə dənizə tərəf yollandı!» deyə cavab verdi. Musa: «Elə bizim axtardığımız da budur!» deyə cavab verdi. Onlar öz izlərinə (ləpirlərinin) izinə düşərək gəldikləri yoll geri qayıtdılar. Gənc xidmətçi balığın getdiyi yeri ona göstərdi. Musa: «Mənə vəsf olunan yer elə buradır deyərək ətrafında o, şəxsi axtarmağa başladı. Nəhayət qaynın yanına çatdıqda əbaya bürünərək arxası üstə yatmış vəziyyətdə birisini – Xıdırı (XIDIR – yaşıl, yaşıllıq deməkdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xıdıra – Xıdır deyilməsinin səbəbi budur: «Xıdır otsuz quru bir yerə oturduğu zaman o, otsuz yer yaşıllıqa qərq olardı (bürünərdi)» Buxari 3402.) gördülər». Musa: «Əssələmu Aleykum!» deyə onu salamladı. Xıdır üzünün örtüyünü açaraq: «Və Aleykuməs Salam! Sənin ölkəndə belə bir salam haqqında haradan bilirlər?» deyə soruşdu. Musa: «Mən – Musayam!» deyə cavab verdi. Xıdır: «İsrail oğullarından olan Musasan?» deyə soruşdu. Musa: «Bəli!» deyə cavab verdi. Xıdır: «Sən Allahın sənə öyrətdiyi elə bir elm üzərindəsən ki, mən onu bilmirəm. Mən də Allahın mənə öyrətdiyi elə bir elm üzərindəyəm ki, sən onu bilmirsən!» dedi. Musa: «Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?» deyə soruşdu. Xıdır: «Doğrusu sən (məndən öyrənmək üçün) mənimlə bir yerdə əsla səbr edib dözə bilməzsən. Axı sən (batininə, mahiyyətinə bələd olmadığın) bilmədiyin bir şeyə necə səbr edib dözə bilərsən. (Yəni – sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir)» deyə cavab verdi. Musa: «İnşəallah! Mənim səbrli olduğumu görəcəksən və sənin heç bir əmrindən çıxmayacağam!» deyə cavab verdi. Xıdır: «Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etmədikcə məndən heç bir şey haqqında soruşma» deyə cavab verdi. Musa: «Bəli!» dedi. Xıdır ilə Musa – əleyhimussəlam – gəmiləri olmadığı üçün dənizin sahili ilə getməyə başladılar. (Bir müddətdən sonra) bir gəminin yanına çatdılar. Onları da gəmiyə götürmələri üçün (dənizçilərdən) xahiş etdilər. Gəmiçilər Xıdır - əleyhissəlam – ı tanıdıqları üçün onlardan heç bir gediş haqqı da tələb etmədilər. (Bir müddətdən sonra) bir sərçə uçub gələrək gəminin kənarına qondu və dənizdən bir, iki dimdik su götürdü. (Bunu görəcək) Xıdır: «Ya Musa! Sənin aldığın elm ilə, mənim aldığım elm Allahın elmindən bu sərçənin dənizdən əskiltdiyi qədər belə əskiltməz!» dedi. (Bir müddətdən sonra) Xıdır gəminin (taxtalarından) birinə əl atıb onu sökməyə başladı. Musa: «(Bu) insanlar bizi öz gəmilərinə heç bir gediş haqqı tələb etmədən götürdülər. Sən isə bilə-bilə onların gəmilərini deşdin ki, onları suya qərq edərək batırasan. Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!» dedi. Xıdır: «Mən sənə demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə əsla səbr edib dözə bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Unutduğum bir şeydən ötrü məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!» dedi. Beləliklə Musa – əleyhissəlam – (səfərin ilk başında) birinci dəfə unutqanlıq göstərdi. Gəmidən düşdükdən sonra onlar yollarına davam etməyə başladılar. (Bir müddətdən sonra) uşaqlarla oynayan bir oğlan uşağını gördülər. Xıdır – əleyhissəlam – dərhal (uşaqlarla oynayan) oğlan uşağının yanına yaxınlaşaraq əliylə onun başından tutub yerində qopardı!». Musa: «Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan pak, məsum bir cana qəsd etdin? Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!» dedi. Xıdır: «Mən sənə demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə əsla səbr edib dözə bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Əgər bundan sonra səndən bir şey haqqında xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzürlüsən (məni atıb getməyə haqqın vardır) deyə cavab verdi. Sonra yenə də yollarına düzəlib getdilər. Axırda bir məmləkətin əhalisinə yetişib, onlardan yeməyə bir şey istədilər. Məmləkətin əhalisi onları qonaq (müsafir) etməkdən çəkindilər. Onlar o, məmləkətdə yıxılmaq (uçulmaq) üzərə olan bir divar gördülər. (Xıdır) o, divarı əlilə düzəltdi. Musa: «Bunlar elə bir qövümdür ki, biz onların yanına gəldik, lakin onlar bizi qonaq (müsafir) etməkdən çəkindilər. İstəsəydin sözsüz ki, bu iş müqabilində onlardan (çörək pulu) alardın!» dedi. Xıdır: «Bu o, deməkdir ki, artıq biz səninlə ayrılmalıyıq. Zahiri gördüyün və dözə bilmədiyin şeylərin daxili mənasını (batinini, mahiyyətini) sənə xəbər verəcəyəm.
Belə ki, gəmiyə gəlincə o, dənizdə işləyən bir qurup yoxsula məxsusdur. Ona görə mən onu xarab etdim ki, bu adamların arxasında hər bir yaxşı gəmini zorla (ədalətsiz olaraq) ələ keçirən bir hökmdar vardır. Gəmini almaq üçün gələn hökmüdar onun deşik olduğunu gördüyü zaman onu zorla ələ keçirməkdən vaz keçdi. Sonra gəmi sahibləri o, gəmini taxta ilə düzəldib təmir etdilər. Oğlan uşağına gəldikdə isə onun ata-anası mömin kimsələr idi. (Mən onun daxilinə baxıb) gördüm ki, həddi-buluğa yetişdiyi zaman kafir olacaqdır. Böyüdükdə isə ata-anasını da öz arxasınca azğınlığa, küfrə sürükləyəcəkdir. İstədim ki, Rəbbi onun əvəzində onlara daha təmiz və ata-anasına qarşı daha mərhəmətli olan başqa bir övlad versin. Divara gəldikdə isə o, məmləkətdə yaşayan iki yetim oğlanındır. Altında onlara çatan bir xəzinə vardır. Onların atası əməlisaleh bir adam idi. Allah onların həddi-buluğa çatmalarını və Rəbblərindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxarmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim. (Yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili (batini) mənası budur!» dedi. Peyğəmbər: «Allah Musaya rəhmət etsin! İstərdim ki, o, daha çox səbr edərdi və biz də onların aralarında baş verən hadisələrdən daha çox xəbərdar olardıq!» deyə buyurdu .
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, İbrahim – əleyhissəlam – İsmail – əleyhissəlam – ın anası (Həcəri) və hələ beşikdə olan oğlu İsmail – əleyhissəlam – ı Kəbəyə gətirir. Onları məscidin üst tərəfində bitən böyük bir ağacın yanında buraxaraq geri dönür. Sonralar orada Zəm-Zəm suyu çıxmışdır. O, günlərdə Məkkədə su olmadığı kimi, heç kimsə də yox idi. (İbrahim) Onları orada buraxaraq yanlarında içi xurma ilə dolu bir kisə və bir də su ilə dolu tuluq qoyur. Sonra İbrahim – əleyhissəlam – (Şama) qayıtmaq üçün oradan çıxır. İsmail – əleyhissəlam – ın anası (Həcər) onun ardınca düşərək: «Ey İbrahim! Bizləri heç bir insan olmayan və heç bir şeyin olmadığı bir vadidə tək buraxıb hara gedirsən!» deyə səslədi. (Həcər) Bu sözləri bir neçə dəfə təkrar etdi. Lakin (İbrahim) ona tərəf dönüb baxmadıqda (Həcər): «Bunu sənə Allahmı əmr etdi!» deyə soruşdu. (İbrahim): «Bəli!» deyə cavab verdi. (Həcər): «Onda O, bizi tək buraxmaz!» deyib geri (İsmail) yanına qayıtdı. İbrahim – əleyhissəlam – yoluna davam edərək əs-Səniyyə adlanan bir təpəyə çatdı. (Onlar tərəfindən) görülməyən bir hündürlüyə qalxaraq üzünü Kəbəyə tərəf çevirdi və əllərini səmaya qaldıraraq Allaha dua etdi: «Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytul-Həramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükr edə bilsinlər!» (İbrahim 37).
İsmail – əleyhissəlam – ın anasına gəldikdə isə o, oğlunu əmizdirir və (İbrahimin) onlar üçün qoyduğu sudan içirdilər. Tuluqda olan su qurtardıqdan sonra Ana və oğulu susuzluq bürüdü. (Həcər) oğlunun susuzluqdan torpaq üzərində qıvrıldığını və ya yuvarlandığını gördükdə (oğlunu) bu vəziyyətdə görməmək üçün oradan uzaqlaşdı. (Onların qaldıqları yerə ən yaxın olan) Səfa təpəsini görüb, qaçaraq ora çıxdı və vadiyə tərəf baxaraq: «Bir kimsə görə bilərəmmi?» deyə ətrafa baxmağa başladı. Lakin heç kimsəni görmədikdə Səfa təpəsindən endi. Vadiyə çatdıqda paltarının ətəyini qaldıraraq qaçmağa başladı. Üzülmüş, yorulmuş bir insanın qaçışı kimi qaçaraq vadini keçdi və Mərva adlanan təpəyə çatdı. Təpəyə qalxaraq: «Bir kimsə görə bilərəmmi?» deyə ətrafa baxmağa başladı. Lakin yenə də heç kimsəni görə bilmədi. Beləcə (bu yeri) yeddi dəfə gedib-gəldi.
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Elə bu səbəbdən də insanlar (Həcc və Ümrə ziyarətlərində) bu iki təpənin arasını qaçırlar!». (Sonra söhbətinə davam edərək) Son dəfə Mərva təpəsinə çıxdıqda bir səs eşitdi. Öz-özünə: «Sus!» deyərək diqqətlə qulaq asmağa başladı və eyni səsi yenə də eşitdi. (Həcər): «Sən (səsini) mənə eşitdirdin. (Bəs) mənə yardım edə bilərsənmi?» dedi və bir də baxdı ki, (indiki) Zəm-Zəm quyusunun yerində bir mələk (Cəbrail) topuğu (və ya qanadı) ilə yeri qazır. Nəhayət oradan su fəvvarə ilə fışqırmağa başladı. (Həcər) dərhal suyun ətrafını hovuz kimi düzəltməyə başladı. Bir tərəfdən əli ilə düzəldir, digər tərəfdən isə tuluğu doldururdu. O, suyu doldurduqca su oradan fəvvarə ilə fışqırırdı. Başqa rəvayətdə: Peyğəmbər: «(Həcər) suyu oradan ovuc-ovuc aldıqca su oradan ovucladığı miqdarda fışqırırdı». Başqa rəvayətdə: İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah İsmail – əleyhissəlam – ın anasına rəhmət etsin! Əgər o, Zəm-Zəm quyusunu başlı-başına buraxsaydı və ya onu ovuclamasaydı o, (yer üzündə) axar bir su olardı» dedi və (sözünə davam edərək Həcər) sudan içdi və uşağı əmizdirdi. Mələk onlara: «Həlak olmaqdan qorxmayın. Çünkü burada bu oğlan uşağının və atasının tikəcəkləri Allahın evi olacaqdır. Allah ona (ibadət edənləri) tək buraxmaz» deyə cavab verdi. (Kəbə) təpə kimi hündür bir yerdə yerləşirdi. Sellər onun sağından və solundan axardı. (Həcər) bu şəkildə yaşamağına davam etdiyi bir gündə onların yanından Kada tərəfdən Curhum qəbiləsindən olan bir ailə keçirdi. Məkkənin aşağı hissəsində olan bir yerdə dayandılar. Onlar göydə qanad çalan quşu gördükdə: «Heç şübhəsiz ki, bu quş suyun ətrafında uçur. Lakin bizdə olan məlumata görə bu vadidə su olmamalıdır» dedilər və dərhal ora bir və ya iki nəfər göndərdilər. Onlar orada suyu tapdıqda qalanlarına da xəbər göndər-dilər. Sonra (Curhum qəbiləsindən olanlar) ora yollandılar. (Onlar ora gəldikdə) İsmail – əleyhissəlam – ın anası suyun ətrafında oturmuşdu. (Curhumlar): «Sənin ətrafında məskunlaşmağımıza icazə verərsənmi?» deyə soruşdular. (Həcər): «Bəli! (Sudan istifadə edə bilərsiniz). Lakin suda mülkiyyət haqqınız yoxdur!» dedi. Onlar da: «Yaxşı!» deyə cavab verdilər.
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarla ünsiyyətdə olmağı xoşladığı üçün (Curhumların gəlişi) İsmail – əleyhissəlam – ın anasını çox sevindirdi. (Curhumlar) orada məskunlaşdılar. (Bir müddətdən sonra) öz ailələrinin ardınca xəbər göndərdilər. Onlar da gəlib orada məskun-laşdılar. (İllər ötdü) İsmail – əleyhissəlam – gənclik çağına yetişdi. Onlardan ərəb dilini öyrəndi. (İsmail Curhumların) ən çox bəyəndikləri və sevdikləri bir gəncə çevrildi. Həddi-buluğa çatdıqda onu öz qəbilələrindən olan bir qızla evləndirdilər». (Bir müddətdən sonra) İsmail – əleyhissəlam – ın anası (Həcər) dünyasını dəyişdi. Onun ölümündən və (İsmail) toyundan sonra atası İbrahim – əleyhissəlam – ailəsini axtarmaq üçün (onları tək buraxdığı) vadiyə qayıdır. Lakin o, İsmail – əleyhissəlam – ı (evində) tapmadığından onun haqqında yoldaşından xəbər alır. (Qadın): «Bizim üçün ruzi axtarışına çıxıb!» deyir. Başqa rəvayətdə: «Bizə ruzi axtarmaq üçün ova çıxıb!» deyir. Sonra (İbrahim) ondan onların yaşayış tərzindən və vəziyyətlərindən soruşur. (Qadın): «Yaxşı deyilik! Vəziyyətimiz çox pisdir, ehtiyac içindəyik!» deyə şikayət etməyə başlayır. (İbrahim): «Ərin gəldikdə ona mənim salamımı çatdır və ona de ki, qapısının kəndarını dəyişsin!» deyə buyurdu. İsmail – əleyhissəlam – (bir müddətdən sonra) evə gəlir və nə isə hiss edərək yoldaşına: «Sizə kimsə gəldimi?» deyə soruşur. (Qadın): «Bəli! Bizə ixtiyar yaşına çatmış bir kimsə gəlmişdi. Bizdən səni soruşdu. Mən də (onu maraqlandıran şeyləri) ona xəbər verdim. Sonra məndən yaşayış tərzimizdən və vəziyyətimizdən soruşdu. Mən də: «Yaxşı deyilik! Vəziyyətimiz çox pisdir, ehtiyac içindəyik!» deyə şikayətləndim. (İsmail): «Hansısa bir tövsiyyəni etdimi?» deyə soruşdu. (Qadın): «Bəli! Sənə salamını çatdırmağı və bir də qapının kəndarını dəyişməyi tövsiyyə etdi!» deyə cavab verdi. (İsmail): «Bu mənim atamdır! Mənə səndən ayrılmağımı tövsiyyə edir. Sən ailənin yanına qayıtmalısan» deyə buyurdu. (Bir müddətdən sonra) onu boşadı və (Curhumlar qəbiləsindən) olan başqa bir qadınla evləndi. İbrahim – əleyhissəlam – onlardan Allahın dilədiyi bir müddət qədər uzaq qaldıqdan sonra yenə də geri onları axtarmağa gəlir. Lakin yenə də İsmail – əleyhissəlam – ı (evində) tapmadıqda onun yoldaşının yanına girərək harada olduğunu soruşur. (Qadın): «Bizim üçün ruzi axtarışına çıxıb!» deyir. (İbrahim): «Vəziyyətiniz necədir?» deyərək onlardan yaşayış tərzlərindən və vəziyyətlərindən soruşur. (Qadın): «Allaha şükürlər olsun ki, hər şey yaxşıdır! Bolluq içindəyik!» deyir. (İbrahim): «Yeyəcəyiniz nədir?» deyə buyurdu. (Qadın): «Ət» deyə cavab verdi. (İbrahim): «İçəcəyiniz nədir?» deyə buyurdu. (Qadın): «Su» deyə cavab verdi. Bu cavabdan sonra İbrahim: «Allahım ətlərinə və sularına bərəkət ver!» deyə dua etdi. Peyğəmbər: «O, vaxtlar (Məkkədə) taxıl yox idi. Əgər onların taxılı olsaydı onun üçün də Allaha dua edərdi!» deyə buyurdu.
İbn Abbas - radıyallahu anhu – deyir ki, əgər bir kimsə Məkkədən kənar bir yerdə yalnız ət və su ilə qidalanarsa bu onun xeyrinə olmaz. (Çünki bu İbrahim – əleyhissəlam – ın onlar üçün olan duası idi). Başqa rəvayətdə: (İbrahim): «İsmail haradadır?» deyə buyurdu. (Qadın): «Ova gedibdir!» deyib və ona: «Bəlkə evə buyurub yeyib-içəsiniz!» dedi. (İbrahim): «Yeyəcəyiniz və içəcəyiniz nədir?» deyə buyurdu. (Qadın): «Yeyəcəyimiz ət, içəcəyimiz isə sudur!» deyə cavab verdi. Bu cavabdan sonra İbrahim: «Allahım yiyəcəklərinə və içəcəklərinə bərəkət ver!» deyə dua etdi. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Əbul Qasım – sallallahu aleyhi və səlləm – buyurdu: «İbrahim – əleyhissəlam – ın duasının bərəkəti idi ki, yalnız (Məkkədə) ət və su ilə keçinmək olardı».
(İbrahim): «Ərin gəldikdə ona salamımı çatdır və ona de ki, qapının kəndarını möhkəm saxlasın» deyə buyurdu. (İsmail) qayıtdıqda: «Sizə kimsə gəldimi?» deyə buyurdu. (Qadın): «Bəli! Bizə nurani bir ixtiyar gəlmişdi» deyib onu tərif etdi. Sonra Məndən səni soruşdu. Mən də onu maraqlandıran şeyləri ona xəbər verdi. Sonra məndən yaşayış tərzimizi və vəziyyətimizi soruşdu. Mən də hər şeyin yaxşı olduğunu xəbər verdim. (İsmail): «Sənə hansısa bir tövsiyyəsini etdimi?» deyə buyurdu. (Qadın): «Bəli! Sənə salamını çatdırmağı və qapının kəndarını möhkəm saxlamağı tövsiyyə etdi» deyə cavab verdi. (İsmail): «Bu mənim atamdır! Qapının kəndarı isə sənsən! Səndən ayrılmamağımı əmr etdi!» deyə buyurdu.
İbrahim – əleyhissəlam – onlardan Allahın dilədiyi bir müddət qədər uzaq qaldıqdan sonra yenə də (onları axtarmaq) üçün geri qayıdır. Oğlunu İsmail – əleyhissəlam – ı Zəm-Zəm suyunun yanında olan böyük bir ağacın altında oxunun uclarını itlədiyini görür. (İsmail) Atasını gördükdə ayağa qalxaraq ona tərəf yürüyür və atanın oğula, oğulun da ataya olan davranışı kimi bir-biri ilə davranırlar. (İbrahim): «Oğlum! Mən Allahdan bir əmr almışam!» deyə buyurdu. (İsmail): «Rəbbinin sənə əmr etdiyini et!» deyə cavab verdi. (İbrahim): «Sən mənə bu işdə kömək edə bilərsənmi?» deyə buyurdu. (İsmail): «Bəli! Mən sənə kömək edə bilərəm!» deyə cavab verdi. (İbrahim): «Həqiqətən Allah mənə burada bir ev tikməyi əmr edib!» deyərək ətrafda olan ən yüksək bir yerə işarə etdi. O, gündən onlar Beytin təməlini qoydular. İsmail – əleyhissəlam – daş gətirir, İbrahim – əleyhissəlam – isə (Beyti) tikirdi. Nəhayət Beytin divarları yüksəldikdə (İsmail) bir daş gətirdi. (İbrahim) onu yerə qoyub üzərinə çıxdı və tikməyinə davam etdi. (Ata və oğul) Beyti tikdikcə deyərdilər: «Onu da yadına sal ki, İbrahim və İsmail Kəbənin bünövrəsini ucaltdıqları zaman: «Ey Rəbbimiz! (bu xeyirli işi) bizdən qəbul et, Sən doğurdan da (hər şeyi) eşidən və bilənsən!» deyə dua etdilər». (əl-Bəqərə 127)(Buxari 3364. )


Tarix: 25.04.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: Maraqlı melumatlar
loading...