Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Zahidlik (Tərki-dünyalyalıq) və (qəlbi) incəliklər) -Cənnət əhlinin çoxu fağırlardır v

Beşinci fəsil: Cənnət əhlinin çoxu fağırlardır

Üsamə ibn Zeyd (r.a) Peyğəmbərin belə dediyini rəvayət edir: “Cənnətin qapısında durdum. Oraya girənlərin böyük çoxluğunun miskinlər (yoxsullar) olduğunu gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün həbs olunmuşlardı. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları əmr olunmuşdu. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır.”

Altıncı fəsil: Dünyada zahid olmaq və dünyanın Allah üçün dəyərsiz olması.

Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Mədinənin yuxarı tərəfindən bazara daxil oldu. Ətrafında insanlar var idi. Ölmüş, kiçikqulaqlı (və yaxud qulağı kəsilmiş) bir oğlaqın yanından keçdi. Onun qulağından tutaraq buyurdu: “Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istər?” Səhabələr dedilər: “Onun heç bir şey qarşılığında bizim olmasını istəmirik! Onunla nə edə bilərik ki?” Peyğəmbər buyurdu: “Bunun sizin olmağını istəyirsinizmi? Səhabələr dedilər: “Allaha and olsun ki, o diri olsaydı belə onu heç kəs almazdı. Çünkü qüsurlu oğlaqdır. Qulaqları kiçikdir (və yaxud kəsilibdir),ölü olduğu halda necə (kim onu istəyər ki)?” dedilər. Peyğəmbər (s.a.v) dedi: “Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi, bu dünya da Allah üçün o qədər dəyərsizdir!”

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Dünya möminin zindanı, kafirin isə Cənnətidir.”


Tarix: 24.04.2013 / 21:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...