Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜSİBƏT BAŞ VERDİKDƏ ONUN NƏTİCƏSİNİN ARADAN QALDIRILMASI ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR

1. Allah-taala buyurur: «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda [lövhi məhfuzda] yazılmamış olsun. Bu, Allah üçün asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz!»
(əl-Hədid, 22, 23)

2. Allah-taala buyurur: «Allahın izni olmadıqca [heç kəsə] heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər. Allah hər şeyi [keçmişi, indini və gələcəyi] biləndir!»
(ət-Təğabun, 11)
3. Allahın elçisi buyurmuşdur: «Başına bir müsibət gəldiyi zaman:
(( إنَّا للهِ وإنَّا إليهِ رَاجِعُونَ اللَّهُمَّ أْجُرْنِي فِي مُصِيَبِتي واخْلِفْ لِي خَيراً مِنهَا ))
«İnnə li-l-ləhi va innə ileyhi raci‘un, Allahummə-‘curni fi musıbəti va əxlif li xəyran minhə» (Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun dərgahına] qayıdacağıq! Allahım, başıma gələn müsibətə görə məni savabla mükafatlandır. Bu müsibətin arxasından isə mənə xeyir və mərhəmət bəxş et!) – deyən elə bir bəndə tapılmaz ki, Allah-taala onu müsibətə dözüm və səbr göstərdiyi üçün savabla mükafatlandırmasın və bu müsibətin arxasından ona xeyir və mərhəmət bəxş etməsin».(Müslim, 2/633)
4. Allahın elçisi buyurmuşdur: «Qulun övladı öldükdə Allah-taala mələklərinə belə deyər: “Qulumun övladının canını aldınızmı?” Onlar: “Bəli” – deyə cavab verərlər. O deyər: “Onun ürəyinin bəhrəsini [məhsulunu] aldınızmı?” Onlar yenə də: “Bəli” – deyə cavab verərlər. O deyər: “Qulum nə dedi?” Mələklər deyərlər: “Sənə həmd etdi və: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun dərgahına] qayıdacağıq!” – dedi”. Onda Allah-taala: “Cənnətdə quluma bir ev tikin və adını “Həmd evi” adlandırın!” – deyə onlara əmr edər».(Tirmizi, 1/298)
5. Allahın elçisi buyurmuşdur: «Allah-taala buyurur: «Bu dünyada sevimlisini [övlad, qardaş və ya ən yaxını olan insan] əlindən aldığım mömin qulum Allahdan əcr və savab dilərsə, onun Mən tərəfdən mükafatı yalnız Cənnət olar».(Buxari, 11/242)
6. Peyğəmbər –səllallahu aleyhi və səlləm- oğlu ölən kişiyə belə dedi: «Məgər sən Cənnət qapılarının birindən daxil olarkən oğlunun səni gözlədiyini istəməzsənmi?»(Əhməd, Nəsəi. Hakim və İbn Hibban hədisi səhih hesab etmişlər)
7. Peyğəmbər –səllallahu aleyhi və səlləm- buyurmuşdur: «Uca və böyük Allah buyurur ki, qulumu sevdiyi iki şeydən məhrum etməklə imtahana çəkdikdə, səbr etsə [və Allahdan əcr və savab diləsə], onları Cənnətlə əvəz edərəm. Allah-taala burada «sevdiyi iki şey» dedikdə qulun gözlərini nəzərdə tutur».(Buxari, 10/116; Tirmizi, 2/286)
8. Allahın elçisi buyurmuşdur: «Hər hansı bir xəstəliyə yoluxan yaxud əziyyətə məruz qalan elə bir müsəlman tapılmaz ki, ağac öz yarpaqlarını tökdüyü kimi Allah-taala onun da günahlarını bağışlamasın»(Buxari, 10/120; Müslim, 4/1991)
9. Allahın elçisi buyurmuşdur: «Tikanın, yaxud ondan da ağrılı bir şeyin əziyyətinə məruz qalan elə bir müsəlman tapılmaz ki, onun üçün bir savab yazılmasın və onun bir günahı silinməsin».(Müslim, 4/1991)
10. Allahın elçisi buyurmuşdur: «Müsəlmanın düçar olduğu uzun sürən xəstəlik, yorğunluq, azar, hüzn və hətta onu kədərləndirən qəm-qüssə belə, onun günahlarının silinməsi üçündür (kəffarəsidir)».(Müslim, 4/1993)
11. Allahın elçisi buyurmuşdur: «Həqiqətən mükafatın böyüklüyü bəlanın böyüklüyü ilədir. Əgər Allah-taala bir qövmü sevsə, onu bəla ilə imtahana çəkər. Buna səbr edənə Allahın razılığı, qəzəblənənə isə Allahın qəzəbi vardır»(Tirmizi, 2/286; İbn Macə)
12. Allahın elçisi buyurmuşdur: «…Bəla bəndə günahları silinmiş vəziyyətdə gəzənədək ondan əl çəkməz».(Tirmizi, 2/286; İbn Macə)


Tarix: 17.04.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...