Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA ŞƏRIK QOŞMAQ TƏHLÜKƏSI

Allah-təala buyurur:
“Həqiqətən, Allah Ona şərik qoşanı bağışlamaz, bundan başqa istədiyi şəxsləri bağışlaya bilər. Allaha şərik qoşan şəxslər, şübhəsiz, ən ağır günah işlətmiş olurlar” (ən-Nisa: 48).

“Allah, Ona şərik qoşanı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yolundan) çox azmışdır!” (ən-Nisa: 116).
“Şübhəsiz ki, “Allah Məryəm oğlu Məsihdir!” deyənlər kafir oldular. Halbuki Məsih (Isa) belə demişdir: “Ey Israil övladları! Mənim də, sizin də Rəbbimiz olan Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur!” (əl-Maidə: 72).
“Allaha üz tutub Ona şərik qoşmayın! Allaha şərik qoşan göydən yerə düşüb quşların diddiyi, küləklərin sovurub apardığı və (tikələrini) uzaqlara atdığı (kəslər) kimidir!” (əl-Həcc: 31).
“(Ya Məhəmməd!) Bir zaman Loğman oğluna nəsihət verərək demişdir: “Oğlum! Allaha şərik qoşma! Həqiqətən, şirk ən böyük zülmdür!” (Loğman: 13).
“Bu, Allahın haqq yoludur, bəndələrinin istədiyini ona yönəldər. Əgər onlar Allaha şərik qoşsaydılar, əməlləri puça çıxardı” (əl-Ənam: 88).
“(Ya Məhəmməd!) Sənə və səndən əvvəlkilərə be-lə vəhy olunmuşdur: “Allaha şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
Xeyr, yalnız Allaha ibadət et və Ona şükür edənlərdən biri ol!” (əz-Zümər: 65-66).
“...Müşriklərdən olmayın!” (əl-Ənam: 14; Yunus: 105; əl-Qəsəs: 87).
“(Ya Məhəmməd!) Sən və ümmətin tövbə edərək Allaha tərəf dönün! Allahdan qorxun! Namaz qılın və müşriklərdən olmayın!” (ər-Rum: 31).

Hədislər:
Cabir ibn Abdulladan (Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbərin (s.ə.a.s) hüzuruna bir kişi gəlib dedi: “Ya Rəsulullah! Vacib olan iki şey hansılardır?” Peyğəmbər (s.ə.a.s) belə cavab verdi: “Allaha bir şeyi şərik qoşmadan ölən Cənnətə daxil olar. Allaha şərik qoşaraq ölənsə Cəhənnəmə daxil olar” (Qaynaq: Müslim, “Iman, 46-cı fəsil, 1/94).
2. Onun başqa bir rəvayətində deyilir ki, Peyğəm-bərin (s.ə.a.s) bu sözləri dediyini eşitmişdir: “Allahla Ona heç nəyi şərik qoşmadan görüşən şəxs Cənnətə daxil olar. Allahla Ona şərik qoşa-raq görüşənsə Cəhənnəmə daxil olar” (Qaynaq: Müs-lim, “Iman”, 46-cı fəsil, 1/94).

“Allah, Ona şərik qoşanı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yolundan) çox azmışdır!” (ən-Nisa: 116).
“Şübhəsiz ki, “Allah Məryəm oğlu Məsihdir!” deyənlər kafir oldular. Halbuki Məsih (Isa) belə demişdir: “Ey Israil övladları! Mənim də, sizin də Rəbbimiz olan Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur!” (əl-Maidə: 72).
“Allaha üz tutub Ona şərik qoşmayın! Allaha şərik qoşan göydən yerə düşüb quşların diddiyi, küləklərin sovurub apardığı və (tikələrini) uzaqlara atdığı (kəslər) kimidir!” (əl-Həcc: 31).
“(Ya Məhəmməd!) Bir zaman Loğman oğluna nəsihət verərək demişdir: “Oğlum! Allaha şərik qoşma! Həqiqətən, şirk ən böyük zülmdür!” (Loğman: 13).
“Bu, Allahın haqq yoludur, bəndələrinin istədiyini ona yönəldər. Əgər onlar Allaha şərik qoşsaydılar, əməlləri puça çıxardı” (əl-Ənam: 88).
“(Ya Məhəmməd!) Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Allaha şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
Xeyr, yalnız Allaha ibadət et və Ona şükür edənlərdən biri ol!” (əz-Zümər: 65-66).
“...Müşriklərdən olmayın!” (əl-Ənam: 14; Yunus: 105; əl-Qəsəs: 87).
“(Ya Məhəmməd!) Sən və ümmətin tövbə edərək Allaha tərəf dönün! Allahdan qorxun! Namaz qılın və müşriklərdən olmayın!” (ər-Rum: 31).

Hədislər:
Cabir ibn Abdulladan (Allah ondan razı olsun!) rəvayət olunur ki, Peyğəmbərin (s.ə.a.s) hüzuruna bir kişi gəlib dedi: “Ya Rəsulullah! Vacib olan iki şey hansılardır?” Peyğəmbər (s.ə.a.s) belə cavab verdi: “Allaha bir şeyi şərik qoşmadan ölən Cənnətə daxil olar. Allaha şərik qoşaraq ölənsə Cəhənnəmə daxil olar” (Qaynaq: Müslim, “Iman, 46-cı fəsil, 1/94).
2. Onun başqa bir rəvayətində deyilir ki, Peyğəmbərin (s.ə.a.s) bu sözləri dediyini eşitmişdir: “Allahla Ona heç nəyi şərik qoşmadan görüşən şəxs Cənnətə daxil olar. Allahla Ona şərik qoşaraq görüşənsə Cəhənnəmə daxil olar” (Qaynaq: Müslim, “Iman”, 46-cı fəsil, 1/94).


Tarix: 14.04.2013 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Maraqlı melumatlar
loading...