Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl Söz

Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. Çünki Allahdan haqqı ilə qorxmaq (təqva) ən gözəl azuqə və ən gözəl sondur. «Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!» (Hud, 49)

Ey Müsəlmanlar! Söz insanı tərif edər və qəlbində olanlara tərcüməçi olar, onun əslinə və ağlına dəlalət edər. Ağıllı insanın ağzı bağlıdır. Bir şey danışmaq istəsə çəkinər. Cahilin ağzı isə açıqdır, hər istədiyini söyləyər. Ağıllı insan, açıqlanması lazım olan bir haqq, yox etməsi lazım olan bir batil, yayması lazım olan bir xeyir, izah etməsi lazım olan bir elm, və ya təşəkkür etməsi lazım olan bir lütf olmadıqca səssiz qalmağı seçər. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Kim Allah və axirət gününə iman edirsə, ya xeyirli danışsın, ya da sussun» Bu hədisi Buxari və Muslim rəvayət etmişlər.

Lazımsız şeyləri tərk etməklə ağıllar kamilliyə doğru gedər. Dilsiz olmaq, batil söyləməkdən və ya yalan danışmaqdan daha xeyirlidir. İnsanların ən pisi sözü əyri, dili əyri olan və batil danışandır. Sözün ən pisi isə Allahın Kitabına və Rəsulallah (s.ə.s)-in sünnəsinə tərs olan, pozulmamış təbiətlərin qəbul etmədiyi və qulaqların eşitmək istəmədiyi sözdür.

Ey Müsəlmanlar! Yanlış söz söyləmək insanı peşmanlığa aparır. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Şübhəsiz qul yaxşıca anlamadan bir pis söz danışar və bu səbəblə cəhənnəmdə şərq ilə qərb arası məsafədən daha uzağa duşər» Bu hədisi Buxari və Muslim rəvayət etmişdir. Tirmizi də bu rəvayəti gətirir: «Şübhəsiz insan bir kəlimə danışar və onda çəkinilməsi lazım olan heç bir şey görməz, bu söz səbəbilə cəhənnəmdə yetmiş il məsafə aşağı düşər» Bilal bin Haris (r.a) dedi: Peyğəmbər (s.ə.s)-in belə dediyini eşitdim: «Şübhəsiz sizdən biri Allahın razı olacağı bir söz söylər və onun, çatdığı dərəcəyə çatmadığını zənn edər. Allah o kəliməsinə görə ona Onunla qarşlılaşacağı günə qədər razı olacağını yazar. Yenə sizdən biri Allahı qəzəbləndirəcək bir söz söylər və onun, çatdığı dərəcəyə çatdığını zənn etməz. Allah o söz səbəbilə ona, Ona qovuşacağı günə qədər qəzəbini yazar» Bu hədisi Tirmizi və İbn Macə rəvayət edir. Muaz (r.a) deyir ki : «Ey Allahın Rəsulu! Biz danışdıqlarımıza görə cavabdeh olacağıqmı?» buna cavab olaraq Peyğəmbər (s.ə.s) belə buyurur: «Anan səni itirsin ey Muaz! İnsanlar dilləri ilə əldə etdiklərindən başqa bir şey səbəbilə mi Cəhənnəmə üzü üstə atılırlar?» Bu hədisi Tirmizi rəvayət edər.

Ey Müsəlmanlar! Gözəl söz bir qazancdır. Çirkin söz isə günahdır. Allah o ikisi üçün bir misal verərək belə bənzədmişdir: «Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.» (İbrahim, 24-26)

Gözəl söz, Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.ə.s) Allahın Rəsulu olduğuna şəhadət gətirməkdir. Bu, İslam kəliməsidir və sözlərin ən doğrusudur. Açıq aydın və ən böyük hüccətdir. Tutulması lazım olan sağlam qulpdur və təkva kəliməsidir.

Adil və doğru, malları və kanları qoruyan bir kəlimədir. Bu sözün şərtləri bunlardır: Mənasın bilmək, qəti inanmaq, tamamilə qəbul etmək, lazımınca boyun əymək, onu söyləmədə doğru və səmimi olmaq və o sözü sevməkdir.

Mənası isə bu şəkildədir: Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Allahdan başqasına səcdə etmək, qurban kəsmək, nəzir demək və ya dua etmək, Allahdan başqasının adına and içmək, Ondan başqasına təvəkkül etmək caiz deyil. Sıxıntılı anlarda ancaq Allaha sığınılır. Ölmüş bir insandan və ancaq Allahın gücünün çatacağı bir şeydə insanlardan kömək istəmək və ya onlara sığınmaq haramdır.

Hər mükəlləf (yüklənən) insana fərz olan, ibadətin hamısını yalnız Allaha xas etməkdir. Kim dünyalıq bir şey əldə etmək, insanlar tərəfindən öyülmək və riya məqsədilə bir əməl işlərsə, onun o əməli rədd edilmişdir. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Allah Təala buyurdu: Mən şirk qoşulanların şirklərindən Ucayam. Kim bir əməl işlər və onda başqasını mənə şərik qoşarsa, onu və şirkini tərk edərəm» Bu hədisi Muslim rəvayət edər.

«Zikrin ən fəzilətlisi, «Lə iləhə illəllah»-dır» Bu hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir. Tövhid kəliəsi, Sübhanallah və Əlhəmdulillah kəlimələri səhər axşam dilinizdən düşməsin. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Sübhanallah, Əlhəmdulilləh və lə iləhə illəllahu vallahu akbar demək, günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir.» Bu hədisi Muslim rəvayət etmişdir. «Kimin son sözü «Lə iləhə illəllah» olarda Cənnət ona vacib olar» Bu hədisi Əbu Davud rəvayət etmişdir. «Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.» (Fatir, 10) «Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.» (əl Həcc 24)

Ey Müsəlmanlar! Çirkin söz isə küfr sözdür. Təsdiqi və təslimiyyəti pozan bir sözdür. Dinə dil uzadmaq, onu ələ salmaq və onu aşağılamaqdır. Kim Allah ilə, ayələri, əmrləri, vəədləri və təhdidləri ilə əyələnrsə, ya da Rəsulu (s.ə.s) ilə və ya dininin hökmlərindən bir şey ilə əylənərsə iman etməkdən çıxmış və Müsəlmanlığından sonra kafir olmuşdur «(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: 'Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)',- deyə cavab verərlər. De: 'Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!» (ət Tövbə, 65-66) «Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər.» (ət Tövbə, 74)

Kim Allahın şəriəti və Rəsulu (s.ə.s)-in sünnəsi ilə hökm etməyi gerilik, diktatorluq və s. görsə əməlləri boşa çıxardan küfr sözü söyləmiş və böyük günah işləmişdir. Münafiqlər sözlərindəki əyrilikdən və dillərinin ucbatından bəlli olujr. Nə qədər səmimiyyət və islah maskasına bürünərlərsə, nə qədər döğruluq və yaxşılıq göstərişi edərlərsə etsinlər, Allah onların içlərində gizlədiklərini ortaya çıxarar «Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir!» (Muhammad surəsi, 29-30) Sözləri cılız və düşüncələri dardır. Yararsız və zəif bir məntiqdir. «Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!» (ət Tövbə, 67)

Ey Müsəlmanlar! Ancaq həlak olmuş çaşqın kimsənin, cahilin və ya ziyanda olan azığın birisinin söyləyəbiləcəyi həddi aıan əsli olmayan sözlədən biri də, yalan və iftiranın ən böyüyü olan şirk sözüdür. Kim ölülərin ruhlarından kömək istəmənin, türbələrdə və məzarlarda yatanlardan imdat tələb etmənin caiz olduğunu önə sürərsə, ölülərin kainatda və olan hadisələrdə əlləri olduqlarını önə sürərsə, ya da onların bədənləri və ruhları ilə birlikdə qəbirlərindən çıxıb darda qalana yardım etdilərini və çətinlikdə olanı qurtardıqlarını önə sürərsə, Allaha qarşı həddi aşan və Allah adına yalan söyləyən arsız bir kimsədir. Ümmətin içində sözlərin ən pisini və inancların ən alçağını edəndir. İnsanları doğru yoldan çəkindirməkdə və xurafatlara dəvət etməkdədir. O, Alahı haqqı ilə təqdir etməmiş və Allahdan qorxmamışdır. Bu səbəblə azğınlığını açıqca ortaya qoymuşdur. «Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: 'Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!' Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!» (Hud, 18)

Ey Müsəlmanlar! Ölülərə dua etmək,sıxıntı anlarda onlara səslənmək, bəla anlarında ehtiyacların aparılmasını və sıxıntıların ortadan qalxması üçün adlarını bağırmaq (səsləmək) açıq aydın şirk və küfrdür. Muhammad Mustafa (s.ə.s)-in dəvətini, küfrü yıxıb tamamən ortadan qaldırmaq və ümməti onun pisliyindən və şərrindən qorumaq üçün gəlmişdir.

Əbu Təmimə, qövmündən bir adamndan bunu rəvayət edər: «Rəsulallah (s.ə.s)-i gördüm. Onun yanına bir adam gəldi, və «Sən Allahın Rəsulumusan?» dedi. Rəsulallah (s.ə.s) «Bəli» deyincə «Nəyə dəvət edirsən?» deyə soruşdu. Rəsulallah (s.ə.s) belə buyurdu: «Nəfsində bir darlıq olub özü üçün dua etdikdə səndən onu aparan, qıtlığa düşüb özü üçün dua etdiyində sənin üçün (əkin və s.) bitirən, çılpaq bir ərazidə miniyini itirib özündə dua etdiyində sənə onu geri döndürən tək bir Allaha dəvət edirəm» Bunu eşidən həmin adam müsəlman oldu.» Bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edir.

Səhl b. Abdullah ət Təsturi rəhimahullah belə deyir: «İdarəçiyə və alimlərə hörmət duyduqları müddətcə insanlar xeyirdədirlər. Bunlara hörmət duyarlarsa, Allah onların dünyalarını və axirətlərini islah edər. Bunları balaca görərlərsə, dünyaların və axirətlərini ifsad edərlər.»

İyad b. Qanim (r.a), Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Kim idarəçiyə bir mövzuda nəsigət etmək istəsə, bunu ona (başqalarının yanında) açıqca söyləməsin. Əksinə əlindən tutsun və onunla yalnız qalsın. Qəbul edərsə edər, etməsə də o öz üzərinə düşəni etmiş olur.» Bu hədisi İmam Əhməd və İbni Əbi Adim rəvayət edir.

İmamlara nəsihət etmək kəsinliklə vacibdir. Şəriətə müxalifət etdikləri şeylərdə onları çəkindirmək dinin bir qaydasıdır. Fəqər bu; hikəmtlə və gözəl sözlə olmalı, yumşaqlıqla edilməlidir. Onların islahı və salamatda olmaları üçün dua edilməlidir. Haqsızlıqlarına və zülmlərinə səbr etmək lazımdır. Onlara baş qaldırmaq, onlarla savaşmaq və ya onlara itaəti tərk etmək caiz deyildir. Kim belə edərsə, o bidət əhlindəndir. Sünnət və sələfin yolu üzrə deyil.

Auf bin Malik (r.a) Rəsulallah (s.ə.s) –dən belə buyurduğunu bildirir «İmamlarınızın (idarəçilərinizin) xeyirləri sizin onları sevdikləriniz və onların da sizi sevənləri, özləri üçün xeyir dua etdikləriniz və sizin üçün xeyir dua edənləridir. İdarəçilərinizin pisləri isə, sizin onlara qarşı çıxdığınız və onların da sizə qarşı çıxdıqlarıdır, onlara lənət etdiyiniz və onların da sizə lənət etdikləridir.» «Ey Allahın Rəsulu! O zaman onlara qılıncla qarşı çıxım mı?» deyilincə belə buyurur: «Xeyir, aranızda namaza iqamə etdikcə (qarşı çıxmayın)! Kimin üzərinə bir idarəçitəyin edilərsə və onun Allaha üsyanı (günah) olan bir şey etdiyini görərsə, Allaha üsyan olaraq etdiyindən (günahdan) xoşlanmasın və itaətdən əç çəkməsin!» Bu hədisi Muslim rəvayət etmişdir.

«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!» (Ali İmran, 102)

Bilin ki, üzərinizdə hər söylədiyinizi yazan və hər sözünüzü əzbərləyən iki mələk vardır. «Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!» (Kaf, 18)

Ey Müsəlmanlar! Müsləman, dilindən və əlindən insanların əmin olduğu adamdır. İnsanlar arasında söz daşımaq haramdır. İftira və böhtandır. Çirkin bir sözdür. İnsanların arasını vurmaqdır. Bir-birini sevən insanların arasını ayırmaqdır. Ərlə arvasın arasını vurmaq üçün sehr edən Cəhənnəm atəşi ilə hədələnmişdir.

Huzeyfə (r.a) Rəsulallah (s.ə.s)-in belə dediyini nəql edir: «Qeybət edən Cənnətə girməz» Bu hədisi, Buxari və Muslim rəvayət edir.

Qeybət, kəsici bir dildir. Arxadan qaş göz ilə ələ salmaqdır. Cəzası böyük və sonu qorxuncdur.

Ənəs (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: «Miraca çıxarıldığımda dəmirdən dırnaqları olan, üzlərini və sinələrini dırnaqları ilə cıran bir qrup insana rast gəldim. «Bunlarl kimdir ey Cəbrayıl?» dedim. «Bunlar, insanların ətini yeyən və onların arxalarınca dil uzadanlardır» dedi» bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edr.

Bu hədədən sonra daha başqa bir hədə ola bilərmi? Nə zaman dilləri bu xətadan kənar tutacağıq. Nə zaman bu əməldən geri durub tövbə edəcəyik?

Ey Müsəlmanlar! İnsanlara çoxca lənət edən ziyana düşər. Çirkin və alçaq sözlər söyləyənin ümidi boşa çıxar. İbni Məsud (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Mömin, (insanları) çoxca qaralayan və çoxca lənət edən, pis söz söyləyən və söyən bir kimsə deyildir» Bu hədisi Tirmizi rəvayət edir.

Allah bizi və sizi bütün günahlardan və haramlardan qorusun. Keçmiş günlərdəki xətalarımızı və qüsurlarımızı bağışlasın.

Ey Müsəlmanlar! Dinləmənin meyvəsi tabe olmaqdır. Bu səbəblə, sözü dinləyən və ən gözəlinə tabe olanlardan olun! Bilin ki, Allah sizlərlə ilk əvvəl Öz adını zikr edərək, ikinci olaraq mələkləri və üçüncü olaraq da siz möminləri zikredərək bir əmr olaraq buyurur: «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)» (Əhzab, 56)


Tarix: 13.04.2013 / 17:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 877 Bölmə: Maraqlı melumatlar
loading...