Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaytarın bizim velosipedlərimizi!
Qaytarın bizim velosipedlərimizi!

Hər bir ölkənin və insanların yaddaşlarında müəyyən gerçəkliklər və tarixi günlər vardır. Ümumilikdə hər bir yaşanmış gün hər nə qədər xoş və ya pis olsa belə illər sonra onun xatırlanmaması mümkünsüz bir şeydir. Necə deyərlər, heç nə yaddan çıxmır, heç nə unudulmur.
Buna misal olaraq, çox vaxt Almaniya - Hollandiya futbol oyunlarında tez-tez belə ifadə eşidilir: «Qaytarın bizim velosipedlərimizi!»
Çoxunuzu bu ifadənin mənası maraqlandırır?
Bu məsələnin tarixçəsi isə İkinci dünya müharibəsi dövrünə gedib çıxır. Həmin dövrdə almanlar Hollandiyanı tutduqdan sonra hərəkəti məhdudlaşdırmaq və partizanların gediş-gəlişinin qarşısıı almaq məqsədilə bütün əhalidən onların çox istifadə etdikləri velosipedləri məcburi olaraq yığmış, dənizdə batıraraq məhv etmişlər. Hətta 60 ildən sonra da bu hadisə hollandların yalından çıxmayıb. İstənilən məqamda onlar bu məsələni almanlara xatırladırlar.


Tarix: 17.04.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Maraqlı Melumatlar
loading...