Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir dahinin yalnız ölümü...

Tarix: 1850.
Məkan: Vyana Xəstəxanası.
Xəstəxanaya xaos hakimdir.
Xəstəxanada iki hissə var və bunlardan birində doğum edən hər yüz qadından doxsanı sepsis(doğum qızdırması) deyilən xəstəlikdən ölür. Elm hələ mikrobların, virusların və bakteriyaların kəşfini etməmişdi.
Xəstəxana professorları ölümlərin çoxluğunu mamaların və tibb bacılarının uğursuzluğu ilə izah edirlər.
Bir dahi bütün bu olanlara qarşı çıxır. Dr. Semmelweis (İqnas Zimmelvays), professorlarla eyni fikirdə deyil.
O, tibb şagirdlərinin əllərini heç yumadan palatalara girib-çıxdıqlarını görür və öz hissəsində, bütün həkim və həkim namizədlərinin palatalara girmədən əvvəl əllərini əhəngli su ilə yumalarını istəyir.

Bu kiçik istək qısa zamanda təsirini göstərir və lohusa qızdırmasından ölüm nisbəti diqqət çəkəcəq qədər azalır. Zemmelvays Die Aetiologie, der Begriff und die Prophylaxis des Kindbettfiebers adlı kitab nəşr edir.
Ancaq xəstəxananın professorları, Dr. Semmelweisin bu kiçik dəyişikliyinə qarşı çıxıb onu xəstəxanadan qovurlar.
Bu da çatmırmış kimi onu həkim deyil, bir şarlatan adlandırırlar. Bu dahi həkim 47 yaşında təklikdən və aclıqdan dəli olaraq elə həmin sepsis xəstəliyindən dünyasını dəyişir.
Amma biz bu axmaq professorların heç birinin adını bilməzkən, Dr. Semmelweisin adının tibb tarixinin qızıl səhifələrinə yazıldığını görürük.

«Dünyaya gerçək bir dahi gəldiyində, onu bu işarədən tanıya bilərik: mütləq bütün axmaqlar ona qarşı birləşmişlərdir.»

P.S. Hazırda Budapeşt Tibb və İdman universiteti onun adını daşıyır.


Tarix: 26.11.2014 / 11:51 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Melumatlar
loading...