Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən böyük və ən kiçik

Dünyanın ən böyük zənglərindən biri 1404-cü ildə Pekində qurulmuş zəngdir. Onun ağırlığı 42 ton, uzunluğu isə 7 m-dir.
Ən bahalı minik maşınını ingilis firmalarından biri düzəltmişdir. Bu maşının kabinəsində hərlənən oturacaqları olan televizor və qoz ağacından çarpayı vardır.
Dünyada ən böyük kinoekran Hollandiyada qurulmuşdur. Onun ölçüsü 23*17 metrdir
Dünyada ən böyük kitab cildi " Britaniya parlamentinin 1800-1900-cü illəri aktları " dır. Bu cildlərin çəkisi 31 tondur. Bunu ancaq vərəqləməyə 6 il vaxt lazımdır.
Portuqaliyanın Port şəhərində tələbə Viktor Antunen 190 metr uzunluğunda tort hazırlamışdır. Tortun hazırlanmasına 40 saat vaxt və 1350 kq müxtəlif məhsullar sərf olunmuşdur.
Fransız mütəxəssisləri metal hissələrdən hazırlanmış 7,3 metr hündürlüyü və 6,2 metr diametri olan dünyada ən böyük çələng hazırlamışlar. Çələngdə 20 növ çiçəkdən 4000 çiçək, 2000 budaq vardır.
Dünyada ən böyük avtomobil yolu Panamerka şossesidir. Onun uzunluğu 27387 kilometrdir. Yol Alyaskadan başlayıb Çilidə qurtarır. Ən enli küçə isə Braziliyanın paytaxtındadır, onun eni 2400 metrdir.
Təsəvvürə gətirilə biləcək ən kiçik kitabxana 1900-cü ildə Parisdə Ümumdünya sərgisində nümayiş etdirilmişdir. Hündürlüyü 50 sm, eni 30 sm olan bir kitab şkafına 15000 kitab yerləşdirilmişdi.
Ən böyük kitab 17-ci əsrdə nəşr olunmuş və Berlin Dövlət Kitabxanasında saxlanılan coğrafiya atlası sayılır. Bu cildin hündürlüyü 2m, eni 1 m-dir.
Dünyada ən böyük qadın ayaqqabısı Yaponiyada hazırlanmışdır. Onun uzunluğu 160 sm, hündürlüyü 60 sm, çəkisi isə 8 kq-dır.
Dünyada ən bahalı şəkil Leonardo da Vinçinin " Mona Liza " əsəridir ( 1503-1507 -ci illər). ABŞ mütəxəssisləri bu şəklə 100 000 000 dollar vermişlər.
Dünyada ən bahalı kitab isə Amerika muzeylərinin birindən 200 000 dollara alınan Tövratdır.


Tarix: 26.11.2014 / 11:02 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqlı Melumatlar
loading...