Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payız depressiyasından uzaq olun!

Hər bir kəs payız depressiyasından əziyyət çəkə bilər. Mütəxəssislər mövsüm dəyişkənliyi zaman insanlarda yarana biləcək depressiv halların qarşısının alınmasının mümkün olduğunu vurğulayırlar.

Mövsümü xarakter daşıyan depressiyya stressə, kədərə səbəb ola bilir. Bu vəziyyət daha çox qış fəslinin yaxınlaşdığı dövrə təsadüf edir. Hər il demək olar ki, eyni vaxtlarda ortaya çıxır və insanların həyat tərzinə öz mənfi təsirini göstərir.

Əgər bu halla siz də qarşılamışsınızsa o zaman diqqətli olun. Mütəxəssislərin sizə bir neçə tövsiyəsi var.
Əvvəlki aylarda vərdiş etdiyinizdən çox yatmayın, əks halda sizdə stress vəziyyəti yaranar və gün ərzində bu vəziyyətdən çıxa bilmərsiniz.
Günəş işığından maksimum dərəcədə yararlanın. Daha çox səhər və günorta saatlarında faydalana bilərsiniz. Əgər hardasa işləyirsinizsə səhər işə gedərkən bir az piyada gedin.
Piyada gəzmək insanın həm cibinə, həm də sağlamlığına sərfəlidir. Stressdən azad olmaq istəyirsinizsə həftədə ən azı 2-3 saat piyada gəzməlisiniz.
Normal yuxu yalnız payız mövsümündə deyil, ilin bütün aylarında çox vacibdir.
Payızda həkimizinlə məsləhətləşib müxtəlif multivitaminlər də qəbul edə bilərsiniz. Orqanizmin vitaminlərə hər zaman ehtiyacı var. birdə ki nəzərə alsaq qarşıdan soyuq qış gəlir, bu vitaminlərlə orqanizmimizin immunitetini qaldırmış olarıq.
Gülümsəmək insanın ən yaxın “dost”u olmalıdır. Hər səhər yuxudan qalxarkən aynaya baxıb gülümsəməniz sizə gün ərzində xoş ovqat bəxş edə bilər.
Boş vaxtlarınızda başınızı qata biləcək bir şeylər tapın.
Hər zaman aktiv olun. Istəməsiniz belə özünüzü məcbur edin. Dostlarınızla, yoldaşlarınızla görüşüb, birlikdə maraqlı vaxt keçirin.


Tarix: 28.12.2012 / 14:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 431 Bölmə: Maraqlı Melumatlar
loading...