Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arzularınızı sağ qulağa pıçıldayın

İtaliya tədqiqatçıları hər hansı bir istək və ya xahiş edərkən arzunu sağ qulağa söyləməklə onu reallaşdırma şansının daha yüksək olduğunu bildirirlər. 3 il ərzində 286 insan üzərində aparılan tədqiqatlarda yüksək musiqi və səs-küylü bir mühütdə insanların qulağına hər hansı bir istək pıçıldamış və nəticədə informasiyanı sağ qulağı ilə qəbul edənlərin istəkləri reallaşdırdıqları ortaya çıxmışdır.

Tədqiqatçılar sağ qulaqla alınan informasiyanın beynin sol yarımkürəsində təhlil olunduğundan nəticənin effektli olduğunu müəyyən etmişlər. Başqa sözlə desək sağ qulaqdan alınan informasiya sola nisbətən daha effektli nəticəyə malikdir.

Həmçinin tədqiqatçılar insanların telefonla danışdıqları zaman əksər hallarda dəstəyi sağ qulağa tutduqlarını da diqqətə çatdırmışdır.


Tarix: 13.01.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar
loading...