Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsana çənə, diş, dodaq, burun və dil köçürüldü

ABŞ-ın Merilend ştatında indiyə qədər ən böyük üz köçürmə əməliyyatı keçirilib. Mignews.com saytının verdiyi məlumata görə, cərrahi əməliyyat 36 saat davam edib. Əməliyyat zamanı 15 il odlu silahdan açılan atəş nəticəsində yaralanan və sifəti tanınmaz hala düşən 37 yaşlı Riçard Norrisə yeni çənə, diş, dodaq, burun və dil köçürülüb. Cərrahi əməliyyatı ABŞ Hərbi Dəniz Donanması maliyyələşdirib.
ABŞ Hərbi Dəniz Donanması ümid edir ki, belə cərrahi əməliyyatlar İraq və Əfqanıstanda yaralanan hərbçilərin reabilitasiyasına kömək edəcək.
ABŞ-da belə cərrahi əməliyyata ehtiyac duyulan hərbçilərin sayı 200 nəfərə yaxındır.


Tarix: 09.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar
loading...