Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd vəzi xərçəngindən qorunmanın yeni üsulu tapılıb

Türkiyə mətbuatının verdiyi xəbərə görə Amerikanın Kaliforniya Universiteti tərəfindən aparılan bir tədqiqatda, qadınlarda süd vəzilərini azacıq dartıb, sıxmaqla sinə xərçənginin qarşısını almağın mümkün olduğu ilə bərabər bu xəstəliyi yüngülcə keçirməyin çətin olmadığı bildirilib. San Fransiskodaki Amerika Hüceyrə Biologiyası Təşkilatında danışan tədqiqat qrupunun lideri Dr. Gautham Venugopalan, laboratoriya mühitində həyata keçirilən tədqiqat çərçivəsində elastik silikonların tərkibində pis xasiyyətli epitel hüceyrə olan jel olduğunu ifadə edib.
Dr. Venugopalan, hüceyrə böyüməsi mərhələsində pis xasiyyətli hüceyrələrin bir hissəsinə fiziki təzyiq tətbiq olunduğunu, bir qisiminə hər hansı bir müdaxilə edilmədiyini ifadə edib. Müdaxilə tətbiq olunmayan pis xasiyyətli hüceyrələrin sürətlə böyüməyə davam etdiyini yazan Amerikalı tədqiqatçı, buna qarşılıq isə çöldən fasilələrlə yüngül fiziki təzyiq tətbiq olunan pis xasiyyətli hüceyrələrin isə normal və nizamlı bir şəkildə böyüdüyünü bildirmişdir.
Dr. Venugopalan, sinə toxumasının meydana gəlməsiylə birlikdə pis xasiyyətli hüceyrə böyüməsinin tamamilə dayandığını ifadə edərək, "Buna qarşılıq, üzərində təzyiq tətbiq olunmayan pis xasiyyətli hüceyrələrin anormal bir sürətlə və nizamsız bir şəkildə böyüyərək xərçəngli toxumaya çevrildiyini" bildirmişdir.
Araşdırmanın reallaşdırıldığı Berkeley Laboratoriyasının müdüri Daniel Fletcher, döşləri sıxaraq təzyiq üsulunun tək başına bir müalicə üsulu olmadığını ifadə edərək, bu üsulun dərmanla birlikdə yeni müalicə imkanlarının qarşısını aça biləcəyini söyləyib.


Tarix: 09.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Maraqlı Məlumatlar
loading...